“Rusiya Qarabağ razılaşmasını sabotaj edə bilməyəcək” - Ərdoğanın Kremlə çağırışı

“Rusiya Qarabağ razılaşmasını sabotaj edə bilməyəcək” - Ərdoğanın Kremlə çağırışı

25 Mart 2021 21:19
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin son illərdə regional siyasətini Şərqə tərəf genişləndirməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya açılımı Rusiyanı ciddi narahat edir. Həmçinin Ankaranın Qara dənizdə fəaliyyəti və Ukraynanı silahla təchiz etməsi, Moskvanı Suriyada Türkiyəyə qarşı fəaliyyətə sövq edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, İdlibdə Rusiyanın hücumu və Türkiyə sərhədlərinə yaxın hərbi əməliyyatlar keçirməsi, Ankaraya təzyiq mexanimzidir. Amma, Türkiyənin Moskvanın bu provakasiyası qarşısında geri çəkilməsi gözlənilmir. İki ölkə arasında artan siyasi-iqtisadi, enerji və hərbi-texniki əməkdaşlığa baxmayaraq Moskva Türkiyənin artan regional mövqeyini özünə təhdid hesab edir. Məhz Turan ideyasının Moskvada yüksək səviyyədə dilə gətirilməsi bununla əlaqəlidir. Rusiya Türk dövlətlərindən ibarət Türkiyənin hərbi blok qurmasından narahatdır.

Türkiyə İdlibdə Rusiyanın bu təxribatlarına qarşı Şimali Suriyada yenidən hərbi əməliyyatlar keçirib, nəzarət etdiyi arealı genişləndirə bilər və bu prosesdə ABŞ Ankaranı dəstəkləməsi mümkündür. Rusiyanın Türkiyəyə qarşı İdlibdə təzyiq etmək mexanizmi var. Amma, Türkiyə Rusiyaya Ukrayanda, Cənubi Qafqazda, Liviyada və Mərkəzi Asiyada təsir etmək gücünə malikdir. Bundan sonra, iki dövlət arasında münasibətlərin kəskin olacağı, buna baxmayaraq əməkdaşlığın davam edəcəyi gözlənilir.

Anakaranın NATO və Qərbin Rusiya qarşı sanksiyalarından istifadə edib Moskvaya təzyiqlər edəcəyi mümkündür. Rusiya artıq regionda Türkiyənin maraqlarının tanınmasına məcburdur. ABŞ və NATO-nun Moskvaya qarşı hərəkətə keçməsi Rusiyanın beynəlxalq müstəvidə mövqelərini zəiflədəcək. Bu da Türkiyəyə imkan verəcək ki, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində siyasi-hərbi və iqtisadi imkanlarını artırsın.

Qeyd edim ki, prezident R.T.Ərdoğan Qarabağda əldə edilən razılaşmaların yerinə yetirilməsini axıra qədər izləcəyəklərini bildirdi. Çünki razılaşmaların yerinə yetirilməsi Türkiyənin regional maraqları çərçivəsindədir. Bu, Cənubi Qafqazda əldə edilən 10 noyabr 2020-cil razılaşmasının yerinə yetirilməsi üçün Ərdoğanın Kremlə çağrışı idi. Ankara prosesləri diqqətlə izləyir və Suriya, Ukrayanda iki ölkə arasında artan narazılığa baxmayaraq Qarabağdakı razılaşmaya Moskva əməl etmək zorundadır. Çünki, ortada Azərbaycan amili var və Ermənistanın Baş naziri Nikol Paşinyan burada maraqlıdır. Məhz 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yertirlilməsi üçün Ankara, Bakı və Nikol Paşinyan hökuməti ortaq maraqlara malikdir. Ona görə də Rusiya tərəfi Türkiyə ilə böhrana baxmayaraq prosesi sabotaj edə bilməyəcək.