Mixail Qorbaçov: Qərbin Nobel mükafatı verdiyi 90 yaşlı insan qatili və cəlladı

Mixail Qorbaçov: Qərbin Nobel mükafatı verdiyi 90 yaşlı insan qatili və cəlladı

2 Mart 2021 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün SSRİ-nin sonuncu dövlət rəhbəri olan Mixail Sergeyeviç Qorbaçovun 90 yaşı tamam olur.

Mixail Qorbaçov ötən əsrin 80-ci illərinin ən məşhur "siyasətçi"lərindən biri, Nobel Sülh Mükafatı laureatı, onlarla mükafat və fəxri ad sahibi, adı bir tarixi dövrdən digərinə dəyişməsinə səbəb olan şəxs, nəhəng bir ölkənin çöküşündə və onun xaosa sürüklənməsində katalizator rolunu oynayan şəxsdir .

Qərbdə, xüsusən keçmiş sosialist düşərgəsinin Avropa ölkələrində Sovet İttifaqının ilk və son prezidenti yeni, daha yaxşı bir həyatın simvolu olaraq qalır. Halbuki onun əli Bakıda sovet ordusu tərəfindən törədilən 20 yanvar qırğınında onlarla insanın qanına batıb, Tbilisidə, Pribaltikada, Şimali Qafqazda, Çeçenistanda, Şimali Osetiyada, İnquşetiyada, Özbəkistanda və digər yerlərdə qırğınlar onun vəhşicəsinə verdiyi göstərişlərlə həyata keçirilib. Amma Qərb üçün önəmlisi onun həyata keçirdiyi qırğınlar deyil, rəzil qul kimi xaricdən aldığı əmrləri yerinə yetirməsi idi. Ona görə də yazıçı Janos Solzer yazır :

"İndi azad və qorxmadan istədiyimizi danışmağımız onun sayəsindədir. 30 il əvvəl Sovet İttifaqına və Şərqi Avropa xalqlarına praktik olaraq sərbəstlik verdi."

Onun həssas məsələlərə münasibətdə utanmadan pafoslu verdiyi ümidlər tezliklə məyusluğa aparıb çıxardı. Bu gün Rusiyada Mixail Qorbaçov xariclə müqayisədə fərqli olaraq qəbul edilir. Üstəlik, SSRİ-nin son liderinə siyasi spektrin hər tərəfində nifrət bəslənilir. Bəziləri onun "yeni düşüncə" və "yanaşama"sını Soyuq Müharibədə təslim olma kimi qəbul etdilər; digərləri onu çox ehtiyatlı və köhnəlmiş qaydanı qorumağa çalışdığına görə tənqid atəşinə tutdular.

Qorbaçov komandasının islahatlarının mötədilliyi - və ya başqalarının fikrincə, yarımçılığı - prezidentin lazımi anda müttəfiqlərinin olmamasına gətirib çıxardı. İslahatlar çətin iqtisadi vəziyyətin öhdəsindən gəlməyə kömək etmədi. Nəticədə, Qorbaçova qarşı mühafizəkar müxaliflət tərəfindən təşkil edilən qiyam, liberal rəqiblərinin qələbəsinə çevrildi. O qiyamdan sonra hakimiyyətini qoruyub saxlasa da, bu uzun müddət keçmədi və tökdüyü qanlar hesabına SSRİ-ni məhv olmaqdan xilas edə bilmədi. Qorbaçovun faicəsində ətrafına yığdığı ermənilər mühüm rol oynadı. Qorbaçov ermənilər tərəfindən rüşvətlə, bahalı hədiyyələrlə ələ alınan həyat yoldaşı Raisanın əlində oyuncağa çevrildi. Ermənilər Raisanın əli ilə Qorbaçovu idarə etdilər və Dağlıq Qarabağı Ermənistana birləşdirməyə cəhd etdilər. Bu gün 90 yaşı tamam olan "Nobel" mükafatı sahibi Mixail Qorbaçov əslində cəllad, faşist, on minlərlə insan qatilidir və çoxdan buna görə mühakimə edilərək ən sərt cəza almalı idi. Tarix heç vaxt da Qərbdə indi də dəstəklənən cəllad və minlərlə insan qatili olan Qorbaçovu xoş sözlərlə xatırlamayacaq...

Emin Axund