VİDEO:“Əbədiyyən birlikdə sonsuzluğa gedirik”

VİDEO:“Əbədiyyən birlikdə sonsuzluğa gedirik”

29 May 2012 18:28
Bəyəndim (0) Bəyənmədim (0)
“Eyforiya” mahnısının sözlərində Lorinin daxili dünyası gizlənir

"Eurovision-2012" Mahnı Müsabiqəsi bitsə də, hələ də dünya mədəniyyət aləminin gündəmindədir. İstər Bakıda nümayiş olunan möhtəşəm şoular, istərsə də bu şounun ayrılmaz parçası olan ifaçılar haqda yeni-yeni məlumatlar daxil olmaqdadır.

Deyirlər, qaliblər müzakirə olunmur. Məhz buna görə də, özünəqapalı həyat tərzi sürən Lorin də tamaşaçıların qəlbində taxt qura bilib. Xəbər verdiyimiz kimi, 28 yaşlı bu qız Mərakeş-Bərbər əsilli olsa da, Stokholmun yaxınlığında dünyaya gəlib. Uşaqlıqdan bəri öz dünyası olub. O, televizora baxmağı və internetdən istifadə etməyi xoşlamayıb. Hətta Bakıdakı çıxışı ərəfəsində də nadir hallarda öz otağından bayıra çıxıb. Göründüyü kimi, Lorin adəti üzrə daxili aləminə qapanmağa üstünlük verib və xoşbəxtliyini ancaq öz dünyasında tapmağa çalışıb. Onun qeyri-adiliyi ifasında da açıq-aydın hiss olunub. İstər melanxolik rəqs hərəkətləri, istərsə də fərqli boğazlar və vərdiş etmədiyimiz tələffüz onu başqalarından fərqləndirən cəhət olub. Bunu məxsusən onun üçün yazılmış "Eyforiya (Həzz)" mahnısının utopik sözləri də sübut edir. Məhz bütün bunları nəzərə alaraq, mahnının sözlərini tərcümə etməyə çalışdım. Məqsədim "EMM-2012"-nin qalibinin daxili dünyasını daha da tanımaq və tanıtmaqdır.

Qeyd: İngilis dili mütəxəssisləri və ya şairlər tərcümədə səhv tapmağa çalışmasınlar. Belə ki, yeganə amalım "Eyforiya (Həzz)" mahnısının mətnini bədii boyalarla çatdırmaqdır.

Euphoria (orijinal İngilisdilli versiyada)

Why, why can’t this moment last forevermore?

Tonight, tonight eternity’s an open door.

No, don’t ever stop doing the things you do,

Don’t go, in every breath I take I’m breathing you.

Euphoria, forever till the end of time,

From now on, only you and I, we’re going u-u-u-u-u-up.

Euphoria, an everlasting piece of art,

A beating love within my heart, we’re going u-u-u-u-u-up.

We are here, we’re all alone in our own universe,

We are free, where everything’s allowed and love comes first.

Forever and ever together, we sail into infinity.

We’re higher and higher and higher, we’re reaching for divinity.

Euphoria, forever ’till the end of time.

From now on, only you and I, we’re going u-u-u-u-u-up,

Euphoria, an everlasting piece of art,

A beating love within my heart, we’re going u-u-u-u-u-up.

Forever we sail into infinity,

We’re higher, we’re reaching for divinity,

Euphoria, euphoria,

We’re going u-u-u-u-u-up.

Euphoria, an everlasting piece of art.

A beating love within my heart, we’re going u-u-u-u-u-up

Euphoria, euphoria

We’re going u-u-u-u-u-up

Eyforiya (Azərbaycan türkcəsində tərcüməsi)

Nə üçün, nə üçün sonuncu an əbədi deyil,

Bu gecə, bu gecə sonsuza açılan qapı.

Yox, etdiyin şeylər bitməli deyil,

Getmə, hər nəfəslə canım səni tapır.

Eyforiya əbədilik, zamanın sonuna çatası.

Bu andan etibarən yalnız sən və mən yuxarı gedirik.

Eyforiya, sənətin sonsuz bir parçası.

Qəlbimin içində döyülmüş məhəbbət, biz yuxarı gedirik.

Biz burdayıq, hamımız öz kainatımızda yalnızıq.

Biz azadıq, yalnız hər şey icazə olunan yerdə, harda ki eşq birinci yerdədir.

Əbədiyyən birlikdə sonsuzluğa gedirik.

Biz daha yüksəkdə, yüksəkdə, yüksəkdə İlahiyyat axtarışındayıq.

Eyforiya əbədilik, zamanın sonuna çatası.

Bu andan etibarən yalnız sən və mən yuxarı gedirik.

Eyforiya, sənətin sonsuz bir parçası.

Qəlbimin içində döyülmüş məhəbbət, biz yuxarı gedirik.

Əbədiyyən birlikdə sonsuzluğa gedirik.

Biz daha yüksəkdə İlahiyyat axtarışındayıq.

Eyforiya, Eyforiya,

Biz yuxarı doğru gedirik.

Eyforiya, sənətin sonsuz bir parçası.

Qəlbimin içində döyülmüş məhəbbət, biz yuxarı gedirik.

Eyforiya, Eyforiya,

Biz yuxarı doğru gedirik.

Mahnının sözlərindəki qəribəliklər sizi çaşdırmasın. Bunu anlamaq üçün Lorin olmaq lazım deyil, sadəcə, romantik hisslərə qapılmaq və yaradıcı təxəyyülə pərvaz vermək kifayətdir. Şəxsən mən mahnının musiqisindən və ecazkar ifasından olduğu kimi, sözlərindən də təsirləndim. Daha doğrusu, eyforiyaya qapıldım, yəni sonsuz həzz aldım.

Yeri gəlmişkən, 372 səslə qalib olmuş "Eyforiya" mahnısı artıq bütün Avropa ölkələrini fəth etməkdədir. Ən son məlumatlara görə, mahnı istisnasız olaraq, Qərb ölkələrinin sonuncu "top-10"-luqlarında lider mövqelərə yüksəlib. Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, İrlandiya, Lüksemburq, Niderland, Norveç, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya kimi aparıcı musiqi ölkələrində ən çox dinlənilən "Eyforiya (Həzz)" mahnısı bu həftə Fransa və Portuqaliya hit-paradlarında da ilk beşliyə daxil olub.

Bu yerdə adətən müəllif son sözünü və ya replikasını yazır. Zənnimcə, bu dəfə son sözə gərək qalmadı. Belə ki, bu möhtəşəm ifanı və uğurlu şounun final çıxışını dinləmək kifayətdir...

Könül Aypara

O.M.