İşğal altında qalmaqda olan ərazilərimizin taleyi necə olacaq?

İşğal altında qalmaqda olan ərazilərimizin taleyi necə olacaq?

2 Dekabr 2020 12:20
534
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın işğalçı qüvvələri Ağdərədə, Xocavəndin işğaldan azad edilməmiş ərazilərində, Əsgəranda və Xankəndidə qalmaqda davam edir. Axı hamıya aydındır ki, Ermənistan qoşunları ərazimizdən tam şəkildə çıxarılmadan o ərazilərin taleyi bizim əlimizdə olmayacaq. Ermənistanın işğalçı qüvvələri Qarabağdan çıxarılmayınca Xocalıya, Xankəndiyə və bizim nəzarətimiz altında olmayan ərazilərə yurd-yuvalarından didərgin düşən azərbaycanlılar necə qayıdacaq? Heç kəsə də sirr deyil ki, nə qədər erməni silahlı qüvvələri ərazimizi tərk etməyib, o qədər də ordumuzun nəzarəti altında olmayan Xankəndiyə, Əsgərana, Ağdərəyə, Xocalı və Xocavəndin bizdə olmayan kəndlərinə, Şuşanın düşmən tapdağı altında qalmaqda davam edən yaşayış məntəqələrinə azərbaycanlıların qayıdacağına inanmaq çətindir. Bəs onların taleyi necə olacaq?

Nəhayət bizə sırınan 5 kilometr enində, 11 kilometr uzunluğunda olan dəhlizin əhatə etdiyi ərazilər nəticəsində isə Laçının 125 kəndindən yalnız 50-si ordumuzun nəzarəti altındadır. Nəzarətimiz altında olmayan Laçının digər kəndlərinin taleyi necə olacaq? Bu suallara isə hələlik cavab tapa bilmirik və təəssüflər olsun ki, rəsmilərimiz də bu barədə susmaqda davam edirlər...

Əziz Mustafa