Sən demə, İsa peyğəmbərin kəfəni ona aid deyilmiş

Sən demə, İsa peyğəmbərin kəfəni ona aid deyilmiş

8 May 2012 13:46
Bəyəndim (0) Bəyənmədim (0)
Son araşdırmalara görə, bu, Leonardo Da Vinçinin fırıldağı imiş

AZƏRBAYCAN MƏTBUATI AVROPAYA ÖRNƏKDİR

Son illərdə Avropada baş vermiş xoşagəlməz hadisələr nəinki müsəlmanları, hər bir ziyalı insanı sarsıtdı. Bildiyiniz kimi, söz azadlığı pərdəsi altında gizlənən bəzi üzdəniraq mətbuat işçiləri müsəlmanların dini dəyərlərini məsxərəyə qoymağa çalışırlar. Ona görə "çalışırlar" deyirəm ki, islam dini safdır və onun atributları heç bir ləkə götürə bilməz. Təəssüf ki, bu sözləri xristianlığa aid etmək olmaz.

İşlətdiyim kəskin ifadələrə görə heç kim məni qınamasın. Bugünkü məqalədə mən bilərəkdən onlara aid olan mətbuatdan istifadə etmişəm. Yeganə məqsədim xristianları etiraf etdikləri faktlarla üz-üzə qoymaqdır. Qoy bu yazı həqiqətin təntənəsi kimi qiymətləndirilsin və ucuz karikaturalardan istifadə edən avropalı həmkarlarım öz əməllərindən utanc hissi keçirsinlər. Xatırladaq ki, növbəti seçkilər ərəfəsində Barak Hüseyn Obama da üzdəniraq "söz azadlığı" nümayəndələrinin istehza hədəfinə çevrilməkdədir. Onun inancı dəfələrlə mübahisələrə və tənqidlərə mövzu olmuşdur. Bütün bu yersiz söz-söhbətlərə son qoymaq üçün bugünkü məqaləni qələmə almaq qərarına gəldim.

TURİN ÖRTÜYÜ

Katolik kilsənin nümayəndələri rəsmən bildirirlər ki, İsa peyğəmbər çarmıxdan düşürüldükdən sonra "Turin örtüyü" adlı parçaya bükülüb və məzara basdırılıb. Bildiyiniz kimi, məzar açıldıqdan sonra peyğəmbərin cənazəsi orada tapılmayıb. Sadəcə, "Turin örtüyü" deyilən parça aşkar edilib. Bu parçanın yuxarı və aşağı tərəflərində insan kəlləsinin əksi qalıb. Başqa sözlə desək, sarı-qəhvəyi rəngdə olan ləkələr onu söyləməyə əsas verir ki, mərhum məzarın içərisində hərəkət edib. Çünki yuxarıda olan ləkədə kəllə sümüyünün, aşağıdakında isə sifət cizgilərinin konturları açıq-aydın sezilir. Bundan başqa, parçanın üzərində əlləri, ayaqları və ümumən bədən quruluşunu müəyyən edən kiçik izlər də vardır. "Turin örtüyü"nün üzərində görünən qırmızı-qəhvəyi ləkələrsə mərhumun çoxsaylı yaralarından xəbər verir.

Ümumiyyətlə, kəfən 1578-ci ildən etibarən "Turin örtüyü" adlandırılmağa başlanıb. Belə ki, bütün xristian aləmində sayılıb-seçilən hersoqlardan olan Savoyski hersoqu həmin dövrdən etibarən müqəddəs parçanı öz ölkəsinin paytaxtı Turin şəhərinə gətirib.

HAQQ NAZİLƏR, ANCAQ QIRILMAZ

1978-ci ilin payızında "Turin örtüyü"nün Turin şəhərinə gətirilməsinin 400 illik yubileyi münasibətilə təntənəli mərasim keçirildi. Müqəddəs Covanni Battista kilsəsində (bu məbədin adı həm də "Xaçpərəst İohan"dır) "Turin örtüyü" geniş ictimaiyyət nümayəndələrinə təqdim olundu. Altı həftə ərzində dünyanın müxtəlif yerlərindən təşrif buyurmuş üç milyon üç yüz mindən artıq zəvvar bu parçanı yaxından görmək imkanına malik oldu. Bu hadisədən 10 il sonra isə Vatikan "Turin örtüyü"nün elmi surətdə araşdırılmasına rəsmən razılıq verdi. Parçanın kənarından uzunsov 7 santimetr hissə kəsilərək, laboratoriyaya göndərildi. 13 oktyabr 1988-ci ildə nəticələr açıqlandı. Təcrübələrə rəhbərlik edən Oksford universitetinin professoru Teddi Holl mətbuat konfransındakı açıqlamaları ilə hər kəsi təəccübləndirdi. Məlum oldu ki, yüz illərdən bəri səcdə olunan "Turin örtüyü" heç də İsa Peyğəmbərin kəfəni deyil və o, 1988 il əvvəl deyil, təxminən 1260-1390-cı illərdə ağıllı bir saxtakar tərəfindən düzəldilib. Bu açıqlama xristian mənəviyyatı üçün sarsıdıcı zərbə oldu. Ən azı ona görə ki, Tanrının övladı kimi səciyyələndirilən İsa peyğəmbərin zühur etməsi məsələsi sual altına alınırdı. Digər tərəfdən, xristianlıqda saxtakarlığın təcəssüm tapması bu dinin fundamental dəyərlərini şübhə obyektinə çevirirdi. Daha dəqiq desək, xristian möminlər öz dinlərində əks olunan bəzi məqamları yenidən araşdırmaq məcburiyyətində qalmışdılar. Ortalığa haqlı olaraq iki sual çıxırdı. Birincisi, yalan faktlarla xristianlığı təbliğ etmək kimə lazım idi?! İkincisi, görəsən, yüz illərdən bəri hamını aldada bilmiş saxtakar kimdir?!

ŞÜKÜR MƏSLƏHƏTİNƏ!

Birinci suala cavab tapmazdan əvvəl İslam faktorunun geniş vüsət almasını xatırlatmaq istərdim. Bildiyiniz kimi, yer üzərində sonuncu din olan İslamda bəşər haqqında bir çox suallara cavab tapılmışdır. Müqəddəs Qurani-Kərimdə açıq-aydın bildirilmişdir ki, kainatın banisi Allahdır və O təkdir. Məlum məsələdir ki, biz insanların 5 hissiyyat orqanı var - görmə, eşitmə, qoxu, dad, lamisə. Razılaşın ki, bu kiçik imkanlara malik olan bir varlıq özündən qat-qat möhtəşəm olan hadisələr qarşısında acizdir. İnsan uzaq başı kosmosu fəth və ya məhv edə bilər, lakin onu yarada bilməz. Bu isə o deməkdir ki, Tanrının insan cildində övladı yoxdur. Halbuki, xristianlar İsa peyğəmbərin Onun övladı olduğunu iddia edirlər. İslam dininin özündən əvvəlki dinlərə nisbətən daha mükəmməl olduğunu demək, zənnimcə, artıqdır. Bunu hər bir kamil insan bilir. Müsəlmanlığın gün-gündən geniş vüsət almasının əsas səbəbi də budur. Qurani-Kərim nazil olandan bəri hər kəs həqiqət axtarışındadır. Bu axtarışlar xristianlığın sıralarının daim azalması, müsəlmanlığın isə artması ilə nəticələnir. Məhz mövcud axının qarşısını almaq üçün xristianlar zaman-zaman müxtəlif yalanlar uydurur, faktları saxtalaşdırır və İslamı ləkələməyə çalışırlar. Son illər ortalığa atılmış "İslam terroru" termini də bu iyrənc qısqanclığın nəticəsidir. Mən sizi qətiyyətlə əmin edə bilərəm ki, terroristlərin hər biri qərbin kəşfiyyat orqanlarının nümayəndələridir. Əks halda, onlar çoxdan cəzalarını almış olardılar. Bu, başqa bir araşdırmanın mövzusudur. Hələliksə qayıdaq "Turin örtüyü" məsələsinə.

SƏN DEMƏ, MƏRHUM OVCUNDAN DEYİL, BİLƏYİNDƏN ÇARMIXA ÇƏKİLİBMİŞ

Ümumiyyətlə, "Turin örtüyü" olduqca müəmmalı bir parçadır. Orada əks olunan insan izləri rəssamlıq sənətinin məhsulu deyil. Çünki incəsənətə məlum olan heç bir bədii boyalardan və kompozisiyalardan istifadə olunmamışdır. Bundan əlavə, təsvir neqativ (ağ-qara foto lentdə olduğu kimi) görünüşdədir. Bu, ilk dəfə 1898-ci ildə çəkilmiş foto şəkildən bəlli olmuşdu. Belə ki, neqativ lentdə saçın və saqqalın rəngi ağ, sifətinki isə qara olacağı halda, tamam əks bir mənzərə yaranmışdı. Başqa sözlə desək, dərmanla yuyulmuş lent neqativ olmamış, pozitiv olmuşdu. Bu isə şəkildəki təsvirlərin orijinaldan daha aydın görünməsinə şərait yaratmışdı. Orada açıq-aydın görünürdü ki, mərhum həqiqətən çarmıxa çəkilmişdi. Lakin xristianların iddia etdikləri kimi, mismarların izi ovucda deyil, biləkdə görünürdü. İnsan anatomiyasından az-çox xəbəri olanlar bilirlər ki, ovucun sümükləri böyük adamın ağırlığını saxlaya bilməz. Deməli, "Turin örtüyü"nü yaratmış saxtakar anatomiyadan xəbərdar imiş. Neqativdə mərhumun saqqallı və uzun saçlı nurani bir kişi olduğu bəlli olurdu. Görəsən, orta əsrlərdə foto sənəti, optikanı və anatomiyanı bilən kim ola bilərdi? Sözsüz ki, həmin adam həm savadlı, həm də dinsiz olmalı idi. Axı bu cür fırıldaqçılıqla müqəddəs dəyərlərə zərbə vurulurdu. Bu suallara ötən əsrin sonlarında nəhayət ki, cavab tapıldı.

LEONARDO DA VİNÇİ İNDİYƏDƏK HƏR KƏSİ ALDADIBMIŞ

"Turin örtüyü"nü əks etdirən foto lent araşdırılarkən qəribə bir fakt üzə çıxdı. Məlum oldu ki, təsvir iki hissədən ibarədir. Bədən başqa bir adama, baş isə tanınmış rəssam və alim Leonardo Da Vinçiyə məxsusdur. Bəli, bəli, məhz həmin o dahiyə ki, müxtəlif sahələrdə öz dövrünü qabaqlamışdı. Heç kimə sirr deyil ki, Leonardo Da Vinçi tankın, su altı qayığın, təyyarənin, paraşütün, fotoaparatın və bir çox müasir qurğuların layihəsi üzərində çalışmış, onların maketini düzəltmişdi. Doğrudur, bu təcrübələr məntiqi sonluğunu tapmasa da, faktın özü onun fitri istedadından xəbər verir. Bundan başqa, Leonardo Da Vinçi həm də anatomiya və optika ilə dərindən məşğul olurdu. O, morqlarda ölülərin bədənləri üzərində araşdırmalar aparmaqla yanaşı, günəş şüasının gücləndirilməsi ilə bağlı xüsusi optik şüşələr hazırlayırdı. Ümumiyyətlə, tanınmış rəssamın qeyri-adi fəaliyyəti və ateist baxışları onu daim kilsənin tənqidlərinə məruz qoyurdu. Sənətşünaslar bilirlər ki, Leonardo Da Vinçi yaratdığı əsərlərdə özünün üz cizgilərini təsvir etməyi xoşlayırdı. Hətta "Mona Liza" şəklində də onun sifət cizgiləri əks olunmuşdur. "Turin örtüyü" bu faktın bariz nümunəsidir. Parçada həkk olunmuş insan üzü tamamilə ona aiddir. Əgər elədirsə, bəs onda çarmıxa çəkilmiş bədən kiminkidir? Axı Leonardo Da Vinçini çarmıxa çəkən olmamışdı. Alimlər bu suala da asanlıqla cavab tapdılar. Boğazla bədənin birləşən yerində olan qalın xətt onu deməyə əsas verdi ki, bədən başqa bir adama məxsusdur. Sən demə, Leonardo Da Vinçi morqda işləyərkən ölülərin birinin bədənindən öz "əsəri" üçün istifadə edibmiş.

MƏSİH KİMDİR?!

Son dövrlərin araşdırmaları başqa bir məsələyə aydınlıq gətirdi. Alimlər iddia edirlər ki, fəlsəfi düşüncələrə malik olan Leonardo Da Vinçinin məqsədi heç də insanları aldatmaq olmayıb. O, sadəcə gələcəyə ismarış göndərmək istəyib. Məlumdur ki, onun "İonit rahibləri" adlı dini cərəyanla yaxın əlaqələri olmuşdur. Qeyd edək ki, həmin cəmiyyətin üzvləri İsanın deyil, İohan xaçpərəstin məsih olduğunu iddia edirlər. Onların düşüncələrinə görə, yəhudi şahı İroda İohan xaçpərəstin başını kəsibmiş. Bəlkə elə buna görədir ki, "Turin örtüyü"ndəki adam bədəni Leonardo Da Vinçinin başından qalın bir xətlə ayrılıb? Bu xəttin yaradıcılıq səhvi olduğunu deyənlər də var. Hər halda fakt faktlığında qalır. "Turin örtüyü" İsa peyğəmbərin kəfəni deyil, dünyaya gözəl rəsm əsərləri bəxş etmiş Leonardo Da Vinçinin növbəti şedevridir.

SON SÖZ ƏVƏZİ:

Zənnimcə, son sözə ehtiyac qalmadı. Çünki yüz illər boyunca saxtakarlığa ibadət etmiş xaçpərəstlər zaman-zaman həqiqətlə barışmalı olurlar. Bu isə o deməkdir ki, həqiqət axtarışında olan hər bir kəs gec-tez haqq yoluna qədəm basacaq. Həmin yol yalanı, riyakarlığı inkar edən əhli müsəlmanlıq yoludur. Allah-Təala böyüklüyü naminə cahillərin günahından keçsin və tezliklə hamını sevilən bəndələrdən etsin! Amin!

Könül Aypara

O.M.