Araşdırma: İnsan niyə “mavi”ləşir?!

Araşdırma: İnsan niyə “mavi”ləşir?!

8 May 2012 13:05
7 544
Bəyəndim (0) Bəyənmədim (0)
Diqqətli olun, əziz valideynlər!

ADAM KİŞİ OLAR!

"Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində "gey parad" məsələsinin gündəmə gəlməsi cəmiyyətdə bu mövzuya qarşı marağı daha da artırdı. Bu məsələ cəmiyyətimizdə birmənalı şəkildə tənqid olunduğu üçün onu araşdırmaq qərarına gəldik. Daha dəqiq desək, normal insanın cinsiyyətini dəyişməsinin səbəblərini təhlil etməyə çalışdıq.

Son zamanlar axşam saatlarında Bakı küçələrindən keçərkən "mavilərin" bir yerə toplaşdığını, müştəri ovladığını açıq-aydın görmək olur. Çoxları kimi məni də həmişə bir sual düşündürüb, görəsən, kişini qadın olmağa vadar edən nədir? Sovetlər İttifaqının vaxtında bu xəstəlik psixi pozuntu kimi qiymətləndirilirdi və transseksuallar məcburi müalicəyə alınırdılar. Lakin müstəqillik dövründən etibarən təəssüf ki, digər qərb dəyərləri kimi bu da cəmiyyətimiz tərəfindən qəbul olundu. Doğrudur, ilk əvvəl cəmiyyət belələrini təqib edirdi. Amma zaman ötdükcə əcnəbi dövlətlərin təzyiqi ilə və demokratiya, insan hüquqları pərdəsi altında kütləvi "maviləşmə" prosesi başladı. Daha dəqiq desək, bu hal mütərəqqi və dəbdə olan qərb mədəniyyəti kimi bəziləri tərəfindən rahatlıqla qəbul edildi. Heç təsadüfi deyil ki, müğənnilərin bir çoxu sadə insanlardan və həmkarlarından fərqlənmək üçün qərb mədəniyyətinin nümayəndələrinə bənzəmək naminə könüllü surətdə "maviləşirdilər". Mövcud proses bu gün də davam edir. İstənilən əyləncəli proqrama baxmaq kifayətdir ki, mavi ekranın "mavilərlə" dolu olduğunu görəsən. Nə qədər ağır səslənsə də, etiraf etməliyik ki, bəzən siyasi verilişlərdə də belələrinə rast gəlinir. Doğrudur, onlar efirdə əsasən kişi libasında görünürlər. Bununla belə, kimin kim olduğu əvvəl-axır üzə çıxır. Necə deyərlər, bəzi işlərin ömrü cəmi qırx gün sürür. Tibbi aləmdə transseksuallığı həm də irsiyyətlə bağlayırlar. Bu, o deməkdir ki, hər hansı bir "mavinin" ulu babalarının biri belə şeylərə meylli olub. Sadəcə, öz dövründə qınanacağından ehtiyat etdiyi üçün hisslərini cilovlamaq məcburiyyətində qalıb. "Mavi" olmağın digər səbəbi isə, el dilində desək, qudurğanlıqdır. Bəzən həyatın hər bir naz-nemətini dadmış insan maraq ucbatından belə şeylərə meyl göstərməyə başlayır. Nəticədə, həyat tərzi tamamilə dəyişir. Digər halda isə insanı mütəmadi olaraq buna məcbur edirlər. Bu zaman həmin adam özünü son dərəcə alçaldılmış sanır. O, düşmənindən qisas almağa, belə bir imkan olmadıqda isə, intihara can atır. Lakin zaman ötdükcə əsəbləri sakitləşməyə başlayır və o, nə vaxtsa "maviliyə" vərdiş edir. Transseksuallıq həm də mənəvi təzyiqlər nəticəsində yarana bilər. Başqa sözlə desək, insanın mənliyi mütəmadi surətdə alçaldılarkən, o, özünə inamını itirir. Qadın tək güclü bir arxaya ehtiyac duyur. Bu xəstəliyi səhv tərbiyə ilə əlaqələndirənlər də olur. Belə ki, oğlan uşağı qız kimi bəzədilərsə, kuklalarla və qızlarla oynayarsa, ev işləri ilə məşğul olarsa, pis nəticələr verə bilər. Ümumiyyətlə, "mavilik" xəstəliyinə gətirən yollar müxtəlifdir. Ən qısa yol isə narkomanlıqdan keçir. Normal insanın özünə rəva bilmədiyi alçaq hərəkətlər narkotikin təsiri altında adiləşir. Narkoman mənəvi cəhətdən cılızlaşdıqca hər bir alçaldılmanı normal qəbul etməyə başlayır. Sonda elə bir vəziyyət yaranır ki, o, hətta narkotik qəbul etmədikdə belə, yekcins əlaqəyə meyl göstərir. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, deyə bilərik ki, transseksual olmağın səbəbləri bunlardır:

1) Psixi anormallıq.

2) Qərb modasının təqlidi və başqalarından fərqlənmək istəyi.

3) İrsi xəstəlik.

4) Qudurğanlıq və izafi maraq.

5) Vərdiş.

6) Mənəvi cılızlaşma və özünə inamsızlıq.

7) Səhv tərbiyə.

8) NARKOMANLIQ

Gördüyünüz kimi, sonuncu səbəbi böyük hərflərlə qeyd etdik. Bu, o deməkdir ki, narkomanlıq "maviliklə" əkizdir, yəni narkoman asanlıqla transseksuala çevrilə bilər. Odur ki, uşaqlarınıza tərbiyə verərkən yuxarıda qeyd etdiyimiz faktorlara nəzər yetirin və qərb dəyərlərinin bizə sırımağa çalışdığı insan hüquqları, demokratiya boşboğazlığına inanmayın. Sizi bilmirəm, şəxsən mənə belə demokratiya lazım deyil. Atalar demişkən, adam kişi olar. Və ya ac ol, kişi ol.

BİR AİLƏNİN FACİƏSİ

2008-ci ilin 13 iyul tarixində Bakının Binəqədi rayonunda qanlı cinayət hadisəsi baş vermişdi. Transseksual oğul əyyaş atasını balta ilə qətlə yetirmişdi. Daha dəqiq desək, Aleksandr Bayramov adlı şəxs oğlu Dadaş tərəfindən amansızcasına öldürülmüşdü. Bəri başdan onu qeyd edək ki, Aleksandr peşəkar əyyaş idi. O, hər gün evə sərxoş halda gəlir, arvadı Sevda Bayramovanı küçə söyüşləri söyür, dava-dalaş salırdı. Bir sözlə, özünü son dərəcə aqressiv aparırdı. Günün birində o da digər əyyaşlara xas olan "qarabasma" xəstəliyinə tutuldu. Gözünə yaşıl rəngli kölgələr görünməyə başladı. Sevda Bayramova həmin hadisələri belə xatırlayır:

"Qızım İradə təzə anadan olmuşdu. Bir gün Aleksandr bloka çıxaraq, özünü yandırmağa başladı. Güc-bəla ilə alovu söndürüb, onun həyatını xilas edə bildik. Sonradan məlum oldu ki, o, özünü yandırmaqla gözünə görünən kölgələrdən azad olmağa çalışır. Ərimi bir ay psixiatriya xəstəxanasında müalicə etdilər. O, bir müddət içkini tərgitdi. Ancaq sonda iradəsi qırıldı. Bu dəfə Aleksandr daha aqressiv olmağa başladı. Belə ki, sərxoş olan zaman baltanı götürüb, mebelləri və qapıları qırmağa çalışırdı. 1994-cü ildə onunla rəsmi surətdə ayrıldıq. Lakin ərim bizimlə qalmağa davam edirdi. Sözsüz ki, bu, körpə uşaqların psixikasına mənfi təsir göstərməyə bilməzdi."

Aleksandrın uşaqları mənəvi təzyiq altında böyüyürdülər. Onlar tez-tez ataları tərəfindən işgəncələrə məruz qalır, döyülüb söyülürdülər. Heç təsadüfi deyil ki, balaca Dadaş yuxuda sayıqlayır, səksəkəli yatırdı. Sonradan bu vərdiş yuxuda gəzmə ilə əvəz olundu. Dadaş qeyri-adi bir uşaq idi. O, özünə inamsızlığı və çəkingənliyi ilə yoldaşlarından kəskin surətdə fərqlənirdi. Bundan əlavə, özünə qapanmağı və təklikdə olmağı sevirdi. Görünür, mənəvi sarsıntılar balaca Dadaşın psixikasına mənfi təsirini göstərmişdi.

İllər keçdi. Dadaş Bayramov hərbi komissarlığa çağırıldı. O, tibbi komissiyadan keçərkən psixi cəhətdən qeyri-normal olduğu üzə çıxdı. Məlum oldu ki, B.Dadaş homoseksuallığa meyllidir. Məhz bu səbəbdən o, orduya yararsız hesab edildi. Hərbi komissarlığın psixiatrı öz sənədində belə yazırdı: "Çağırışçı Bayramov.D.A. etiraf edir ki, özünü qız kimi hiss edir və tezliklə cinsini dəyişmək fikrindədir. Özünün dediyinə görə, yeniyetmə yaşında idman müəlliminə vurulub. Hər zaman onunla qız kimi sevişmək arzusunda olub. Laboratoriya analizləri göstərir ki, o, uzun müddətdən bəri həkim razılığı olmadan qadın hormonlarını qəbul edib."

Bundan əvvəl Dadaşın anası bir neçə dəfə oğlunu qadın paltarında görüb. Lakin oğlan özfəaliyyət teatrında rol aldığını deyərək, anasına yalan satıb. Lakin bir gün Sevda həqiqəti öyrənə bilib. Belə ki, Dadaş kosmetikadan istifadə etməklə yanaşı, başqa qızların paltarını geyinmişdi. Şübhəyə düşən ana oğlunu sorğu-suala tutdu. Oğlan hər şeyi boynuna aldı. Məlum oldu ki, o, xeyli zamandır bu işlərlə məşğul olur və tezliklə cinsini dəyişmək istəyir. Xəbər ataya çatdıqda, onun qəzəbi birə-beş artdı. Aleksandr bütün qəzəbini oğluna yönəltdi. Onu xüsusi amansızlıqla döyməyə və küçə söyüşləri ilə təhqir etməyə başladı. Hələ bu azmış kimi oğlunun "mavi" olduğu barədə hər kəsə ağızdolusu danışmağa və Dadaşı məsxərəyə qoymağa başladı. Bütün bunlar cavabsız qala bilməzdi. Növbəti dəfə Aleksandr balta ilə oğlunun üstünə cumanda, o, öz otağına çəkilib, qapını içəridən kilidlədi. Yalnız təhlükə sovuşduqdan sonra eşiyə çıxdı. Bu vaxt onun gözünə balta sataşdı. Dadaş soyuq silahı götürüb, tərəddüd etmədən atasını doğradı.

SON SÖZ ƏVƏZİ:

Biri digərinin namusunu təhqir edərkən söyülmüş adam özünü alçaldılmış sanır və buna adekvat cavab verir. Lakin "mavilər" nəinki namus təhqirlərini söyüş kimi qəbul etmirlər, hətta təhqirdə ifadə olunan iyrənc fikri də təcrübədə sınamaqdan çəkinmirlər. Yəqin ki, nə demək istədiyimi başa düşdünüz. Ona görə də diqqətli olun, əziz valideynlər. Elə bir şərait yaratmayın ki, gələcəyin əsgəri olacaq oğlunuz mənəvi cəhətdən cılızlaşsın və zəif məxluq olan qadın tək kimdənsə kömək umsun. Sizə təqdim etdiyimiz ailə faciəsindən görünür ki, ailədə həddən artıq aqressivlik uşaqların psixi anormallığına və cinayətə gətirib çıxara bilər.

Mayıl İsmayılov

O.M.