Soyuq müharibənin ikinci mərhələsində Qərbin qələbəsinə gedən yol Gürcüstandan keçir

Soyuq müharibənin ikinci mərhələsində Qərbin qələbəsinə gedən yol Gürcüstandan keçir

31 Avqust 14:04
7 625
Bəyəndim (5) Bəyənmədim (0)

Son dövrlərdə beynəlxalq aləmdə baş verən hadisələr və dünyanın yenidən bölüşdürülməsi uğrunda gedən mübarizələrin daha da kəskinləşməsi göstərir ki, soyuq müharıbə nəinki başa çatmayıb, əksinə daha da qızışmaqdadır. Əslində Qərbdə belə hesab edirdilər ki, SSRİ-nin dağılması ilə soyuq müharibə də başa çatıb. Ancaq hadisələrin gedişi göstərdi ki, soyuq müharibənin başa çatması barədə SSRİ dağılandan sonra verilən təmtəraqlı bəyanatlar əfsanədən başqa bir şey deyil. SSRİ-nin dağılması sadəcə olaraq soyuq müharibənin başa çatmasının birinci mərhələsi idi.
Bu baxımdan iyirminci əsr çoxlu geosiyasi fəlakətlər gətirdi. SSRİ -nin dağılması sadəcə olaraq dünyada gedən siyasi proseslərin tərkib hissəsi idi. Sovet İttifaqının varisi isə Rusiya oldu və Qərbdə bununla bağlı ortaya atılan əsas tezislərdən biri soyuq müharibənin ikinci mərhələsində Rusiyanın dağılması idi. Belə bir fikir vurğulanırdı ki, soyuq müharibənin ikinci mərhələsi artıq Rusiya Federasiyasının dağılması ilə başa çatmalı idi. Bu vəzifənin həyata keçirilməsində Qərb ölkə daxilində liberal-komprador təbəqəsinin və kollaborantların geniş dəstəyinə arxalanır. Amma Vladimir Putinin Rusiyaya rəhbərliyə gəlişi ilə ölkənin dağılması prosesi dayandırıldı və onun iqtisadi və siyasi qüdrətinin dirçəlişinə başlandı, Rusiyanın yenidən iqtisadi, siyasi və hərbi güc kimi meydana çıxması isə ona qarşı sanksiyaların və təzyiqlərin artmasına gətirib çıxardı. Putinin yenidən Rusiyanı dünyanın siyasi arenasında resl gücə çevirmək çəhdinə qarşı isə Qərb Gürcüstan və Ukrayna kimi ölkələrdən Moskvaya qarşı təzyiq vasitəsi kimi istifadə etməklə cavab verməyə çalışır. Bu baxımdan Gürcüstan Rusiyaya təzyiqdə Qərb üçün önəmli bir vasitə ola bilər.
Amerikalı konqresmen Adam Kinzinger Gürcüstanı ABŞ-ın böyük dostu hesab edir. "Regionda sülh və təhlükəsizlik:işğala qarşı 12 il mübarizə" adlı beynəlxalq onlayn konfransda o, Gürcüstan üçün NATO-nun tamhüquqlu üzvü olmaq vaxtının çatdığını bəyan edəcək. Buna Konqres də, Senat da, Birləşmiş Ştatların prezidenti də dəstək verir. Doğrudanmı, amerikalı konqresmen Şimali Atlantika Alyansının öz nizamnaməsinə əsasən ərazi problemləri olan , hərbi münaqişələrə cəlb edilmiş dövlətləri öz sıralarına qəbul edə bilməməsindən xəbərsizdir? Mister Kinzinger öz mövqeyini nə ilə əsaslandırır: "Sizə demək istəyirəm ki, başlanğıc nöqtəsi 12 ildir. Gürcüstan üçün NATO-nun tam hüquqlu üzvü olmağın vaxtıdır. Zənnimcə, dostlarım razılaşarlar ki, Gürcüstanın işğalı faktı Gürcüstanın NATO-ya üzv olmamasına səbəb olmamalıdır. Biz bilirik ki, Gürcüstan Əfqanıstanda aparılan əməliyyatlarda ən güclü tərəfdaşlardan biridir. Adambaşına düşən hesabda iştirakdan danışanda, ABŞ-dan sonra Əfqanıstanda iştirak baxımından Gürcüstan ikinci yerdə gedir və düşünürəm ki, bu tərəfdaşlıq gələcək üçün çox vacibdir. ABŞ Konqresi, Senat və Prezident — hamı Gürcüstanı dəstəkləyir və biz bunu davam etdirəcəyik".
Kinzinger üçün 12 il müqəddəs bir rəqəmdir. 11-hələ tezdir, 13-artıq gecdir. Qərb həmişə öz sözünün sahibi olub: istəyirdi verdi, istədi geri aldı. NATO qanunları Gürcüstanı onun sıralarına qəbul etməyi qadağan edir, amma bu indiki vəziyyətdə problem deyil.
Əhalinin sayına görə sülhməramlı tədbirdə Gürcüstan adambaşına düşən hesablamada ikinci yerdədir. Bəs konqresmen Kinzinger adambaşına düşən ölü və yaralananların nə qədər olduğunu hesablayıbımı? Gürcüstandan olan əsgərlərə Əfqanıstanda, İraqda, Malidə hərbi formada xidmət etməl lazımdırmı? Gürcüstanla müqayisədə Ermənistandan olan əsgərlər erməni diasporlarına təhlükə olan yerdə yerləşirlər.
Gürcüstanın digər böyük dostu Luk Koffi, "ABŞ-ın Gürcüstanın işğalının qabağını almaq və onun transatlantik yoluna fokuslanmalıdır" adlı müəllif məqaləsini "The Heritage Foundation"("İrs" Fondu) İnstitutunun veb-saytında dərc edib. O, bu yaxınlarda Suriyadan çıxarılacaq ABŞ əsgərlərinin Axalkalaki şəhərindəki keçmiş sovet bazasında yerləşdirmək təklifi ilə çıxış edib. Bununla da o, Rusiyanın təcavüzü təhlükəsinə işarə edib.
Vaxtı ilə Saakaşvili Cənubi Osetiyanı ələ keçirmək üçün özünəməxsus fanfaronizm və səfehlik nümayiş etdirən hərbi əməliyyatı "təmiz meydan" adlandırıb."Bu şərh lazımdır? Bununla da Rusiya 12 il əvvəl Fransa prezidentinin vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşmasını pozmaqda ittiham edilir

Coffi, Gürcüstanın ABŞ-ın ən əhəmiyyətli müttəfiqi hesab edilməli olduğu üç səbəbi açıqlayıb. Birincisi, Gürcüstan hərbçilərinin qaynar nöqtələrə göndərilməsi doğru qərardır. Amma bütün bunlar ABŞ-dan sonra İraq və Əfqanıstanda ən böyük hərbi kontingentlərə malik olan Gürcüstana hərbi itkilər hesabına başa gəlir. Gürcüstanın 2000 nəfərlik hərbi kontingenti Əfqanıstanın ən təhlükəli əyalətlərində- Gilmend və Qəndaqarada xidmət edir.
İkinci səbəb Gürcüstanın mühüm geosiyasi mövqeyidir. Gürcüstanda möhkəmlənmək Birləşmiş Ştatlara strateji üstünlük verəcək, üstəlik, Vaşinqton neft və qaz kəmərləri, nəqliyyat xətləri və bir çox başqa şeylərə nəzaərəti əldə saxlayacaq..

Üçüncü səbəb ondan ibarətdir ki, Gürcüstan demokratiyaya doğru yolu digər keçmiş ittifaq respublikaları üçün gözəl bir nümunə ola bilər. Gürcüstanda həm iqtisadiyyatın liberallaşdırılması, həm bürokratiyanın ixtisarı, həm də korrupsiyaya qarşı mübarizə gedir.
Belə bir vəziyyətdə Gürcüstanın NATO-ya qəbul edilməsi də əslində böyük əhəmiyyət kəsb etmir. Lakin burada daha böyük strateji oyun gedir. Gürcüstanın NATO-ya üzv qəbul edilməsi ilə Rusiyaya qarşı Cənubi Qafqazda yeni cəbhə açılmış olacaq. Bu baxımdan Gürcüstan NATO ilə münasibətləri pozulmaqda olan Türkiyəni Qərb üçün əvəz edə bilər. Gürcüstanın NATO-ya üzv qəbul edilməsi Ukraynanın da bu quruma üzv olmasının yolunu aça bilər. Bununla da soyuq müharibənin ikinci mərhələsinin qarşısında duran əsas vəzifələrdən birinin Rusiyanın dağılması prosesinin həyata keçirilməsi yolunda mühüm addım atılmış olacaq. Amma aydın məsələdir ki, Rusiya da buna biganə qalmayacaq və Moskva istənilən an öz təhlükəsizliyini müdafiə etmək adı altında NATO-nu qabaqalyaraq Gürcüstanı işğal edə bilər. Hadisələrin gedişi göstərir ki, lazım gələcəyi təqdirdə Rusiya Gürcüstanın NATO-ya üz qəbul edilməsinin qarşısını almaq üçün belə bir addım atmaqdan çəkinməyəcək...
Əziz Mustafa
Oxuməni.az