ABŞ özünün nüvə arsenalını modernləşdirir

ABŞ özünün nüvə arsenalını modernləşdirir

24 Avqust 2020 14:07
Bəyəndim (2) Bəyənmədim (0)

Pandemiyanın bəşəriyyət üçün qorxulu bir təhlükə olaraq qalmaqda davam etdiyi bir vaxtda supergüc dövlətlər arasında silahlanma yarışı yeni bir mərhələyə qədəm qoyub. Bu baxımdan ABŞ-ın özünün nüvə arsenalını yeniləməkdə davam etməsi beynəlxalq aləmin diqqət mərkəzindədir. Məsələ ilə bağlı bu yaxınlarda mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası Amerikanın nüvə qüvvələrinin əsas hissəini modernləşdirib. O, Birləşmiş Ştatların nüvə potensialının fantastik səviyyəyə çatdığını qeyd edib. Lakin analitiklər xatırladırlar ki, Amerikanın nüvə potensialının yeniləşdirilməsi proqramı hələ Obamanın dövründə işə salınıb və hazırda bu proqram başa çatmaq üzrədir. Ekspertlərin fikrincə, Trampın sözləri daha çox seçkiqabağı ritorikaya bənzəyir və Vaşinqtonun malik olduğu nüvə qüvvələrinin real vəziyyətini əks etdirmir.
Onu da deyək ki, ABŞ mütəmadi olaraq Müdafiə Kompleksinin, o cümlədən nüvə qüvvələrinin bahalı modernləşdirilməsini həyata keçirib. Bununla bağlı Donald Tramp jurnalistlər üçün keçirdiyi brifinqdə deyib:
"Biz nüvə potensialımızı müasirləşdirdik və onu əhəmiyyətli dərəcədə yaxşılaşdırdıq. İndi biz həmişəkindən daha güclüyük".
O, həmçinin qeyd edib ki, Vaşinqton regional müharibələr əvəzinə daha qlobal məsələlərə diqqət yetirmək niyyətindədir.
"Biz dünyanın ən güclü silahlı qüvvələrini yaradırıq. Bunun üçün $ 2,5 trilyon dollar sərf etdik. Ümid edirəm ki, biz bu qüvvələrdən müharibə məqsədi ilə istifadə etməyəcəyik, lakin biz qarşımızda duran daha qlobal məsələlərə diqqət yetirmək istəyirik. Çin və Rusiya, eləcə də bir sıra digər ölkələr hərbi baxımdan güclənməkdə davam edirlər. Biz onlara cavab verməyə məcburuq, lakin yalnız ABŞ üçün real təhlükə olanda hərbi gücdən istifadə etməyi düşünürük", - deyə Tramp bildirib.
Xatırladaq ki, hazırda ABŞ-da strateji nüvə qüvvələrinin üç komponentinin modernləşdirilməsi üzrə irimiqyaslı proqram həyata keçirilir. Proqramın həyata keçirilməsi çərçivəsində Pentaqon 1970-ci ildən silahlı qüvvələrdə olan qitələrarası ballistik "Minuteman III" raketlərini yeni nümunələrlə əvəz etməyi planlaşdırır. “Minuteman III”, Birləşmiş Ştatların malik olduğu şaxtadan buraxılan yeganə ballistik raketidir. Onların müasirləşdirilməsi prosesinin nə vaxt başa çatdırılacağı hələ məlum deyil.
Eyni zamanda ABŞ-ın nüvə triadının Aviasiya komponentinin ağır strateji bombardmançıların yeni nəslinin yaradılması hesabına möhkəmləndirilməsi planlaşdırılır.
Bu müstəvidə də yaradılacaq yeni nəsil strateji bombardmançı təyyarə B-21 Raider adını aldı. Onun istehsalına dair müqavilə ABŞ Müdafiə Nazirliyi ilə Northrop Grumman Korporasiyası arasında imzalanıb. Adı çəkilən korporasiya çətinliklə aşkar edilən B-2 Spirit bombardmançı təyyarənin yaradıcısı kimi məşhurdur. Əməliyyatın məbləği 21,4 milyard dollar qiymətləndirilir. B-21 Raider perspektivdə ABŞ Silahlı Qüvvələrinin istifadəsində olan B-52 Stratofortress və B-1 Lancer strateji bombardmançıları əvəz edə bilər.
Bundan başqa, ABŞ 2030-cu illərin əvvəllərində Ohio sinfinin atom submarinlərini istismardan çıxarmaq niyyətindədir.
Xatırladaq ki, Ohio 1981-ci ildə silahlanmaya qəbul edilib. Bu gün ABŞ-ın 14 belə gəmisi var. Müxtəlif məlumatlara görə, ümumilikdə, Vaşinqton 10-12 ədəd yeni nəsil submarin inşa planlaşdırır. Onların hər biri 16 ballistik raket daşıya biləcək.

“Columbia” sinfinə məxsus yeni nəsil sualtı qayığın tikintisi 2021-ci ildə başlayacaq. Onun silahlanmaya qəbul edilməsi 2031-ci il üçün nəzərdə tutulub. ABŞ-da buna paralel olaraq Trident ballistik raketlərinin modernləşdirilməsi üzrə də işlər aparılır.
Birləşmiş Ştatlar həmçinin yeni nəsil nüvə başlıqlı qanadlı raket (Long Range Stand Off həftə, LRSO) hazırlamaq üçün 900 milyon dollar ayırıb. Ümumilikdə Pentaqon min belə raket almaq niyyətindədir. Proqramın ümumi dəyəri 10 milyard dollar qiymətləndirilir.
2020-ci ilin sonunda silahlanmaya qəbul edilməsi nəzərdə tutulan LRSO, B-52, B-2 və B-1 strateji bombardmançılarında, həmçinin B-21 Raider-də yerləşdiriləcək. Bundan başqa, Vaşinqton nüvə başlıqlarını və bombalarını işlək vəziyyətdə saxlamaq, nüvə silahı istehsalı ilə məşğul olan erkən xəbərdarlıq, kommunikasiya və müəssisələrin modernləşdirilməsi üzrə işlər aparır.
Qeyd etmək lazımdır ki, bütün bu işlər Barak Obamanın dövründə başlamışdır. Onun yerinə gələn Tramp ABŞ-ın nüvə silahının modernləşdirilməsi proqramına yeni impuls verib və ölkənin nüvə qalxanının möhkəmləndirilməsini özünün əsas vəzifələrindən biri adlandırıb. 2018-ci ildə Pentaqon ABŞ-ın nüvə silahları sahəsində uzunmüddətli strategiyasını müəyyən edən Nüvə siyasətinin icmalı - doktrinasını dərc edib. Sənəd nüvə arsenalının xərclərinin yaxın on il ərzində iki dəfədən çox artırılmasını nəzərdə tutur.
Məsələn, doktrinaya görə, Pentaqon Trident sualtı qayıqlarında ballistik raketlər üçün kiçik həcmli nüvə döyüş başlığını hazırlamaq niyyətindədir. Rusiya XİN-də isə bu planları təhlükəli adlandırıblar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Vaşinqton bu cür hərəkətlərlə faktiki olaraq qeyri-strateji və strateji nüvə silahları arasında sərhədi silir.
Bundan başqa, Nüvə siyasətinin icmalı dəniz bazası üçün nüvə başlıqlı qanadlı raketlərinin hazırlanmasını tövsiyə edir.
Onu da deyək ki, Obama nüvə qüvvələrinin modernləşdirilməsi prosesinə başlamaq üçün kifayət qədər çox iş görüb. Tramp yalnız onu davam etdirdi. Tramp DRSMD kimi beynəlxalq müqavilələrdən çıxdı ki, bu da ABŞ-a nüvə yükünün daşıya biləcəyi orta və kiçik məsafəli raketlərin işlənməsini açıq şəkildə aparmağa imkan verdi.
Lakin istənilən halda analitiklərin qeyd etdiyi kimi, ABŞ-ın modernləşmə proqramı dünyada qüvvələrin strateji balansını dəyişdirə bilməz, çünki Rusiya öz nüvə sipərini ardıcıl şəkildə inkişaf etdirir. Belə ki, 2020-ci ilin iyununda Rusiya Hərbi Dəniz Donanması 955 "Knyaz Vladimir" layihəsinin dördüncü növünə aid ən yeni sualtı raketdaşıyanını alıb. Həmin ilin iyulunda isə bu sinifin beşinci gəmisi - "Knyaz Oleq"suya buraxılıb.
Bundan başqa, keçən ilin sonunda Rusiya "Avanqard" hyperstuk planlayan qanadlı döyüş bloku ilə strateji təyinatlı raket kompleksini döyüş növbətçiliyinə daxil edib. 2021-ci ildə isə qitələrarası RS-28 "Sarmat" ballistik raketlərinin seriyalı buraxılışına başlamaq planlaşdırılır.
Ekspertlər hesab edirlər ki, bütün bunlar Rusiyanın təhlükəsizliyinin etibarlı şəkildə təmin olunduğunu deməyə əsas verir.
ABŞ və Rusiya arasında sürətli silahlanmanın davam etdməsi isə istənilən halda Putin rejiminə yaxşı heç nə vəd etmir. Çünki bütün bunlar Rusiyaya böyük xərclər və adı çəkilən ölkənin iqtisadi baxımdan çökməsi hesabına başa gələ bilər.
Əziz Mustafa
Oxuməni.az