Belarusda Rusiyayönümlü namizədlər seçkilərdə iştirak edə bilməyəcəklər

Belarusda Rusiyayönümlü namizədlər seçkilərdə iştirak edə bilməyəcəklər

18 İyul 17:04
10 142
Bəyəndim (1) Bəyənmədim (3)

Belarus Mərkəzi Seçki Komissiyası qarşıdan gələn prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibləri Viktor Babariko və Valeri Tsepkalonun namizədliyini qeydə almayıb.

Belarusda avqust ayının 9-da keçiriləcək prezident seçkilərinin vaxtı yaxınlaşdıqca ölkədə siyasi gərginlik də özünəməxsus şəkildə artmaqda davam edir. Bu baxımdan diqqəti cəlb edən əsas məsələlərdən biri də Belarus Mərkəzi Seçki Komissiyası tərəfindən qarşıdan gələn prezident seçkilərində Rusiya tərəfindən hakimiyyətə gətirilməsi nəzərdə tutulan “Belqazprombank”ın sabiq rəhbəri Viktor Babarikonun, həmçinin Lukaşenkonun sabiq köməkçisi, Yüksək Texnologiyalar Parkının sabiq rəhbəri Valeri Tsepkalonun namizədliyinin qeydə alınmaması olub. Onların qeydə alınmamasına səbəb kimi isə Rusiya tərəfindən maliyyələşdirilmələri göstərilib.

Prezidentliyə namizəd digər 5 nəfərin qeydə alınması isə müsbət həll edilib.Bu müstəvidə də çərşənbə axşamı keçirilən Belarus Mərkəzi Seçki Komissiyasının iclasında Belarus Respublikasının prezidentliyə namizədləri hazırkı prezident Aleksandr Lukaşenkonu, "Həqiqəti söylə" şirkətinin lideri Andrey Dmitriyevi, sabiq deputat Anna Kanopatskayanı, YouTube kanalının müəllifinin xanımı Svetlana Tixanovskayanı və Belarus Sosial-Demokrat Partiyasının ("Qramada") sədri Sergey Çereçeni qeydiyyata alıb.

Artıq qeyd etdiyimiz kimi “Belqazprombank”ın sabiq rəhbəri Viktor Babarikonun namizədliyinin qeydə alınmaması isə onun seçkiqabağı kampaniyasının "Qazprom" tərəfindən maliyyələşdirilməsi səbəbindən imtina edilib.

Qeydə alınmış namizədlər isə artıq qarıdan gələn seçkilrə hazırlaşmağa başlayıblar. Onlar seçkilərdə namizədliyi qeydə alınmayan Babariko və Tsepkalonun tərəfdarlarını da öz tərəflərinə keçmək və onların səslərini almaq üçün artıq müxtəlif səviiyəli görüşlər keçirməyə başlayıblar

.Belarus MSK-nın Babarikonun və Tsepkalonun qeydə alınmasından imtina edilməsinə səbəb kimi Seçki Məcəlləsinin 48-ci maddəsinin pozulması göstərilib. MSK-nın rəhbəri Lidiya Yermoşina bununla bağlı deyib ki, “Belqazprombank” Belarus ərazisində fəaliyyət göstərsə də, Rusiyanın "Qazprom"una məxsusdur. Lidiya Yermoşina bankın əməkdaşlarının təşəbbüs qrupunun təbliğat işinin formalaşdırılması və təşkili ilə məşğul olduqlarını, seçkiqabağı tezislər yazdıqlarını, qərargaha nəqliyyat xidmətləri göstərdiklərini və bu zaman məzuniyyətdə olduqlarını bildirib.

Qeydiyyatdan imtina etmək üçün daha bir səbəb isə həmin şəxslərin cinayət yolu ilə əldə etdikləri gəlirlər barədə məlumatların bəyannamədə olmamasıdır. Viktor Babarikonun cinayət yolu ilə əldə etdiyi gəlirlərin bəyannamədə olmaması barədə MSK-ya Dövlət Nəzarəti Komitəsi tərəfindən məlumat verilib. Lidiya Yermoşina :"MSK - ya Dövlət Nəzarəti Komitəsinin məktubu daxil olub. Bəyannamədə onun faktiki mülkiyyətində və istifadəsində olan maddi və daşınmaz əmlak, eləcə də ona nəzarət edən bir sıra Belarus kommersiya strukturlarının fəaliyyətindən əldə olunan gəlirlər", o cümlədən “Özəlləşdirmə"," İnformasiya sistemləri "və" Hüquqi dialoq " dakı qazanclar ıəksini tapmayıb.

MSK-nın rəhbəri Dövlət Nəzarət Komitəsinə istinadən iddia edib ki, "Babariko "Belqazprombank" ASC-nin keçmiş və fəaliyyətdə olan rəhbərlərindən ibarət mütəşəkkil cinayətkar qrup yaradıb və ona rəhbərlik edib. Çirkli, qeyri-qanuni yollarla qazanılan pulların xaricə çıxarılması və vəsaitlərin leqallaşdırılması cinayətkar qruplaşma tərəfindən Virciniya adalarında və Kiprin banklarında qeydiyyata alınmış hesablar vasitəsi ilə həyata keçirilib. Lidiya Yermoşinanın sözlərinə görə, bəyannamədə"Privatlizinq" şirkətindən 2019-cu ildə 350 min, 2020-ci ildə isə 190 min dolların alınması göstərilməyib. "Bir qayda olaraq, vergi bəyannaməsində rüşvət əks etdirilmir, buna görə də onu günahlandırmaq olmaz, amma buna baxmayaraq, bu fakt var", – deyə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri yarızarafat, yarıciddi bildirib.

Viktor Babariko hazırda istintaq altında olsa da ona qarşı bu günə kimi konskret olaraq hansısa ittiham irəli sürülməyib. MSK-nın iclasında Viktor Babarikonun vəkili Maksim Znak bu hallara diqqəti cəlb edib. "Seçki Məcəlləsində qeydiyyatın ləğv edilməsi üçün səbəblər var. Əgər səslənən bu məlumatlar məhkəmə tərəfindən və ya sənədlərlə təsdiqlənərsə, istənilən vaxt şəxsin namizəd kimi qeydiyyatını ləğv etmək olar", - deyə o bildirib.

Vəkilin sözlərinə görə, “Belqazprombank” əməkdaşlarının təşəbbüs qrupunda iştirakının qeydə alınmasından imtina edilməsi də düz deyil. Çünki təşəbbüs qrupu üzvlərinin əsas işlərindən azad vaxtlarda fəaliyyətinin qadağan edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. "Əgər onlardan kimsə xidməti telefondan istifadə edirsə, bu, işçinin işəgötürən tərəfindən cəzalandırıla biləcəyi əmək intizamının pozulmasıdır, lakin bu, xarici şəxs tərəfindən maliyyələşdirilmə demək deyil",-deyə o vurğulayıb.

Vəkil xatırladıb ki, təqsirləndirilən bütün şəxslər xarici ölkə deyil, Belarus vətəndaşlarıdır.

İclas başa çatdıqdan sonra Babariko və Tsepkalo qərargahlarının nümayəndələri MSK-nın qərarından Ali Məhkəməyə şikayət vermək niyyətində olduqlarını bildiriblər. Namizədlik vəsiqələrini alan Andrey Dmitriyev, Sergey List və Svetlana Tixonovskaya jurnalistlərə bildiriblər ki, yaxın vaxtlarda öz tərəfdarları ilə seçkiqabağı yarışdan sonra yaranmış vəziyyəti müzakirə edəcəklər. Onlar namizədliyi qeydə alınmayan şəxslərin tərəfdarları ilə görüşərək onlarla birgə strategiya hazırlaya biləcəklərini də istisna etməyib.

.

Svetlana Tixonovskaya hakimiyyətin Tsepkalo və Babarikonu qeydiyyata almamasını güclü namizədlərdən qorxması ilə izah edib.

Hadisələrin gedişi göstərir ki, Aleksandr Lukaşenkonun heç kimdən və heç nədən qorxmayan sərt lider kimi görünmək istədiyini düşünənlər səhv ediblər. Rəsmi lider risk almamağa üstünlük verdi. Hazırkı seçki kampaniyası onun üçün həddindən artıq əlverişsiz idi", – deyə siyasi şərhçi Aleksandr Klaskovski vurğulayır."Təqsirsizlik prezumpsiyası yolverilməzdir", – deyə ekspert bildirir. Onun fikrincə, Aleksandr Lukaşenko daxili siyasətdə gücə üstünlük verəcək.

“Belaruslular tarixdə ilk dəfə olaraq Lukaşenkonun seçkilərdə qalib olmadığını düşünürlər”,- deyə ekspert qeyd edir

"Babarikonun namizədliyinin qeydə alınmaması təkrarlanması hakimiyyətin böyük səhvidir. Hamı gördü ki, hakimiyyət seçkilərdə ciddi rəqibdən qorxub, onunla seçici səsləri uğrunda görüşə getməyə cəsarət etməyib. Onun əleyhinə ittihamlar məhkəmə vasitəsi ilə sübut olunmalıdır", – deyə 2001-ci ildə prezidentliyə keçmiş namizəd Vladimir Qonçarik qeyd edir. O, bu qərarın əsas nəticəsini seçkilərin dünya birliyi tərəfindən tanınmadığını hesab edir.

Yeri gəlmişkən, Belarus Xarici İşlər Nazirliyi artıq Aİ-yə ünvanladığımüraciətdə Minski bu qurumun fikirləri maraqlandırmadığını bildirib. "Belarus xalqı öz seçimini xaricdən" xeyirxah " göstərmədən edəcək”,-deyə XİN nümayəndəsi Aİ-nin Minskdəki nümayəndəliyinin rəhbəri Dirk Şubelin sözlərinə reaksiya verib.

Bütün hallarda Belarusda qarşıdan gələn seçkilərin heç də Lukaşenko üçün asan keçməyəcəyi şübhə doğurmur. Belə ehtimal edilir ki, Rusiya Lukaşenkonun yenidən prezident seçilməsinə imkan verməmək üçün bütün imkanlardan istifadə edəcək. Hətta Rusiyanın Lukaşenkonun hakimiyyətə gəlməməsi üçün seçkilər ərəfəsi Belarusda dövlət çevrilişinə əl ata biləcəyi belə istisna edilmir. Hər halda Belarusda Babarikonun namizədliyinin qeydə alınmaması ilə bağlı etiraz aksiyalarının keçirilməsi və hökumət tərəfindən onlarla aksiya iştirakçılarının həbs edilməsi də dediklərimizi sübut edir. Hadisələr belə davam edəcəyi təqdirdə Belarusda Rusiya tərəfindən Lukaşenkoya qarşı “yeni Maydan”ın işə salınacağı da irəli sürülən ehtimallar arasındadır.

Əziz Mustafa

Oxuməni.az