Anjey Dudanın yenidən prezident seçilməsi Polşa-Qərb inteqrasiyasına güclü təkan verəcək

Anjey Dudanın yenidən prezident seçilməsi Polşa-Qərb inteqrasiyasına güclü təkan verəcək

18 İyul 2020 12:34
Bəyəndim (1) Bəyənmədim (3)

Ötən bazar günü Polşada keçirilən prezident seçkilərinin ikinci turu beynəlxalq aləmin diqqət mərkəzində olub. Bu da təsadüfi deyil. Belə ki, Polşada keçirilən prezident seçkilərində ABŞ və NATO ilə daha dərinləşdirilmiş inteqrasiya tərəfdarı olan və bundan əvvəl də ölkəni idarə edən Anjey Dudanın əsas rəqibi özünü daha çox Rusiyayönümlü hesab edilən Rafal Tşaskovski idi. Polşa əhalisi arasında həm Duda, həm də Rafal Tşaskovskinin tərəfdarlarının kifayət qədər çox olduğunu nəzərə alanda onlar arasında qızğın mübarizənin gedəcəyi gözlənilirdi. Elə də oldu.

Bazar günü keçirilən seçkilər siyasi səhnənin sağ qanadında barışmaz düşərgələri təmsil edən iki namizədin – sosial və milli mühafizəkarlığı özündə birləşdirən hakimiyyət partiyası və GP-nin ("Vətəndaş platforması" Partiyası) rəqabətinə gətirib çıxardı.

Gərgin keçən mübarizədə Polşanın hazırkı prezidenti mühafizəkar Andjey Duda seçkilərdə 450 min səs toplamaqla qalib gəldi. Bu isə məntəqələrə səsverməyə gələnlərin yalnız 2,5 faizidir. Bundan əlavə Dudanın yenidən prezident seçilməsində ölkənin din xadimləri də önəmli rol oynadılar. Polşanın ali dini orqanı hesab edilən "Kostel”in-kilsənin dindarları Dudaya səs verməyə çağırması onun (Dudanın) qalib gəlməsinə öz töhfəsini vermiş oldu. Nəticədə, 2000-ci ildən bəri ilk dəfə olaraq, Polşa prezidenti ikinci beş il müddətinə yenidən seçilib. Seçkilərlə bağlı ilkin rəsmi nəticələr də namizədlər arasında mübarizənin demək olar bərabər səviyyədə getdiyini göstərir.

Bazar ertəsi Polşa Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi qaydada elan edilməsi üçün qanunla müəyyən edilən 48 saatlıq müddəti gözləmədən prezident seçkisinin ikinci turunun nəticələri barədə məlumat verib. Seçkilərin nəticələrinə görə, hakim "Qanun və Ədalət" Partiyasının prezidentliyə namizədi Anjey Duda 51,12% səs toplayaraq müxalifətçi "Vətəndaş platforması" Partiyasının (GP) nümayəndəsini, Varşava meri Rafal Tşaskovskini (48,88%) qabaqlayıb. Seçkilərdə seçicilərin fəallığı isə 68,12faiz olub

Bu Polşa üçün panepidemiya dövründə ən yüksək nəticələrdən biri hesab edilə bilər.

Yeri gəlmişkən onu da deyək ki, Polşada prezident seçkiləri fevralın 5-də Seymin (parlamentin) aşağı palatasının spikeri Eljbet Vitekin növbəti prezident seçkisinin mayın 10-da keçiriləcəyini bəyan etməsi ilə başlayıb. Ancaq həmin gün səsvermə koronavirusun pandemiyası və daxili siyasi çəkişmələr səbəbindən baş tutmadı. Seçkilərin növbəti tarixi iyunun 28-də təyin edildi. Pandemiya təhlükəsinə baxmayaraq keçirilən seçkilərdə 11 namizəddən heç biri səslərin yarıdan çoxunu əldə edə bilmədi. Seçkilərin ikinci turunun iyulun 12-də keçirilməsi qərara alındı. İkinci turda isə əsas mübarizə 12 namizəd arasında daha çox səs toplayan Duda (43,5) və Tşaşkovski (30,46) arasında getdi.

.Artıq qeyd etrdiyimiz kimi seçkilərdə Dudanın qalib gəlməsində Polşa kilsəsi (kostel) də müəyyən rol oynayıb.

Əlbəttə ki, hələ də katolik Polşanın siyasi həyatında kilsənin fəal iştirakı o qədər də inamlı təsir bağışlamır. Lakin istənilən halda kilsənin dindarları Dudaya səs verməyə çağırması onun qələbəsində müəyyən rol oynamış oldu. Eyni zamanda bu, Anjey Dudanın liberal "Vətəndaş platforması"ndan olan Rafal Tşaskovskinin namizəd üzərində qələbəsinin yeganə səbəbi deyil. Hazırkı prezident seçki kampaniyası zamanı sadə polyaklar üçün önəmli hesab edilən ənənəvi dəyərlərin qorunmasını önə çıxarması ölkənin xarici düşmənlərinə, ilk növbədə Rusiyadan gələn təhlükəyə qarşı ABŞ və NATO ilə daha sıx inteqrasiyanın vacibliyini xüsusi müzakirə hədəfinə çevirməsi də onun qələbəsində öz sözünü demiş oldu. Bundan əlavə Dudanın prezidentliyi dövründə Polşanın ölkə iqtisadiyyatında müsbət inkişafa nail olunması da əhalinin ona səsverməsinə gətirib çıxardı. Üstəlik Anjey Duda seçkilər ərəfəsində əhali üçün bir sıra sosial güzəştlərə getdi və bununla da özü haqqında əhalidə daha yüksək rəy formalaışdırılmasına nail oldu. Dudanın rəqibləri isə onun hərəkətini seçicilərin ələ alınması kimi dəyərləndirdilər.

Digər amil bir çox polyakların gələcək qarşısında qorxusudur. Belə ki, panepidemiyanın mənfi effekti hələ ki, hamıda özünü hiss etdirməyib və əhalinin hazırkı hakimiyyətə inamı hələ də pozulmayıb. Panepidemiya ilə bağlı əsas problemlər payızda gözlənilir, lakin sıravi seçici bunu çətin başa düşür. Ona görə də onlar rusiyalılara münasibətdə radikal mövqe tutan və bu zaman ölkənin milli maraqlarını müdafiə edən Andjey Dudaya səs verdi. Onu da deyək ki, ölkə əhalisi, xüsusi ilə orta və yaşlı nəsil hər hansı bir dəyişikliyin ölkədə xoşagəlməz nəticələrə gətirəcəyindən qorxurlar.

Bu insanlar kimdir? Birincisi, bunlar 60 yaşdan yuxarı olan polyaklardır, onların 65% isə Dudaya səs verib. Bunlar kiçik şəhərlərin, kəndlərin sakinləridir. Orta təhsilli və ya ümumiyyətlə təhsili olmayan insanlardır.

.Birinci turda olduğu kimi, Dudaya kənd yerlərində yaşayan orta təhsilli seçicilər, Tşaskovskiyə isə əsasən şəhərlərdə ali təhsilli seçicilər tərəfindən daha çox səs verildi. Duda Polşanın 6 vilayətində qalib gəldi, 10 vilayətdə isə ən çox səsi Tshaskovski qazandı.. Varşavada Bələdiyyə Başçısı rəqibinin yığdığı 23 faiz səs qarşı 68 faiz səs toplayaraq ölkə prezidentini əhəmiyyətli dərəcədə qabaqladı.

Nəticələr hər iki namizədə münasibətdə maraqlı olsa da, bu amil xarici ölkələrdə səslərin bölüşdürülməsinə az təsir göstərib. ABŞ-da nəticələr Duda üçün yaxşı hesab edildi. ABŞ-da yaşayan polyakların 54,96, Belçikada isə 80% - i Dudaya səs verib. Almaniyada da polyaklar Dudanın yenidən prezident seçilməsinə səs verdilər. Varşavada və Uzaq Şərq ölkələrində də seçicilərin he 80% - dən, hətta 90% - dən çoxu Dudanı dəstəklədi. Yalnız Rusiyada yaşayan polyaklar Kremlyönümlü hesab edilən Tşaşkovskini dəstəklədilər.

Moskvada Tşaşkovski 226, Duda 89 səs topladı. Sankt-Peterburq, Kalininqradda və Smolensk şəhərlərindədə polyaklar əsasən Tşaşkovskiyə səs verib. Yalnız İrkutskda Duda rəqibindən üstün olub. Digər bir maraqlı məqam isə vaxtı ilə Rusiyanın əsarəti altında inləyən və ona qonşu olan bölgələrin rusyönümlü Tşaşkovskiyə daha çox səsverməsidir. Ölkənin Avstriya-Macarıstan sərhədlərində yaşayanları isə Dudanı dəstəkləyiblər.

Ölkənin Qərbi Varşava şəhərinin meri Tşaskovskiyə, Şərq isə Dudaya səs verib. Üstəlik, hətta Varşavada qələbə qazansa da, ümumilikdə, liberal namizəd son nəticədə öz rəqibinə uduzub.

Polşanın xarici siyasətinə gəlincə, o da, çətin ki, dəyişsin. Tşaskovski qalib gəsəydi Rusiya ilə münasibətlərdə yumşalma əmələ gələcək, Qərblə inteqrasiya isə şübhə altına düşəcəkdi.

Əlbəttə, mühafizəkarlar indi özlərini son illərdəkinə nisbətən daha aqressiv aparacaqlar, öz mövqe və dəyərlərini dövlət siyasəti kimi sınayacaqlar. Üstəlik, ölkədə çoxdan ənənə yaranıb ki, prezident seçkisini qazanan şəxs, adətən, sonra parlament seçkilərinə də qalib gəlir. Parlamentə seçkilər isə 2023-cü ildə keçiriləcək. Ümumiyyətlə Dudanın yenidən prezident seçilməsi Polşanın Qərblə daha da yaxınlaşmasına yol açaraq ölkədə ABŞ qoşunlarının sayının daha da artırılması və Almaniyadan çıxarılacaq NATO hərbi hissələrinin Rusiya ilə sərhəddə yerləşdirilməsi prosesinə yeni təkan verəcək. Bu isə Rusiyaya yaxşı heç nə vəd etmir.

Emin Axund

Oxuməni.az