Mərkəzi Asiya dövlətləri arasında baş verən toqquşmaların arxasında Rusiya dayanır

Mərkəzi Asiya dövlətləri arasında baş verən toqquşmaların arxasında Rusiya dayanır

14 İyun 2020 12:26
Bəyəndim (0) Bəyənmədim (6)

Son dövrlərdə Mərkəzi Asiya dövlətləri, Özbəkistan, Qırğızıstan və Tacikistan arasında sərhədyanı ərazilərdə toqquşmalar böyük müharibələr ərəfəsində olduğu kimi adi bir hala çevrilib. Demək olar ki, hər gün adıçəkilən dövlətlərin sərhədlərində güllə səsləri eşidilməkdədir. Güllə səslərinə görə isə region dövlətləri biri-birlərini günahlandırmaqdadırlar. Hələlik ən çox gərginlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Tacikistan və Qırğızıstan sərhədində özünü göstərməkdədir. Bu baxımdan KTMT üzrə müttəfiqlər olan Qırğızıstan və Tacikistanın sərhədində uzunsürən münaqişə may ayında ciddi şəkildə kəskinləşib. Düşünmək olardı ki, ümumi bəla, pandemiya koronavirus, sosial-iqtisadi çətinliklər, terror təhlükəsi Mərkəzi Asiya respublikalarının əhalisini barışdıracaq, amma bu, baş vermədi. Belə təəssürat yaranır ki, kimsə qəsdən məhz sərhədyanı münaqişələri qızışdırır, hətta dinc insanlara atəş açılır.

Mayda vəziyyətin gərginləşməsi Tacikistanın Soqdi vilayəti ilə həmsərhəd olan Qırğızıstanın Batken vilayətindəki Çekin yaxınlığında baş vermiş toqquşmadan başlayıb. Hesab edilir ki, münaqişə sərhədyanı ərazilərin kəndlilərinin torpaq üzərində iddiaları üzündən baş verib. Qayalar səngərlərə çevrilib, ov tüfəngləri də avtomatları əvəz edib. Tərəflərin sərhəd xidməti əsgərləri havaya atəş açaraq beyinləri qızaraq bir-birlərini parçalamağa hazır olan qırğız və tacik kəndlliləri sakitləşdirməyə cəhd ediblər. Yalnız haya dalbadal açıln atəşlərdən conra təcavüzkar kütləni müvəqqəti olaraq sakitləşdirmək mümkün olub. Lakin tərəflər arasında atəşkəs uzun sürməyib. Bu sakitliyi Tacikistan ərazisindən Qırğızıstanın sərhədyanı kəndlərinə minamyotdan açılan atəş səsləri pozub. Qarşı tərəf də buna avtomatdan açılan atəşlə cavab verib. Nəticədə qırğız və tacik hərbçiləri də daxil olmaqla beş nəfər yaralanıb. Düşənbə insidentə görə məsuliyyəti Bişkek üzərinə qoyaraq tamamilə fərqli versiyanı səsləndirib. Bişkek isə bunu rədd edərək baş verənlərdə Düşənbəni günahlandırıb.

Nəhayət, Qırğızıstanın Kuktoş kəndinin milli zəmində əsəbləri coşan sakini tarlada işləyən tacik icmasından olan qadına atəş açıb. Buna cavab özünü çox gözlətməyib. Batken rayonunda Tacikistan tərəfindən Qırğızıstan vətəndaşının avtomobilini atəşə tutublar. Sürücü ağır yaralanıb. Tez-tez baş verən münaqişələr "sadə" şəkildə izah edilir: sərhədin 70% - i artıq otuz ilə yaxındır ki, razılaşdırılmamış qalır və iki ölkə hakimiyyətinin demarkasiya və delimitasiya məsələsini həll etmək cəhdləri müşahidə edilmir. Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və onun tacik həmkarı Emoməli Rəhmon Özbəkistan lideri Şavkat Mirziyeyevdən (onun haqqında aşağıda deyiləcək) fərqli olaraq "qaynar" regionlara şəxsi səfərlər etməyiblər. Bununla yanaşı, hətta hər iki ölkənin sərhəd qoşunları da öz aralarında münasibətləri aydınlaşdırmağa başlayıblar. Yəni tərəflər arasında vəziyyət, demək olar ki, müharibə ərəfəsində baş verənləri xatırladır. Bu vəziyyət Mərkəzi Asiyanın, Rusiyanın, bütün Mərkəzi Avrasiyanın təhlükəsizlik səviyyəsinə çox mənfi təsir göstərir.

Xatırladaq ki, Tacikistan və Qırğızıstanda Rusiya hərbi bazaları yerləşdirilib. Moskva tərəflərə münaqişənin həllində vasitəçilik təklif etsə də, hər iki tərəfin buna cavabə mənfi olub. Xüsusilə Tacikistan sərt şəkildə Rusiyaya məsələ ilə bağlı etirazını bildirib. Düşənbə üçüncü tərəfin danışıqlarda iştirakını "məqsədəuyğun saymayıb".

Əslində bunun səbəbi də aydındır: Həm Tacikistan, həmdə Qırğızıstan son toquşmalarda Rusiyanən əli olduğu barədə çoxsaylı şübhələrə və bəzi ehtimallara malikdirlər. Üstəlik hər iki tərəf ehtiyat edir ki, Rusiya sərhədyanı toqquşmalardan istifadə edərək bu və ya digər dövləti pərdəaraxasından dəstəkləsin və bununlada tərəflərarasında münaqişəni daha da körükləsin. Moskvanın bununla da adıçəkilən amildən istifadə edərək Tacikistan və Qırğızıstanı özünün quberniyalarından birinə çevirmək, onların müstəqilliyinə son qoymaq planlarını həyata keçirməyə cəhd edəcəyi də istisna edilimir.

Bununla yanaşı, son doqquz ildə Qırğızıstan və Tacikistanın sərhədində 160-a yaxın toqquşma, o cümlədən silahlı qarşıdurmalar baş verib. Yaranmış vəziyyətdən kriminal qruplar da çox məharətlə istifadə edirlər. Onların Tacikistan-Özbəkistan sərhədində "İşkbod" sərhədinə ötənilki hücumunu xatırlamaq kifayətdir. O vaxt sərhədçi və polis əməkdaşı həlak oldu, hücum edənlər isə on beş nəfər itki verdi. Düşünmək lazımdır ki, Fərqanə vadisində, üç respublikanın qovuşuğunda davam edən qeyri-sabit vəziyyət çoxlarını qane edir: birincisi, sərhəddə gərginlik Qırğızıstan və Tacikistan əhalisini sosial-iqtisadi problemlərdən yayındırır. İkincisi, qaçaqmalçılara və digər cinayətkar ünsürlərə sərbəstlik verir. Tacikistan ərazisindən Qırğızıstana Əfqanıstan narkotrafikasının əsas marşrutlarından biri qaçır. Əfqanıstana isə qaçaq yolla yanacaq-sürtkü materialları göndərilir. Əlbəttə, hakimiyyət üçün sirr deyil ki, sərhəddə qeyri-sabitlik radikal dini təşkilatların fəaliyyəti üçün, az qala, "cənnət" şərait yaradır.

Tacikistan Milli Bankının məlumatlarına əsasən, terrorçularla və ekstremistlərlə əlaqədə şübhəli bilinən fiziki şəxslərin və təşkilatların ümumi sayı son bir il ərzində respublikada iki dəfə -2 647-yə qədər artıb. Onların arasında Rusiyada və digər ölkələrdə qadağan olunmuş "əl-Qaidə", "Taliban", "Özbəkistan İslam hərəkatı" ilə yanaşı, "qara siyahı" da Tacikistan müxalifəti var.

Tacikistan və Qırğızıstan bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməli və ümumi fəlakətlər və çağırışlar qarşısında birləşməlidirlər. Amma hələliksə, görünür, Fərqanə düyününü yalnız Mirziyeyev açmağa hazırdır. Qırğızıstanda özbək anklavı Sohla sərhəddə toqquşma baş verdiyi kimi, sərhəd kəndləri olan qırğız Çekmə və özbək Çeşmə kəndi bulaq üzərində əlbəyaxa savaşa girmişdilər... Münasibətlər o qədər temperamentli şəkildə aydınlaşırdı ki, özbək tərəfdən 187 nəfər, Qırğız tərəfdən isə 25 nəfər müxtəlif dərəcəli xəsarət almış, üç ev yandırılmışdır. Hadisə yerinə Özbəkistanın Baş naziri və Qırğızıstanın Baş nazirinin müavini təşrif buyurublar.

Mirziyeyev bu işi şəxsi nəzarətə götürüb. O, Fərqanə vilayətinə gedərək Özbəkistan əhalisini Qırğızıstanla dostluğa və dözümlülüyə çağırıb. O bildirdi ki, qonşu ölkələrlə sərhəddə bir çox problemlər həll olunub və Sohda baş verən hadisələr qırğız xalqı ilə dostluğumuza, qarşılıqlı səfərlərimizə və ümumi planlarımıza təsir göstərməməlidir.

Özbəkistanın Sohla bağlı planları isə artıq elan edilib. Belə ki, regionda 73 layihənin 4,5 min yeni iş yerinin yaradılması ilə həyata keçirilməlidir. Onların sırasında sement zavodunun, yeni məktəblərin tikintisi, istirahət zonalarının yaradılması, əhalinin içməli su ilə təmin olunması və kənd təsərrüfatı əkinlərinin suvarılması problemlərinin təcili həlli, yerli aeroportun yenidən qurulması, Soh rayon gənclərinin ali məktəblərdə təhsil alması üçün 500 güzəştli yerin ayrılması və s. göstərmək olar. Ümumiyyətlə, Qırğızıstan və Tacikistandan fərqli olaraq, Özbəkistan əhalinin diqqətini münaqişələrə yönəltmir, onu körükləmir və ilk növbədə əhalininn problemlərini həll edərək iki ölkə sərhədindəki gərginliyi dinc yollarla aradan qaldırmağa çalışır. Bu baxımdan Qırğızıstan və Tacikistanın regional təhlükəsizlik kontekstində Özbəkistandan nümunə götürməsi olduqca vacibdir. Lakin ara-sıra sərhədyanı ərazilərdə vəziyyətin gərginləşməsi göstərir ki, bunda maraqlı qüvvələr var və onlar müxtəlif yollarla Qırğzıstan-Tacikistan münasibətlərini gərginləşdirməyə cəhd edirlər. Bütün bunların isə arxasında hər iki ölkənin müstəqilliyinə son qoyaraq onları yenidən imperiya tərkibinə daxil edilməsi niyyətlərinin dayandığı istisna edilmir.

Əziz Mustafa

Oxuməni.az