Rusiya Həftəri sona kimi dəstəkləyəcəkmi?

Rusiya Həftəri sona kimi dəstəkləyəcəkmi?

22 May 2020 14:02
Bəyəndim (0) Bəyənmədim (16)

BMT tərəfindən tanınan Liviyanın Milli Razılıq Hökumətinin qoşunları (MKŞ) bir həftə davam edən döyüşlərdən sonra Tripolidən 140 kilometr cənub-qərbdə yerləşən və qiyamçı general Xəlifə Həftərə aid əl-Vatiya hərbi-hava bazasına yiyələndi. 2014-cü ildən bu baza Liviya Milli Ordusunun (LH) komandanı Xəlifə Həftərin əlində olub və baş nazir Fariz Saracın rəhbərlik etdiyi MKŞ-nin nəzarətində olan paytaxta aviazərbələr üçün istifadə edilib.

Verilən son xəbərlərə görə, Həftər qüvvələri tələsik geri çəkilərək Rusiyanın özüyeriyən zenit raket-top kompleksini (ZRPK)- "Pantsir-C1" və Mi-35M helikopterininin qarşı tərəfin əlinə keçməsinə şərait yaradıblar.

Xatırladaq ki, MKŞ və LNA ölkələrin müxtəlif qrupları tərəfindən dəstəklənir. Xüsusilə, Həftər Qüvvələrinə Rusiya, Sarac hökumətinə isə Türkiyə hərbi dəstək verir. Həftərin son ağır məğlubiyyəti barədə xəbərdən dərhal sonra Rusiya hərəkətə keçdi. Bu müstəvidə də mayın 18-də Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ərdoğana zəng edərək onunla Liviyadakı son vəziyyəti müzakirə edib. Danışıqlar zamanı tərəflər Liviyada "19 yanvar 2020-ci il Berlin Beynəlxalq Konfransının qərarları əsasında müddətsiz barışığın və dialoqun tezliklə bərpa olunması"zəruriliyi ilə razılaşıblar.
Xatırladaq ki, Ərdoğan dəfələrlə bəyan edib ki, Liviyada Həftər tərəfində "Vaqner” çilər də daxil olmaqla çoxlu sayda rusiyalı muzdlular döyüşür.

Demək olar ki, eyni vaxtda məlum olub ki, Avropa İttifaqının xarici işlər naziri Jozep Borrel də Fariz Saracla telefon danışığında Aİ-nin yeni Aralıq dənizi əməliyyatını müzakirə edib.
Liviyada cərəyan edən hadisələrin səbəbi barədə "Rosbalt”a açıqlama verən hərbi ekspert Pavel Felqenhauer bildirib ki, Həftərə münasibətdə Rusiyanın ali dairələrində fikir aylıqları var. Onun sözlərinə görə, Müdafiə nazirliyi Həftəri dəstəkləməyin tərəfdarıdır, Xarici işlər nazirliyi isə bunun əleyhinə çıxır:
“Həftər hələ ki, Liviya neftinin böyük hissəsinə nəzarət edir. Baxmayaraq ki, orada kifayət qədər mürəkkəb vəziyyət mövcuddur. Biz hərbi münaqişənin tərəflərindən biri olan tərəfə silahla yardım edirik. Bizdən əlavə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Səudiyyə Ərəbistanı, Fransa da Həftərə hərbi yardımlar edir. Bizim orada ələ keçirilən “Pantsir” zenit-raket qurğularımızı da bizim razılığımızla BƏƏ Həftərə verib.
Qeyd etmək lazımdır ki, Liviya münaqişəsinə Rusiyanın münasibəti kifayət qədər sadə deyil. Moskvada rəsmi idarələr ona müxtəlif nöqteyi-nəzərdən yanaşırlar. RF Müdafiə Nazirliyi Həftəri dəstəkləyir, XİN və Kreml isə bu dəstəyin əleyhinədir.
Xatırladım ki, Kreml bu ilin yanvar ayında Sarac və Həftəri bir danışıqlar masasına oturmağa çalışarkən,Rusiya rəhbərliyindəki fikir ayrılılıqları tam şəkildə ortaya çıxdı. Müdafiə nazirliyimiz tərəfindən dəstəklənən Həftər Kremlin və XİN-in səylərinə baxmayaraq Moskvada hər hansı sənədi imzalamayaraq görüşü yarımçıq tərk etdi”.

Rusiyalı hərbi ekspert qeyd edib ki, hazırda Liviyada vəziyyət mürəkkəbdir və oraya göndərdiyimiz vaqnerçilər barədə tam məlumatlara malik deyilik. Bəzi məlumatlara görə Vaqnerçilər nə üçünsə döyüşlərdə iştirak etmirlər. Buna səbəb kimi isə Həftərin onlara pul verməməsi göstərilir. Pavel Felqenhauer onu da vurğulayıb ki, Rusiyanın Həftərlə yanaşı Saracla da xoş münasibətləri var:


“Moskvada bu məsələ ilə bağlı, dediyim kimi, formal olaraq da bitərəfdirlər, amma əslində bölgədə baş verənlərə münasibətdə birlik yoxdur. Qeyd etdiyim kimi Rusiyanın müdafiə naziri Sergey Şoyqu Həftərlə dəfələrlə görüşüb və onu dəstəkləyir, xarici işlər naziri Sergey Lavrov isə buna qarşıdır. Zənnimcə hazırda Rusiya Həftəri dəstəkləmədə daha ehtiyatlı mövqe nümayiş etdirir.
Çünki Həftər uğursuzluğa dükar olub və ona dəstəyi dayandırmaq lazımdır. Üstəlik, onun Tripolini almayacağı tamamilə aydın oldu. Mən bunu əvvəllər də başa düşmüşdüm, çünki Saracın tərəfində Misurata briqadaları (Liviyada sayca üçüncü şəhər) döyüşür. Onlar isə ölkədə ən yaxşı döyüşçülərdir. Bundan başqa, Həftərlə öz parlamenti arasında ziddiyyətlər əmələ gəlib. Belə bir vəziyyətdə isə Həftərin sonunu yaxşı görmürəm”.
Bununla belə Rusiya Həftərə hələlik hərbi yardımı dayandırmaq niyyətində olmadığını nümayı etdirir. Ötən gün məlum olub ki, Rusiya Suriyanın Humut şəhərindəki muzdlularını Liviyaya göndərmək barədə qərar verib. Ayda 1500 dollar maaş alan muzdluların Liviyaya döyüşmək və Həftərə dəstək məqsədilə göndəriləcəyi bildirilib. Hərbi birləşmənin bu məqsədlə Rusiya və İranın hərbi nəqliyyat vasitələri ilə Ləzgiyyə hava limanına gətirildiyi qeyd edilib. Bütün bunlar da göstərir ki, Rusiya hələ də Həftərin döyüşlərdə uğur qazanacağına ümid edir. Lakin o da aydındır ki, Həftər gücləri növbəti məğlubiyyətə dükar olacaqları təqdirdə Rusiya generala dəstəyi dayandırmağa və Liviyaya münasibətdə əvvəlki siyasətini dəyişdirməyə məcbur olacaq.
Əziz Mustafa
Oxuməni.az