ABŞ yeni koronovirusun yaradılmasında Çinlə bərabər iştirak edib

ABŞ yeni koronovirusun yaradılmasında Çinlə bərabər iştirak edib

25 Aprel 2020 13:15
Bəyəndim (0) Bəyənmədim (19)

Səhiyyə sahəsində dünyanın ən güclü ölkəsi hesab edilən Amerika Birləşmiş Ştatları hər gün koronavirus infeksiyası ilə əlaqədar olaraq əhaliyə, səhiyyə sisteminə, tibbə, iqtisadiyyata qarşı dəhşətli zərbələrə məruz qalır. Bütün bunlar isə dünyanın super-güc ölkəsi olan Amerikanın beynəlxalq aləmdəki nüfuzunu sarsıtmaqdadır. Xəstəliyə yoluxmuş insanların ölümlərinə görə İtaliyanı sıxışdıran ABŞ bu məsələdə artıq birinci yeri tutub. Bu günə kimi ABŞ-da 700 mindən çox insan virusa yoluxub, 25 mindən çox y insan dünyasını dəyişib. Dünyada təsdiqlənmiş infeksiya hallarının sayı isə iki milyondan çoxdur. Koronavirusun yayılmasında və laboratoriya da alınması məsələsində isə Çinlə bərabər ABŞ-ın da adı hallandırılır. Bununla belə Vaşinqton özünü yeni koronavirus ittihamlarından qorumaq üçün Çinin yalan və ölümcül yoluxmaların yayılması ilə bağlı məlumatları ört-basdır etdiyinə görə cəzalandırılmalı olduğunu bəyan edir. Bu günlərdə ABŞ-ın dövlət katibi Mayk Pompeo Almanianın məşhur “Bild” nəşrinə müsahibəsində bildirib ki, gələcəkdə pandemiyada günahkar tapmaq lazımdır və ÇXR vaxtında bu infeksiya və epidemiya ilə bağlı dünyaya düzgün məlumat verməyib. Pompeo bildirib ki, gələcəkdə bu virusun necə başladığını və haradan peyda olduğunu anlamaq üçün qlobal müzakirələr aparmaq lazımdır. Bundan əsas məqsəd günahkarların məsuliyyətə cəlb olunması olacaq.

Çinin Uhan şəhərində infeksiyasının haradan başlamasını anlamaq üçün ABŞ senatorları da məsələnin ciddi şəkildə araşdırılmasını tələb edirlər. ABŞ Senatının daxili təhlükəsizlik komitəsinin sədri Ron Conson bildirib ki, deputatlar koronavirusun yaranması və yayılmasının səbəblərini, Çinin və Dünya Səhiyyə Təşkilatının (ÜST) informasiyanın gizlədilməsində rolunu araşdırmağa başlayıblar. Senator Rik Skott isə deyib:"Biz Kommunist Çinə etibar edə bilmərik”.

Uhan infeksiyasına qarşı ədalətli mübarizə istəyən xora Britaniya da qoşulub O Pekini trilyon dollar təzminat iddiası ilə hədələyib.

Pekinə qarşı ittihamlar isə artmaqda davam edir. Məsələn, Almaniya kansleri xanım Angela Merkel bildirib ki, Çindən başlayan koronavirusa görə ölkəsinə 150 milyard avro zərər dəyib. Onun sözlərinə görə, ölkəsi bu məbləği məhkəmə yolu Çindən tələb edərək almaq niyyətindədir. Bu arada isə məlum olub ki, Uhan virusologiya İnstitutunda heyvanları sınaqdan keçirən iki laboratoriyanın maliyyələşdirilməsində iştirak edən digər ölkələr də olub. Onlardan biriə də eləcə ABŞ-ın özüdür. Belə ki, ilkin araşdırmalar zamanı məlum olub ki, onlar ABŞ Milli Səhiyyə İnstitutlarıdır. ABŞ tərəfindən maliyyələşdirilən Çinin Uhan şəhərindəki laboratoriyada heyvanlar üzərində həyata keçirilən eksperimentlərə yarasalar üzərində tədqiqatlar da daxil idi. Tədqiqatlar zamanı yarasaların bəzi koronavirus xəstəliklərinə davamlı immunitetə malik olmasının səbəbləri araşdırılırdı.

Çinin digər laboratoriyalarında heyvanlar üzərində 22-dən artıq eksperiment aparılıb.

“The Washington Examiner” nəşrinin heyvanların müdafiəsi üzrə “White Coat Waste Project” təşkilatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi hələ 2015-ci ildə Çinin Uhan şəhər bazarından it və pişik alıb. Məhz həmin heyvanlar üzərində də yeni koronavirusla bağlı eksperimentlərin keçirildiyi istisna edilmir. Departament həmçinin Uhan bazarından alınan heyvanların üzərində eksperimentlər aparılması üçün ABŞ-a göndərilməsi xərclərini ödəyib. Bütün bunlar da Amerika xəzinəsinə 22 milyon dollara başa gəldi və eksperimentlər yalnız keçən ilin sonlarında dayandırıldı. Amma bu da son deyil. Üzərində eksperimentlər aparılan heyvanlar isə sonradan bazara şıxarılıb və satılıb. Belə ehtimal edilir ki, yeni koronavirusun yayılmasına da səbəb məhz bu amil olub. Məsələnin bu qorxulu tərəfini ABŞ üçün biabırçılıq adlandıran Floridadan olan konqresmen Meta Qaetsa “The Washington Examiner” nəşrinə verdiyi müsahibəsində deyib: “Mənim üçün ABŞ-ın uzun illər ərzində Uhanda heyvanlar üzərində həyata keçirilən təhlükəli ekspreimentlərin maliyyələşdirilməsində iştirak etməsi faktını öyrənmək olduqca ağırdır. Faktiki olara ABŞ özünün nəzarət etmədiyi Çinin Uhan şəhərindəki yarasalar və digər heyvanlar üzərində aparılan eksperimentləri maliyyələşdirməklə bü gün üzləşdiyimiz bəlaların, ölümlərin baş verməsində günahkardır”

Yəni belə çıxır ki, ştatların özləri uzun illər heyvanlar üzərindəki təhlükəli eksperimentləri həm Uhandakı bilavasitə iki laboratoriyanı maliyyələşdiriblər. Amerikalıların Uhandakı təhlükəli eksperimentlərdə iştirak etməsini “Vaşinqton Post” qəzetində dərc edilən gizli telfonoqramanın mətni də sübut etməkdədir. 2018-ci ilin yanavar ayında ABŞ-ın Pekindəki səfirliyi tərəfindən Ağ Evə göndərilən gizli telfonoqramda deyilir ki, amerikalı alimlər və diplomatlar Uhandakı laboratoriyada tədiqatlar aparılması üçün ora ezam ediliblər. Məhz amerikalı vergi ödəyicilərinin ödədikləri pullar hesabına maliyyələşdiirlən iki laboratoriyanın maliyələşdirilməsi hesabına Çin dövlət rəsmiləri onların həmin tədqiqatlara cəlb edilməsinə mane olmayıb.

ABŞ diplomatları və alimləri Uhan laboratoriyaları ilə tanış olduqdan sonra Vaşinqtona gizli məlumat göndəriblər. Məlumatda qeyd edilirdi ki, laboratoriyalarda həyata keçirilən eksperimentlər olduqca təhlükəlidir və üstəlik bu tədqiqatlarda iştirak edən mütəxəssislərin səviyyəsi yüksək deyi və onlar bundan narahatdırlar. Məlumatda o da qeyd edilib ki, laboratoriyada yarasalar üzərində təcrübələr aparılır və virusun insanlara yoluxması təhlükəsi böyükdür.

“Vaşinqton Post”un qeyd etdiyi kimi, amerikalı virusoloqlar bir neçə dəfə Uhanda həmkarları ilə görüşüblır. Bu görüşlərdə isə laboratoriyadakı tədqiqatlar və nəticələrinin müzakirə edildiyi istisna edilmir. Yeri gəlmişkən, amerikalı tədqiqatçıların Uhana səfəri barədə laboratoriyanın ingilisdilli saytındada məlumatlar gedib. Lakin bu hadisələr baş verəndən sonra həmin yazı saytdan çıxarılıb.

Qəzetin yazdığına görə, Dövlət Departamenti məqalədə deyilənlərə şərh verməkdən imtina edib.

ABŞ Müdafiə Nazirliyinin bu məlumatlara və hökumət üzvləri və deputatlar arasında gedən diskussiyalara reaksiyası da maraqlıdır. Pentaqon iddia edir ki, koronavirus SARS-CoV-2 təbii bir mənşəyə malikdır, ancaq bunu 100 faiz təsdiq etmək də çətindir. Yəni, bu gün dünyada ölümlərə səbəb olan koronavirus bəlası təbii olsa, onda heç kimdə günah axtarmaq lazım deyil. Yeni koronavirus süni olsa, onda məsələ fərqli olacaq və günahkar yalnız Çin çıxacaq. Halbuki ABŞ məhz Uhandakı tədqiqatlarda iştirak edib və yeni koronavirus üzərində laboratoriya araşdırmalarına 22 milyon dollar xərcləyib. Bu, artıq müəyyən bioloji silahların yaradılması və ya yaradılması cəhdidir. Kim? Niyə? Kimə qarşı?Bu suallara cavab tapmaq isə heç də asan deyil.

Pekin də ona qarşı ünvanlanan ittihamlar qarşısında susmur. Amerika qəzetlərinin yazdığına görə, Çinin koronavirusun yaranma tarixinin məxfiləşdirilməsi onun qlobal pandemiyaya çevrilməsinə yol açıb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşlarının fevral ayının sonuna qədər laboratoriyaya girişinə icazə verilməyib. Bununla bağlı “The Washington Examiner” yazır:

“Pekin yeni koronavirusun yayılmasını gizlətməkdən əlavə fəal şəkildə yalanlar yayaraq, virusun ondan kənarda olduğunu iddia edir. Çinlilərin ən cəfəng yalanı Amerika əsgərlərinin 2019-cu ilin oktyabrında hərbi-idman turniri zamanı Uxanaya virus gətirməsi idi”.

Ədalət naminə qeyd etmək lazımdır ki, Pekin Uhanda laboratoriya araşdırmalarının gizli saxlanılması üçün tədbirlər görüb. Xatırladaq ki, Uhan virusologiya İnstitutunun direktor müavini Şi Çjenli virus haqqında məqaləsini yalnız yanvarın 10-da dərc etdirmişdi. Lakin Çin hökuməti bu məqalənin sahibini təhdid edən cəzalara əl atdı və məqalə saytlardan yığışdırıldı. Hökumət rəsmiləri eyni zamanda COVID-19 haqqında elmi əsərlərin nəşrinə sərt şəkildə nəzarət ediləcəyini söylədi. Nəticədə iki Çin Universiteti bu mövzuda yazılan yazıları internetdən çıxarmaq məcburiyyətində qaldılar. İndi istənilən nəşrlər məsələni dövlət orqanları ilə razılaşdırılmalıdırlar.

Faktiki olaraq son hadisələrə, yəni ABŞ-ın Çini yeni koronavirusun yayılmasında günahlandırması Vaşinqtonun özünü məsuliyyətdən kənarda qoymaq cəhdindən irəli gəlir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin sənədlərindən göründüyü kimi, dəyəri 200 milyon dollar olan Bioloji tədqiqatlar proqramına verilən Amerikanın dövlət dəstəyinə Uhan virusologiya İnstitutunun koronavirusu tədqiq edən laboratoriyaları da daxil idi. Ağ Ev Çində epidemiyanın yayılmasından bir ay əvvəl gözlənilmədən oradakı tədqiqatlara verdiyi maliyyə dəstəyini dayandırmışdı. Xatırladaq ki, vaxtilə ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauellin BMT Təhlükəsizlik Şurasının iclasında nümayiş etdirdiyi şüşədəki ağ tozla Səddam Hüseynin nüvə silahına malik olduğunu və onunla bütün dünyanı məhv edəcəyini söyləmişdi. Amma Səddam Hüseyn asılandan sonra məlum oldu ki, o nüvə silahına malik olmayıb. Sən demə Kolin Pauellin əlindəki şüşədə sadəcə olaraq paltaryuan toz olub. İndi də eyni oyun ABŞ tərəfindən yeni koronavirusa münasibətdə oynanılır. Lakin hadisələrin gedişi göstərir ki, ABŞ bu dəfə yeni koronavirusun yaradılması ilə bağlı Uhandakı laboratoriyalarda aparılan tədqiqatlardakı iştirakını gizlədə bilməyəcək...

Əziz Mustafa

Oxuməni.az