Ordu yeni koronavirusa qarşı mübarizədə önəmli rol oynamağa başlayıb

Ordu yeni koronavirusa qarşı mübarizədə önəmli rol oynamağa başlayıb

25 Aprel 12:18
7 448
Bəyəndim (0) Bəyənmədim (14)

Beynəlxalq aləmdə yeni koronavirusa qarşı mübarizəyə həkimlər ilə bərabər ordunun da cəlb edilməsi günümüzdə önəmli faktorlardan birinə çevrilməkdədir. Buna da səbəb mülki təşkilatların və həkimlərin köməyi ilə koronavirusan qarşısının alınmasının mümkün olmamasıdır. Özü də ordudan koronavirusla mübarizədə istifadə edilməsi əslində çox risqli bir işdir. İstənilən halda ordudan koronavirusa qarşı mübarizədə istifadə daha çox hərbşinin bu dəhşətli xəstəliyə yoluxması risqini artırır. Bununla dünyanın əksər inkişaf etmiş ölkələri koronavirusa qarşı mübarizədə ordudan istifadəni genişləndirməkdə davam etməkdədirlər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən məşhur alman nəşri “Der Tagesspiegel” yazır:

"Avropa müharibə dövründən bəri ən böyük sınaq ilə üzləşib. Hal - hazırda o, virusa qarşı mübarizə arzuedilən səviyyədə uğurlu deyil. Koronavirusa qarşı ordudan istifadə edilməsi də çox riskli məsələdir. Bu, orduda sürətlə koronavirusun yayılmasına gətirib çıxara bilər. Avropa ittifaqə istənilən halda koronavirusun qarşısında aciz qalıb. Əgər heç nə dəyişməsə, Avropa İttifaqı dağıla bilər".

Bununla belə demək olar ki, bütün ölkələr silahlı qüvvələrxidmət edən öz tibbi heyətlərini və mütəxəssislərini vətəndaş həkimləri ilə birgə işləmək üçün səfərbər edib. Ordu hərbi-nəqliyyat aviasiyası parklarını - həm təyyarə, həm də vertolyot parklarını - xəstə və tibbi ləvazimatların daşınması üçün səfərbər edir. Sahə hospitallarının, infeksion mərkəzlərin və karantin stansiyalarının inşasında Dövlət İdarəçiliyi orqanlarına da yardım həyata keçirilir

Belə ki, Bundesver Logistika əməliyyatlarında və səhiyyə sahəsində hərbi qulluqçulardan istifadə edir eyni zamanda, tibb sahəsində təcrübəyə malik ehtiyatda olan əsgər və zabitləri mülki əhaliyə könüllü şəkildə yardım göstərməyə çağırıb. Fransada hərbçilər xəstəxanalara yoluxmuş insanları çatdırır. Britaniya Müdafiə Nazirliyi isə ehtiyatda olan hərbçiləri koronavirus ilə mübarizəyə cəlb edərək, onların həm də tibb təhsili ilə məşğul olur. Avropada yeni koronavirusadan ən çox zərər çəkmiş İtaliyada hərbi qulluqçular ölənlərin daşınması üzrə kədərli bir missiyanı yerinə yetirirlər.

Rusiya prezidenti Vladimir Putin isə hərbçilərə qısa müddətdə 16 çoxfunksiyalı tibb mərkəzinin tikilməsini tapşırıb. Onların may ayının ortalarında tikiləcəyi və ümumi tutumunun 1,6 min nəfər olacağı gözlənilir. Rusiya Müdafiə Nazirliyinin hərbçilər xaricdə də kifayət qədər səmərəli fəaliyyət göstərir. Onlar İtaliya və Serbiyada pandemiyaya qarşı mübarizə aparmağa kömək edirlər. Radiasiya, kimyəvi və bioloji Müdafiə Qoşunlarının (RXBZ) mütəxəssisləri orada tibb müəssisələrinin, müxtəlif binaların və yolların dezinfeksiya edilməsini həyata keçirirlər. Hərbi həkimlər epidemiya əleyhinə tədbirlərin keçirilməsi və yoluxmuş şəxslərin müalicəsi üçün tövsiyələr verirlər. Martın 22-dən 25-dək Rusiyadan İtaliyanın Berqamo şəhərinə 15 hərbi-nəqliyyat təyyarəsi ilə hərbi virusoloq və epidemiologiya sahəsində mütəxəssislər, səkkiz həkim briqadası, həmçinin dezinfeksiya tədbirlərinin diaqnostikası və keçirilməsi üçün avadanlıq göndərilib.

Bundan əlavə Rusiya Federasiyasının prezidentinin tapşırığına uyğun olaraq, Rusiya hərbi hava qüvvələrinə məxsus təyyarələr koronavirusla mübarizə üçün Bosniya və Herseqovinaya yardım edirlər.

Koronovirusa qarşı mübarizədə ABŞ-da hərbçilərindən geniş şəkildə istifadə edir.

İlk dəfə ABŞ hərbçilərindən 29 yanvar 2020-ci ildə Çin Uxanasından ABŞ vətəndaşlarının evakuasiyası zamanı istifadə edilib.

.Aprelin 14-nə olan vəziyyətə görə, artıq 14 mindən artıq amerikalı hərbçi ölkə ərazisində "CAVİD-19" la mübarizədə iştirak edib.

Hal-hazırda ABŞ Müdafiə Nazirliyi Quru Qoşunlarının 14 Tibb qrupunu (Army Urban Augmentation Medical Task Force) COVİD-19 ilə mübarizənin gücləndirilməsi üçün ayırıb. Bu müstəvidəd altı qrup Nyu-Yorka, üçü Nyu — Cersi ştatına, ikisi Massaçusets, biri Konnektikuta, biri Miçiqana, biri də Pensilvaniyaya göndərilmişdir. Buna paralel olaraq Yeni Orleanda və Dallasda artıq xəstələri qəbul edən iki hərbi-dəniz hospitalı yerləşdirilib.

Amerika hərbi mühəndislər korpusu Çikaqo, Detroyt və Nyu-York kimi şəhərlərdə 15,5 min pasiyentin qəbul edilməsinə imkan verəcək 25 hospitalın tikintisi ilə məşğul olur. Koronavirusla mübarizədə Milli Qvardiyanın 30 minə yaxın hərbçisi də iştirak edir. Onlar 83,5 min xəstənin qəbul edilməsinə imkan verəcək 150 hospitalın inşasına yardım edəcəklər. ABŞ hərbi dəniz qüvvələri öz növbəsində Mercu və Komfort limanlarında iki üzən hərbi hospitalı koronavirusa yoluxanların istifadəsinə verib.

Müdafiə Nazirliyi Səhiyyə və sosial xidmətlər Nazirliyi (HHS) və fövqəladə halların idarə edilməsi Federal agentliyi (FEMA) üçün təxminən 10 milyon tibbi maska tədarük etməyə hazırlaşır. Bu çərçivədə də yaxin gələcəkdə daha 10 milyon ədəd maskanın tədarük edilməsi gözlənilir. Buna paralel olaraq Müdafiə nazirliyi Səhiyyə və sosial xidmətlər Nazirliyi ilə 415 milyon dollar dəyəri olan 60 dezaktivasiya sisteminnin tədarük edilməsi barədə anlaşma imzalayıb.

Altı belə sistem artıq Nyu-Yorka, Kolumbus (Ohayo ştatı), Boston (Massaçusets), Çikaqo (İllinoys) və Takoma (Vaşinqton ştatı) şəhərlərində yerləşdirilib; qalanları isə may ayının əvvəlinə qədər təslim ediləcək.

Ancaq koronavirus ilə mübarizə zamanı hərbçilər də zərər çəkirlər. Mart ayının sonunda təyyarə daşıyıcısı “CVN-71 Theodore Roosevelt”də xəstəliyin baş verməsi qeydə alınıb. Aprelin 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında gəminin 550 ekipaj üzvünün bu qorxulu xəstəliyə yoluxduğu və 3673 hərbçidə koronavirus testinin mənfi olduğu bildirildi. Aprelin 13-də məlum olub ki, təyyarə daşıyıcısında xidməti keçmiş dənizçi dünyasını dəyişib.

İspaniyada da koronavirusa qarşı mübarizədə ordunun yardımından geniş şəkildə istifadə edilir. Xatırladaq ki, İspaniya dünyada xəstələnənlərin sayına görə ikinci yeri tutur. İspaniya Silahlı Qüvvələrinin koronavirus ilə mübarizədə tədbirlər kompleksi "Balmis əməliyyatı" (Operation Balmis) adlandırılmışdır. Aprelin 12-də ispan ordusu 1207 yaşayış məntəqəsində tibbi tədbir keçirib. Burada 89 700 nəfər hərbi qulluqçu iştirak etmiş, 1124 xəstəliyə, 667 Tibb Mərkəzinə və 558 Sosial Müdafiə Mərkəzinə yardım göstərmişdir.

Tibbi tədbirlərdə hərbi həkimlər geniş iştirak edirlər. Onların sayı 40 min nəfərdən yuxarıdır. Qeyd etmək lazımdır ki, İspaniyada ehtiyatda olan hərbi həkimlərin əməyindən də təyinatı üzrə istifadə edirlər.

İspaniya hərbi hava qüvvələrinə məxsus A400M Atlas hərbi-nəqliyyat təyyarəsi ağır vəziyyətdə olan beş xəstəni və 14 orta ağır vəziyyətli xəstəni daşıyan uçan hospitala çevrilib.

Avropada koronavirusdan daha ciddi zərər çəkmiş İtaliya silahlı qüvvələri 2020-ci ilin yanvar ayından etibarən mülki müəssisələrə maksimum dəstək verir. Hərbi bölmələr mülki tikililərin, yolların və nəqliyyat vasitələrinin dezinfeksiya edilməsində yaxından iştirak edirlər

Fevralın 24-dən İtaliya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri xəstələrin daşınmasında və dərman vasitələrinin daşınmasında iştirak edir.

Fransada da koronovirusla mübarizədə ordudan təyinatı üzrə istifadə edirlər.

Fransa silahlı qüvvələrinin yeni tipli koronavirus ilə mübarizəsi "Davamlılıq əməliyyatı” (operation Resilence) adlandırılmışdır.

Hazırda Fransanın hərbi həkimləri xəstələrin müalicəsinə cəlb olunub, reanimasiya hərbi idarəsi isə koronavirusun daha çox yayıldığı rayonlara yardım göstərir. “NH90 Cayman Navy” helikopterləri və Fransa Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri xəstələri, tibbi yükləri və ilk zəruri əşyaları daşıyır.

Mart ayında Miluz şəhərində xəstələrə kömək etmək üçün nəzərdə tutulmuş hərbi sahə hospitalı yerləşdirilib. Orada 121 hərbi həkim (o cümlədən 91 fransız hərbi tibb xidməti əməkdaşı və 30 nəfər Quru Qoşunlarının hərbi tibb korpusu mütəxəssisi), eləcə də digər sahələrüzrə 15 hərbi tibb həkimi (anestezioloqlar, fizyoterapist və reanimatologists daxil olmaqla) fəaliyyət göstərir. Həmçinin hərbi hospitallar COVİD-19-a qarşı mübarizə imkanlarının gücləndirilməsi üçün mülki tibb müəssisələri ilə birgə işləyirlər.

Emin Axund

Oxuməni.az