Pentaqon Afrikada təsir dairəsi uğrunda mübarizəsini genişləndirib

Pentaqon Afrikada təsir dairəsi uğrunda mübarizəsini genişləndirib

20 Mart 11:35
2 486
Bəyəndim (1) Bəyənmədim (3)

Amerika Birləşmiş Ştatları Rusiya və Çinin qitədə artan nüfuzuna qarşı durmaq üçün Afrikada öz mövqelərini möhkəmləndirmək niyyətindədir. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığının rəhbəri general Stiven Taunsend bildirib.

Onun sözlərinə görə, bu gün Moskva və Pekin Afrika qitəsində Vaşinqtonla rəqabət aparır, öz nüfuzunu genişləndirmək üçün "iqtisadi, diplomatik və hərbi vasitələrdən" fəal istifadə edirlər.

"Hesab edirəm ki, Afrikada ABŞ - ın Rusiya və Çin üzərində rəqabət üstünlüyü var və biz onlardan istifadə etməliyik", - deyə Pentaqonun sərkərdəsi bildirir.

O vurğulayıb ki, Afrika Birləşmiş Ştatlar üçün vacibdir, çünki orada geostrateji rayonlar və dəniz yolları yerləşir və bu, bütün dünyada ABŞ-ın beynəlxalq ticarət əməliyyatları üçün böyük əhəmiyyət kəsb edir.

Taunsend qeyd edib ki, ABŞ-ın gələcəkdə təhlükəsizliyinin və çiçəklənməsinin rəhni "böhranlı vəziyyət yaranacağı təqdirdə Afrikada strateji çıxış və nüfuzun qorunub saxlanılmasıdır".

Bununla yanaşı, Müdafiə Nazirliyində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi və Afrika Komandanlığının güclərə qənaət prinsipinə uyğun fəaliyyət göstərəcəyini vurğulayırlar.

"Afrika Komandanlığının kiçik kontingent və məhdud maliyyələşdirmənin köməyi ilə əldə etdiyi nəticələr, ABŞ ərazisindən üç dəfə yarım çox Afrikanın vergi ödəyicilərinin puluna qənaət etməyə imkan verəcək. Bütün bunların ABŞ - ın Afrika qitəsindəki inamlı mövqeyinə zəmanət verməsinə baxmayaraq görüləsi işlər hələ kifayət qədərdir", - deyə Taunsend bildirib.

Analitiklərin fikrincə, Vaşinqton son zamanlar Afrikada Rusiya və Çinə qarşı mübarizə aparmağın vacibliyini tez-tez bəyan etməyə başlayıb.

Belə ki, fevralın 12-də Pentaqonda ABŞ-ın müdafiə naziri qitədə bu regionda "Çin və Rusiya ilə rəqabətin səmərəliliyini artırmaq üçün" 1-ci təhlükəsizlik briqadası "nın bölməsini yerləşdirmək əmrini verib.

" Təhlükəsizliyə yardım briqadaları hazırlıq, məsləhətləşmə və yardım missiyasının vəzifələri əsasında komplektləşdirilmiş, təlim keçmiş və təchiz olunmuşdur. Bunun sayəsində onlar adi qoşunlardan daha səmərəli və effektiv şəkildə böyük dövlətlərin mühüm qarşıdurmasında iştirak edə bilərlər", — deyə Amerikanın müdafiə idarəsinin mətbuat katibi Alissa Faranın bəyanatında bildirilir.

Elə həmin gün ABŞ-ın Afrika Quru Qoşunlarının komandanı general-mayor Rocer Kloutye bildirib ki, Birləşmiş Ştatlar üçün Afrikada Moskva və Pekinlə rəqabət böyük əhəmiyyət kəsb edir.

Kloutye qeyd edib ki, Rusiya və Çin Bütün Afrika ərazisində, o cümlədən hərbi sahədə aktiv fəaliyyət göstərirlər.

"Bəzi rayonlarda Rusiyanın daimi və planlı fəaliyyəti, digər rayonlarda isə fəallığın artırılması qeyd olunur", — deyə hərbi rəhbər qeyd edib.

Lakin jurnalistin Afrika ərazisində Rusiya kontingentinin sayı barədə sualına general-mayor cavab verməkdən imtina edib.

Bununla yanaşı, amerikalı sərkərdənin versiyasına görə, Rusiyanın Afrikadakı fəaliyyəti əsasən, tamahkar maraqlarla şərtlənir — onlar resursların çıxarılmasına yönəlib.

ABŞ və Kanada İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyuk "RT-yə müsahibəsində bildirib ki, amerikalılar Rusiya və ÇXR-i Afrikanın təbii sərvətlərini ələ keçirmək cəhdlərində daha fəal ittiham etməyə başlayıblar.

"Vaşinqton Çin və Rusiyanın qitəyə yatırdığı investisiyaları pis və qeyri-demokratik adlandırır. Çini onlar ümumiyyətlə Afrika xalqlarını iqtisadi cəhətdən əsarət altına almağa çalışmaqda günahlandırırlar. Ancaq bütün bunlar gülünc görünür. ABŞ kimisə kapitalist istismarda ittiham etməyə çalışır, hərçənd özləri bu cür fəaliyyətdə mütləq liderdirlər", - deyə ekspert əlavə edib. Onun sözlərinə görə, Afrika ölkələrinin inkişafında Moskva ilə Pekinin iştirakı artıq bu dövlətlərin iqtisadiyyatına müsbət təsirini sübut edib.

Məsələ ilə bağlı "Nyu York Tayms" qəzetinin yazdığına görə, hazırda Afrikada 6 mindən 7 minə qədər amerikalı hərbçi yer alıb. Bununla yanaşı, analitiklər qeyd edirlər ki, son illər amerikalılar Afrika ölkələri ilə iqtisadi əməkdaşlıq aspektində də rəqiblərdən geri qalmağa başlayıblar. Məsələn, siyasi analitik Aleksey Andreev hesab edir ki, bu baxımdan ABŞ artıq Çinə uduzur.

"ÇXR ABŞ-ı bir sıra Afrika ölkələrində ciddi şəkildə sıxışdırıb çıxarıb. Əgər keçmiş zamanlarda bütün Afrika qitəsi Birləşmiş Ştatların milli maraqları zonası idisə, indi Vaşinqton daha çox Afrika əhalisinin sayına görə lider olan Nigeriyanı, çox təbii resurslara malik Konqo Demokratik Respublikasını və regionun iqtisadi liderlərindən biri olan CAR maraqlandırır. Amerikalılar, həmçinin əlverişli geostrateji mövqeyi ilə seçilən Efiopiya və böyük dəmir filizi yataqları olan Qvineyaya maraq göstərirlər", - deyə analitik RT-yə bildirib.

Batyuk da eyni fikirdədir. Onun sözlərinə görə, amerikalı hərbçilərin Afrika istiqamətində fəallaşmağın zəruriliyi ilə bağlı səs-küylü bəyanatları onu göstərir ki, ABŞ həmin regionda mövqeyini itirir.

"Bu şəraitdə onlar qitədə mövqelərini möhkəmləndirmək niyyətində olduqlarını göstərməyə çalışırlar", — deyə analitik bildirib.

ABŞ-ın Afrika Quru Qoşunları komandanı general-mayor Rocer Kloutyenin qeyd etdiyi kimi, Amerika Afrika istiqamətində yeritdiyi siyasətdə qitədə tərəfdaşlarının hərbi potensialını artırmaq və müdafiə təsisatları yaratmaq məsələləriinə diqqət yetirir.

Bundan başqa, Amerika tərəfi Afrika ölkələrinə onların problemlərinin həllində kömək etmək istəyir. General-mayorun sözlərinə görə, Vaşinqton regionda təhlükəsizlik sahəsində əməkdaşlığa yönəlmiş yüzlərlə tədbirin təşkilatçısıdır. Məsələn, Kloutye "Afrika aslanı" hərbi təlimlərini xatırladıb. General-mayor qeyd edib ki, manevrlərdə 9 mindən çox hərbçi, o cümlədən 4 mindən çox Amerika əsgəri iştirak edəcək.

Professor, analitik Dmitri Yevstafyev bildirib ki, bu gün Birləşmiş Ştatların bu regionda kontingentinin artırılması ilə ciddi məşğul olmaq üçün resursları yoxdur
Bununla yanaşı, o, Əfqanıstandan çıxarılmış xüsusi təyinatlı qüvvələrin hansısa hissəsinin prioritet Afrika ölkələrinə atıla biləcəyini istisna etməyib.

"Lakin bu, ilk növbədə, təbii sərvətlər uğrunda rəqabətin əlamətləri müşahidə edilən tropik Afrikanın bəzi dövlətlərinin ehtiyatlarını qorumaq üçün ediləcək", — deyə analitik qeyd edib.

Batyuk isə belə hesab edir ki,indi amerikalıların bu regionda ciddi hərbi qüvvəsi yoxdur.
"ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı qitədə Amerika maraqlarını ilk növbədə hərbi diplomatiya, hərbi-texniki əməkdaşlıq, hərbi kadrların hazırlanması və birgə təlimlərin keçirilməsi vasitəsilə təmin edir", — deyə ekspert bildirib.

Lakin ekspertlər hesab edirlər ki, Amerika tərəfinin bütün bu hərəkətləri yalnız güc nümayiş etdirmək məqsədi daşıyır, halbuki bu yolla qitədə ABŞ-ın mövqelərini ciddi şəkildə möhkəmlətmək alınmayacaq.

Dmitri Yevstafyev hesab edir ki, Amerika hərbçilərinin bəyanatlarına baxmayaraq, Afrika hazırkı administrasiyası üçün prioritet istiqamət deyil.

"Afrika ABŞ-ın dövlət katibi Hillari Klintonun olduğu dövrdə xarici siyasətin prioritetlərindən biri idi. Əgər o, Ağ Evin hazırkı rəhbəri Donald Trampın yerinə prezident seçilsəydi, onda Amerika rəhbərliyi üçün Afrika istiqaməti prioritet istiqamətlərdən biri olardı. Vaşinqton bu regionda kifayət qədər ciddi qüvvə, vəsait və infrastruktur yeritmək istərdi. Amma indi Amerika tərəfi belə radikal tədbirlər görmür", - deyə analitik RT-yə açıqlamasında bildirib.

Ekspert Afrika mövzusunun məhz Amerika silahlı qüvvələrinin Afrika komandanlığının rəhbəri tərəfindən fəal şəkildə gündəmə gətirilməsinə də diqqət çəkib.

"Odur ki, Pentaqon siyasi lobbiçilik ruhunda başçılıq etdiyi istiqamətə diqqət yetirməyə çalışır", — deyə ekspert bildirir.

Bununla yanaşı, Vladimir Batyuk qeyd edib ki, Rusiya tərəfinin qitədəki mövqeləri əksinə, planlı şəkildə möhkəmlənir.

"Rusiyanın Afrika ölkələri ilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə dair kifayət qədər geniş planları var və bu yaxınlarda Rusiya — Afrika sammiti Moskvanın niyyətinin ciddiliyini təsdiqləyib", — deyə analitik bildirib.

Politoloq Aleksey Andreyev isə deyib ki, ABŞ-dan fərqli olaraq, Rusiya iqtisadi əməkdaşlığın inkişafı üçün heç zaman siyasi şərtlər qoymur.

"Biz Rusiya tərəfindən daxili işlərə müdaxilə görmürük və Birləşmiş Ştatlar haqqında bunu demək olmaz", — deyə analitik bildirib.

Bütün bunlar da göstərir ki, dünyada koronavirusun tuğyan etdiyi bir vaxtda belə imperialist dövlətlər inkişaf etməkdə olan dövlətlərin təbii ehtiyatlarını çapıb-talamaq niyyətindən əl çəkmək niyyətində deyillər. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi isə bəşəriyyətin gələcəyinə yaxşı heç nə vəd etmir.
Emin Axund

Oxuməni.az