Cinayət aləminin imamı - Lotu Söhbət

Cinayət aləminin imamı - Lotu Söhbət

22 Aprel 2011 15:53
16 071
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən etibarən sizlərə yeni "Cinayət aləmi" adlı rubrika təqdim edirik. Bu rubrika kriminal dünyada tanınmış azərbaycanlı simaların həyatından bəhs edəcək. Məqsədimiz kimisə tənqid və ya tərif etmək deyil, bu yolun məşəqqətlərini göstərmək və "həyat məktəbin"dən ibrət almaqdır. Nəticə çıxarmaq isə sizin öhdənizə buraxılır.


Bəhram Çələbi



Lotu Söhbət - "Cinayət aləminin imamı"


Məxfi Dosye:


Hüseynov Söhbət Cəmil oğlu.


1963-cü il aprelin 1-də anadan olub.


İlk məhkumluğunu 1978-ci ildə alıb və Qroznı şəhərindəki uşaq koloniyasına göndərilib. 17 aydan sonra Şuşa qapalı qazamatına etap olunub. Burada erməni "vertuxayı" "yaşladığına" görə 3 il də əlavə "srok" alıb.


1988-ci ildə qapısı açılıb.


1990-cı ildə yenidən dəmir barmaqlıqlar arxasına düşüb. Bir il sonra tale qardaşları ona "Azadlığın mübarək!" kəlmələrini söyləyiblər.


1994-cü ildə Lotu Bəxtiyar, Yetim Hüseyn, Meyranquluoğlu Ənvər, Slavik Bakinski, Dağlı Cavanşir, Sabirabadlı Hikmət və bir neçə gürcü oğruların iştirak etdiyi məclisdə taclanıb.


1995-ci ildə maşınında silah "saxladığına" görə yenidən həbs olunub.


1997-ci il martın 26-da rəhmətə gedib. Bülbülə məzarıstanında dəfn edilib.



Qiyam


İs­tək­li oxu­cu­la­r! Bil­di­yi­niz ki­mi İƏM-­də baş ve­rən müx­tə­lif ha­di­sə­lə­rin ən dəh­şət­li­si "bunt"dur. 1996-cı il­də 7 nöm­rə­li xü­su­si cid­di re­jim­li koloniyada baş ver­miş ey­niad­lı ha­di­sə­ni təf­si­la­tı ilə si­zə çat­dır­maq is­tərdim. Bu məq­səd­lə də hə­min ha­di­sə­nin iş­ti­rak­çı­sı ol­muş və bu ya­xın­lar­da azad­lı­ğa bu­ra­xıl­mış bi­ri ilə gö­rüş­dük. O, fik­ri­mi­zi bil­dik­də eti­raz et­mə­di. Am­ma adı­nın giz­li sax­la­nıl­ma­sı­nı xa­hiş et­di. Xa­hi­şi məm­nu­niy­yət­lə qə­bul edil­di.


- Eşit­di­yi­mi­zə gö­rə, "bunt" olan­da zo­na rəh­bər­li­yi rəh­mət­lik lo­tu Söh­bət edir­di...- sükutu mən pozdum.


- Hə­ri. Al­lah ona rəh­mət elə­sin ! - sabiq dustaq ah çəkərək siqaretindən dərin bir qullab vurdu. - Səhv et­mi­rəm­sə, lo­tu Söh­bə­tin zo­na gə­li­şi 1996-cı ilin mart, ya da ap­rel ayın­da ol­du. Gə­lən ki­mi onu 15 sut­ka izol­ya­tor­da sax­la­dı­lar. Ora­dan çıx­dıq­dan son­ra san­ças­tda qal­dı. Bu za­man onun ya­nı­na ge­diş-­gə­liş var idi. Lotu Bəxtiyar, Sabirabadlı Hikmət, Masallı Mamed, Mirseymur onu yaxşıca qret eləyirdilər. Baxmayaraq ki, Bəxtiyar özü də qazamatda srok çəkirdi, daim Söhbətlə əlaqə yaradır, malyava-ksiva ilə məsləhətlərini verirdi. Surət də elə lazaretdən bi­zə la­zı­mi kö­mək­lik gös­tə­rir­di. O, zona gələndən sonra ərzaq və dərman sarıdan problemlərimiz qalmamışdı. Elə bir gün olmurdu ki, Gürcüstandan, yaxud Çeçenistandan, ya da Türkmənistan və Rusiyadan onun görüşünə gəlməsinlər. San­çast­dan 2 ay­dan son­ra çıx­dı. Rəh­mət­lik çox əda­lət­li olduğundan onun hər sö­zü bi­zim üçün qa­nun idi. Dus­taq­la­rın və­ziy­yə­ti onun xo­şu­na gəl­mir­di. Kişkodromda verilən balanda -kaşanı heç it də yeməzdi. Həftələrlə zavtrakda yağ payımızı vermirdilər. Hər şey üçün dustaqdan pul tələb olunurdu. Hətta əvvəldən haqq almasaydılar, hamamın suyunu qızdırmırdılar. Ona gö­rə də Söhbət zo­nun rəh­bər­li­yi qar­şı­sın­da cid­di tə­ləb­lər qoy­du. La­kin hər dəfə "yaxşı, yaxşı" deyilsə də, bu tə­ləb­lər ye­ri­nə ye­ti­ril­mir­di. Əksinə, vəziyyət gün-gündən pisləşirdi.


Söhbət kolondakı otrisalovaları yığıb balaca bir iclas - sxodka çağırdı. Onlar ta­va­nı sın­dı­rıb da­ma qal­x­maq qə­ra­rı­na gəl­dilər. Bu elə qiyamın baş­lan­ma­sı­na işa­rə ol­ma­lı i­di. Ax­şam tə­rə­fi, ujından sonra.


- Ayın ne­çə­si idi?


- Mən­cə, iyu­nun 17-si idi. Cındırlar, kozyollar və petuxlardan savayı ha­mı lo­tu Söh­bə­tin gös­tə­riş­lə­ri­nə əməl et­mə­yə ha­zır da­yan­mış­dı.


- Siz ha­mı de­di­niz, yə­ni bü­tün dus­taq­lar?


- Yox. Am­ma az de­yil­dik. Bü­tün zo­nun 60 fai­zin­dən ço­xu yı­ğış­mış­dı. La­zı­mi vax­t­da üçün­cü mər­tə­bə­yə qal­x­dıq və lom ilə ta­va­nı deş­mə­yə baş­la­dıq. Be­ton və də­mir­lər çox möh­kəm idi. Nə qə­dər ça­lış­dıq­sa, sın­dı­ra bil­mə­dik. Son­ra aşa­ğı enib bi­na­nın o bi­ri tə­rə­fin­dən ye­ni­dən üçün­cü mər­tə­bə­yə qal­x­dıq. Bu da alın­ma­dı. Ba­rak­da yı­ğış­dıq. Bir az­dan rəis Zey­na­lov Məm­mə­də­li öz adam­la­rı ilə gə­lib çıx­dı. O, ha­di­sə­dən xə­bər tut­muş­du. Üzdəniraqlardan kimsə stuçat eləmişdi. Tə­ləb­lə­ri­miz ona mə­lum idi. Xo­ze­yin qorxub eləmədən buntarların dəstəsinə yaxınlaşıb qışqırmağa başladı, Söh­bə­tə öz ka­bi­ne­tin­də tək­lik­də da­nış­ma­ğı tək­lif et­di.


Lo­tu Söh­bət isə qə­ti eti­ra­zı­nı bil­dir­di:


- Bu­ra­da­kı­lar­dan giz­li heç bir sö­züm ola bil­məz, elə bu­ra­da­ da söh­bət edə bi­lə­rik, - de­yə ona qə­ti ca­vab ver­di. - Sizə dəfələrlə nə istədiyimizi bildirmişik.


- Əsas tə­lə­bi­niz nədir?


- Öz­ba­şı­na­lıq zo­nu bü­rüyüb. Gö­rüş­dən qa­yı­dan­la­rın qa­ba­ğı kə­si­lir­, əl­lə­rin­də­ki alı­nır. Görüşlərin və telefon danışıqlarının verilməsi... Yoluxucu xəstələrin, vərəmlilərin ayrıca saxlanılması, müalicəsi... Məhkumun doğmaları, yaxud yaxın qohumu rəhmətə gedərkən ona verilməli olan icazələr... Hüquqi yardımlar... Varmı bunlar? Ar­tıq ha­mı bezib... Siz bizlərdən qanunun tələbi ilə oturmağımızı istəyirsiniz, amma özünüz üçün yazılan qanunlara tüpürürsünüz...


- Son­ra nə ol­du?


- Söh­bə­tin bu ca­va­bın­dan son­ra xozeyin və svitası çı­xıb get­di­lər. Qə­ra­ra al­dıq ki, hə­lə­lik heç nə et­mə­yək, göz­lə­yək. Bir az­dan on­lar ye­nə qa­yıt­dı­lar. Bu də­fə on­la­rın ara­sın­da oper Mi­sir də var­dı. Onun adı bü­tün dus­taq­lar ara­sın­da iz­ves­t­niy­di. O da Söh­bə­ti yo­la gə­tir­mə­yə ça­lı­şır­dı. La­kin ye­nə bir şey çıx­ma­dı. Bi­zi mü­si­bət­lər göz­lə­di­yi­ni bi­lir­dik. O, Söh­bət­lə da­nı­şa-­da­nı­şa bü­tün dus­taq­la­rı nə­zər­dən ke­çi­rir­di. Za­lımın göz­lə­ri fo­toa­pa­rat ki­mi bir şey idi. Ki­mə bir də­fə bax­sa, ömür­lük ya­dın­dan çı­xar­maz­dı. Elə ba­xa-­ba­xa da la­zım bil­di­yi adam­la­rı "qa­ra" si­ya­hı­ya alır­dı. Bu­nu ha­mı­mız bi­lir­dik. Bu­na gö­rə də uşaq­la­rın bə­zi­lə­ri ge­ri çə­kil­mə­yə, ar­xa­da giz­lən­mə­yə ça­lı­şır­dı ki, Mi­si­rin gö­zün­dən ya­yın­sın.


Nə­ha­yət, on­lar ikin­ci də­fə də ot­kaz al­dı­lar və pe­ş­man çı­xıb get­di­lər. Son­ra biz də hə­yə­tə en­dik. Zo­nun or­ta­sı­na top­laş­dıq. Təx­mi­nən on nə­fər qal­mış­dıq. Qa­lan­la­rı da­ğıl­mış­dı. Qız­ğın mü­za­ki­rə ge­dir­di, heç cür qərara gələ bil­mir­dik ki, Söh­bət da­nı­şı­ğa get­sin, yox­sa yox.


Heç kim Söh­bə­tin tək­lik­də da­nı­şı­ğa get­mə­si­nə ra­zı de­yil­di. Onun oğur­lan­ma­sın­dan qor­xur­duq, da­ha doğ­ru­su, eh­ti­yat edir­dik ki, onu baş­qa ye­rə apa­rar­lar. Elə bu haq­da da­nı­şıq ge­dir­di ki, kom­mer­çes­ki ka­mer­ada oturan bi­ri­si Söh­bə­tə xo­ze­yin­lə gö­rü­şə get­mə­yi məs­lə­hət bil­di.


- Onun adı nə idi?


- Onu de­mə­yə­cə­yəm. Xey­li mü­za­ki­rə­dən son­ra, nə­ha­yət, Söh­bət tək­lik­də da­nı­şı­ğa get­di. Sə­bir­siz­lik­lə onun ge­ri dön­mə­si­ni göz­lə­yir­dik. La­kin gə­lib çıx­maq bil­mir­di. Hər dəqiqə bir gün kimi uzanırdı. Bir­dən zo­na səs ya­yıl­dı ki, Söh­bə­ti oğur­la­yıb­lar. Bü­tün kolon bir-­bi­ri­nə dəy­di. Ha­mı top­la­şıb vaxtaya tə­rəf ye­ri­di. Ora­da qa­ba­ğı­mı­zı kəs­di­lər və bu xə­bə­rin ya­lan ol­du­ğu­nu söy­lə­di­lər. Biz on­da heç ol­ma­sa də­qiq xə­bər bil­mək üçün bir nə­fə­rin içəri bu­ra­xıl­ma­sı­nı tə­ləb et­dik. Be­lə də ol­d­u. Ara­mız­dan bi­ri­ni bu­rax­dı­lar. O qa­yı­dan­da mə­lum ol­du ki, hə­qi­qə­tən də hər şey qay­da­sın­da­dır. Söh­bət xə­bər gön­dər­miş­di ki, beş də­qi­qə­yə qa­yı­dacaq. Elə beş də­qi­qə­yə də qa­yıt­dı. Bi­zi sa­kit­ləş­dir­di ki, tə­ləb­lə­ri­miz ye­ri­nə ye­ti­ri­lə­cək. Am­ma ümu­mi nə­za­rə­ti ya­man güc­lən­dir­miş­di­lər.


1993-cü il de­kabr ayın­da po­beq olan­dan son­ra ya­man eh­ti­yat­lı hə­rə­kət edir­di­lər.


- O vax­t ne­çə nə­fər qaç­mış­dı?


- 32 nə­fər idi­lər.


- Son­ra­dan tu­tul­du­lar?


- Mə­nim bil­di­yi­mə gö­rə, 31-i tə­zə­dən srok al­dı, yal­nız bi­ri hə­lə də vol­ya­da­dır, o, yev­rey idi. Po­be­qə baş­çı­lıq elə­yən də elə o özü idi. Ora­dan çı­xan ki­mi, de­yi­lən­lə­rə gö­rə, sax­ta sə­nəd­lə İs­rai­lə qa­çıb. Mə­lu­mat üçün onu da de­yim ki, on­lar pod­kop elə­yib qaç­mış­lar...


De­yə­sən, mət­ləb­dən uzaq­laş­dım... - həmsöhbətim siqaretinin oduna yenisini yandırıb davam etdi: - Hə, qa­yıt­dıq baraklarımıza. Elə bü­tün dəh­şət­lər də bun­dan son­ra baş­la­dı. Mən bi­rin­ci mər­tə­bə­də qa­lır­dım. Söh­bə­tin ye­ri isə ikin­ci mər­tə­bə idi. O, rəh­mət­lik Əlimux­tar­la bir yer­də otururdu. Sə­hə­rə ya­xın zo­nu səs-­küy bü­rü­dü. Sol­dat­lar içə­ri do­luş­du­lar. On­la­rın qa­ba­ğın­da rəis Məm­mə­də­li Zeynalov özü gə­lir­di. Heç ki­mə tər­pən­mə­yə im­kan ver­mə­di­lər. Rəi­sin özü də da­xil ol­maq­la əsas qüv­və 2-ci mər­tə­bə­yə yö­nəl­di. Bu­na sə­bəb isə lo­tu Söh­bə­tin məhz hə­min mər­tə­bə­də ol­ma­sı idi. Bi­zim mər­tə­bə­də ha­di­sə nis­bə­tən sa­kit so­vuş­du. La­kin ikin­ci mər­tə­bə­dən gə­lən səs­lər ət­ra­fı bü­rü­yür­dü. Ay­dın idi ki, Söh­bə­ti tu­ta­caq­lar.


- On­la­rın kö­mə­yi­nə ge­də bil­mə­di­niz?


- Bu, müm­kün de­yil­di. Əli av­to­mat­lı­la­rın nə­za­rə­ti al­tın­da idik. Bir ba­la­ca tər­pən­miş ol­say­dıq, elə ora­da­ca ata­caq­dı­lar. Yal­nız hə­yə­can içə­ri­sin­də Söh­bə­tin aqi­bə­ti­ni dü­şü­nür­dük. Bir az­dan ad­ya­lın ara­sın­da ki­mi isə apar­dıq­la­rı­nı gör­dük. Get-­ge­də na­ra­hat­çı­lı­ğı­mız ar­tır­dı. Əli­miz­dən heç nə gəl­mir­di. Bir az­dan baş­qa bi­ri­si­ni də elə­cə apar­dı­lar. İkin­ci mər­tə­bə­dən dü­şü­rü­lən üçün­cü adam isə Söh­bə­tin özü idi. O sağ ol­sa da, al-­qan için­də çırpınırdı.


- Bəs əv­vəl­ki iki nə­fə­rin kim ol­du­ğu­nu bil­mə­di­niz?


- Son­ra hər şey mə­lum ol­du. On­lar ikin­ci mər­tə­bə­yə qal­xa­raq, ilk növ­bə­də Söh­bə­tə hü­cum edib­lər. Söh­bət isə onun­la bir yer­də qa­lan Əli­mux­tar­la mü­da­fiə olun­ma­ğa baş­la­yıb. Söh­bət əli­nə bir şey ke­çi­rə bil­mə­yib. Əli­mux­tar isə für­sət­dən is­ti­fa­də edib çı­xar­t­dı­ğı bı­çaq­la Məm­mə­də­li­yə dörd zər­bə en­di­rib, be­şin­ci zər­bə­ni də öz ürə­yin­dən vu­rub. Bu, hər oğ­la­nın işi de­yil. Hal­bu­ki, onun vol­ya­ya çıx­ma­sı­na 13 il srok­dan cə­mi 2 ay qal­mış­dı. Elə ikin­ci apa­rı­lan da rəh­mət­lik Əli­mux­tar imiş. O ki qal­dı bi­rin­ci apa­rı­lan ada­ma, o, ağır ya­ra­lan­mış xozeyin Məm­mə­də­li idi. Onu tə­ci­li ola­raq xəs­tə­xa­na­ya apar­dı­lar. Əli­mux­tar isə ye­rin­də­cə ke­çin­miş­di.


- Bəs lo­tu Söh­bə­tin aqi­bə­ti ne­cə ol­du?


- Rəh­mət­lik on­dan son­ra az ya­şa­dı.


- Bəs si­zə to­xun­ma­dı­lar?


- Yox, bi­zim də işi­miz ən­gə­lə düş­dü. Bir az­dan ha­mı­nı sı­ra­ya düz­dü­lər. Bir-­bir adı­mı­zı çək­mə­yə baş­la­dı­lar. Ki­mi­ni BURa gön­dər­di­lər, ki­mi­ni də vo­ro­noka bas­dı­lar. Ca­ma­a­tı ya­man dö­yür­dü­lər. Bə­zi­lə­ri­nə ye­ni­dən iş qal­dır­dı­lar. Mə­ni də izol­ya­to­ra sal­dı­lar. Ümu­miy­yət­lə, sək­kiz nə­fə­rə ye­ni­dən srok əla­və olun­du...


(ardı var)