Putinin yeni Baş naziri Mixail Mişustinin müəmmalı milyardları

Putinin yeni Baş naziri Mixail Mişustinin müəmmalı milyardları

2 Fevral 2020 19:54
Bəyəndim (0) Bəyənmədim (24)

Bir müddət öncə özünün ən yaxın silahdaşlarından biri olan və daima öz ağasına sədaqəti ilə tanınan Baş nazir Medvedevin başçılıq etdiyi hökuməti istefaya göndərən prezident Vladimir Putin bununla da ölkədə islahatları sərt şəkildə davam etdirəcəyini nümayiş etdirmiş oldu. Bu müstəvidə də Medvedevin yerinə Mixail Mişustinin namizədliyini irəli sürən və Dövlət Duması tərəfindən təsdiq edilməsinə nail olan Vladimir Putin ölkədə nəzərdə tutulan islahatları onun vasitəsi ilə uğurla həyata keçirəcəyinə ümid edir. Hər halda Mişustin Medvedevlə müqayisədə daha çevik rəhbər təsiri bağışlaylr və onun işgüzarlığı daim rəğbətlə qarşılanıb. Lakin o da aydındır ki, Rusiyada istənilən hər hansı layihənin həyata keçirilməsi bu işə məsul məmur və onun ətrafındakıların əllərinin korrupsiyaya bulaşmamasından asılıdır. Ona görə də Mixail Mişustin Baş nazir vəzifəsinə təyin edilər-edilməz Rusiya mətbuatının diqqətini özünə cəlb etdi. Məlum oldu k, Rusiyanın yeni Baş naziri, prezident Vladimir Putinin böyük ümidlər bəslədiyi Mişustinin keçmişi heç də təmiz deyil və o, hələlik haradan əldə etdiyi məlum olmayan böyük həcmdə var-dövlətə malikdir. Əlbəttə, Mixail Mişustin kifayət qədər işgüzar bir insandır və müxtəlif vəzifələrdə işləyib. Lakin onun istənilən halda kifayət qədər böyük var-dövləti təmiz yolla qazana biləcəyi inandırıcı görünmür. Bu da əsassız deyil. Belə ki, Rusiyanın yeni Baş naziri Mixail Mişustin vəzifəsinin icrasına başlayar-başlamaz çoxsaylı ittihamlarla üzləşib. Rusiya mətbuatının yazdığına görə, Mişustinin Moskva kənarındakı bahalı-600 milyon rubl dəyərində daşınmaz əmlakı var. Özü də onun təmtəraqlı malikanəsinə sağ olsaydılar Rusiya çarları belə həsəd apara bilərdilər. Amma Miçustinin əmlakı bununla bitmir. Belə ki, rusiyalı müxalifətçi Aleksey Navalnı və onun təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmaları zamanı məlum olub ki, Mişustinin həyat yoldaşı Vladelnanın da adına kifayət qədər böyük həcmdə daşınmaz əmlak və varidat mövcuddur. Korrupsiyaya Qarşı Mübarizə Fondu Mişustinin həyat yoldaşını bu qədər varidatını hansı yolla əldə etdiyini açıqlamağa çağırıb. Araşdırma zamanı təqdim edilən vergi bəyannamələrindən məlum olub ki, xanım Mişustina son 9 ildə təxminən 800 milyon rubl qazanıb. Amma hansı yolla? Çünki o,hüquqi şəxs kimi qeydiyyata alınmayıb və hər hansı gəlir gətirə biləcək obyektə malik deyil. Belə başa düşmək olar ki, yeni Baş nazır bu vəzifəyə təyin olunmazdan əvvəl qeyri-qanuni yollarla kifayət qədər böyük var-dövlət əldə edib. O qeyri-qanuni yollarla əldə etdiyi vəsaitin izini itirmək üçün milyonlarını bir hissəsini həyat yoldaşının adına rəsmiləşdirib. Mişustinin həyat yoldaşının adına oan varidatın hansı yolla əldə etdiyi barədə kəskin ittihamların səsləndirildiyi bir vaxtda yeni Baş nazirlə bağlı daha bir fakt üzə çıxıb. Araşdırmalar bu dəfə diqqətin Mişustinin bacısı Nataliya Steninaya cəlb edilməsinə gətirib çıxrıb. Rusiya mətbuatının yazdığına görə, Mişustinin bacısı da kifayət qədər böyük həcmdə var-dövlətə malikdir. Rusiya mətbuatı Baş nazirin bacısı Nataliya Steninanın dəbdəbəli mülklərindən və bahalı səyahətlərindən dönə-dönə yazmaqdadırlar. Nataliya Stenina ilə bağlı BBC-nin Rusiya xidmətinin araşdırması zamanı digər faktlar da ortaya çıxıb.

Araşdırma zamanı məlum olub ki, Mixail Mişustinin doğma bacısı Nataliya Stenina 1 milyard rubl dəyərində elit əmlaka sahibdir. Onun eyni zamanda İstrinski rayonunda mülkü, Xamovniki rayonunda dəbdəbəli mənzili var.

Bəs, xanım Stenina bütün bunlara necə sahib olub? Rusya mətbuatının yazdığına görə, onun yeganə məlum olan biznesi Moskvada fəaliyyətini dayandırmış “Nedalniy Vostok” restoranıdır.

Bundan əlavə araşdırmalar zamanı məlum olub ki, Steninanın Kremldən bir neçə kilometr məsafədə yerləşən və elit mənzillər bölgəsi hesab edilən Xamovniki rayonundakı mənzili kifayət qədər dəbdəbəlidir. Bu mənzilə sözün əsl mənasında dünyanın mahir muzeyləri belə ona həsəd apara bilərlər.

Steninanın “Lujniki” stadionu yaxınlığında, 6 nömrəli keçmiş çörək zavodunun yerində tikilən “Knightsbridge Private Park” yaşayış kompleksində yerləşən mənzil igörənləri heyrətdə buraxır. Yeri gəlmişkən onu da qeyd edək ki, “Knightsbridge Private Park” 2 hektarlıq parkı olan, britaniyalı dizaynerin tərtibatı əsasında, ingilis üslubunda tikilən, 2 metrlik hasarla əhatə olunan yaşayış kompleksidir.

Məhz bu hasarın arxasında yeni bir baş nazir Mixail Mişustinin bacısı – 49 yaşlı Nataliya Steninanın mənzili olan bina yerləşir. Lakin nə qədər qəribə olsa da Steninanın mənzilinin adına dövlət reyestrində rast gəlmək mümkün olmayıb və bu barədə məlumat dövlət reyestrində yer almayıb. Məsələyə aydınlıq gətirilməsi üçün göstərilən ünvanın “Rosreestr”dəki çıxarışında Steninanın adının əvəzinə mənzilin sahibi “Rusiya Federasiyası” kimi qeydə alınıb. Halbuki bundan əvvəlki sənədlərdə, daha dəqiq desık Mişustinin rəhbərlik etdiyi Federal Vergi Xidmətinin qapalı bazasında həmin mənzil N.Steninanın mülkiyyəti kimi qeyd edilmişdi. Bəs niyə gözlənilmədən Steninanın adına qeydiyyatdan keçən mənzilin sahibi dəyişdirilərək “Rusiya Federasiyası kimi göstərilib? Ola bilsin ki, Mişustin haradansa bacısının adına olan mənzilin sahibinin kimliyinin araşdırılacağından xəbər tutaraq tələm-tələsik onun sahibinin dəyişdirə bilib.

Yeri gəlmişkən onu da deyək ki, son dövrlərdə Rusiyada məmurların qeyri-qanuni yollarla qazandıqlarının izini itirmək üçün əmlaklarının sahibinin “Rusiya Federasiyası” olması barədə rəsmi şəkildə qeydiyyatdan keçirirlər. Buna misal kimi “Rosneft”in rəhbəri İqor Seçinə məxsus ərazinin və ya Rusiya Federal Təhlükəsizlik Xidməti idarəsinin rəisi Aleksey Dorofeyevə məxsus mülkün sahibi kimi “Rusiya Federasiyası” göstərilməsini göstərmək olar. Amma yeni Baş nazir də onlardan geri qalmayıb. Belə ki, Mişustinin Rublyovkadakı mülkünün sahibi də “Rusiya Federasiyası” kimi qeydiyyata alınıb. Belə hesab edilir ki, bu ev indi Baş nazirin övladlarına aiddir.

Onu da deyək ki, bu, Steninanın adına olan yeganə mülk deyil. Belə ki, Knightsbridge Private Park”dakı mənzildən başqa, Stenina 2014-cü ildə “Agalarov Estate” kottec qəsəbəsindən ikimərtəbəli mülk alıb. Lakin bu da Mişustinanın bacısı Nataliyanın yeganə
mülkü deyil. Steninanın Moskva vilayətinin müxtəlif elit bölgələrində, o cümlədən “Nikolina Qora” qəsəbəsində də 740 və 140 kv.m-lik iki evinin olduğu məlum olub. Məsələ ilə bağlı “Rosreestr”dən əldə edilən məlumata görə, bu evləri Nataliya Steninaya 11 il əvvəl 2009-cu ildə onun restoran biznesində ortağı hesab edilən iş adamı Aleksandr Uqodov tərəfindən bağışlanıb.

Mişustinanın qohumlarının varidatını araşdıran “Açıq Media” qrupu müəyyyən edib ki, Rusiyanın hazırki Baş nazirinin yaxınlarının “Nikolina Qora”da nə az, nə çox 2.6 hektar əraziləri var. Ərazinin yarıdan çoxu, 1,3 hektarı isə Nataliya Steninaya məxsusdur. Bu ərazilərin ilkin qiyməti isə 1,6 milyard rubldur. Onu da deyək ki, Steninanın 1,3 hektar ərazisinin sahibi də “Rusiya Federasiyası” kimi göstərilib. Lakin Federal Vergi Xidmətində əmlakın sahibi kimi Nataliya Stenina qeydə alınıb.

Ümumiyyətlə götürdükdə isə Nataliya Steninanın əmlakının və torpaq sahəsinin dəyəri 900 milyon rubl və ya 14 milyon 461 min 873 ABŞ dollarıdır. Bütün bunların isə Baş nazir Mişustinə aid olduğu heç kimdə şübhə doğurmur. Çünki Nataliya Stenina uğurlu biznesmen deyil. O restoran biznesindən cüzi gəlir əldə edib. Onun həyat yoldaşının biznesdən gəliri isə cəmisi 1,6 milyon rubdur ki, bu da çox böyük rəqəm hesab edilmir. Belə ehtimal edilir ki, Mişustin var-dövlətini bacısının və digər qohumlarının adına qeydiyyatdan keçirməklə yüksək səviyyəli dövlət məmurlarının diqqətini özündən yayındırmağa çalışıb.

Hazırda Rusiya mətbuatı tərəfindən Mişustinin digər qohumlarının varidatı araşdırılmaqdadır. Ola bilsin ki, Mişustinin var-dövləti ilə bağlı daha yeni faktlar ortaya çıxsın. Beləliklə ilkin araşdırmalar göstərir ki, Rusiyanın yeni Baş naziri Mişustin heç də Putinin hesab etdiyi kimi kristal şəkildə təmiz rəhbər deyil. Ola bilsin ki, Mişustinin bu qaranlıq keçmişi Putin üçün gələcəkdə müəyyən problemlər ortaya çıxarsın.

Əziz Mustafa

Oxuməni.az