Makedoniyalı İsgəndərin əsl ölüm səbəbi açıqlandı

Makedoniyalı İsgəndərin əsl ölüm səbəbi açıqlandı

25 Oktyabr 2019 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Aristotel Universitetinin alimləri doktor Tomas Qerasimidisin rəhbərliyi altında çoxillik araşdırma nəticəsində Makedoniyalı İsgəndərin ölüm səbəbini müəyyən edib. Onların fikrincə, məşhur sərkərdəni şərab və yağlı yeməyə olan sevgisi öldürüb. Oxumeni.az-ın məlumatına görə, bu barədə “Greek Reporter” yazıb.

Məlum olub ki, xəstəliyin ilkin yaranma vaxtı ilə sərkərdənin ölümünü cəmi 14 gün ayırır. Birinci gün Makedoniyalının qarın nahiyəsində güclü ağrılar başlayıb və hərarəti qalxıb. Şəfaçılar onu qusdurub və soyuq vannaya salıb.

İkinci gün o, gücsüzlük və titrəmədən şikayətlənməyə başlayıb. Bundan əlavə, onu qarın nahiyəsindəki ağrılar incitməyə davam edirdi. Amma, buna baxmayaraq, o, məclisə yollanıb bir neçə ağır yemək yeyib və çoxlu şərab içib. Səhərisi gün o, özünü daha pis hiss edib, hərarətə hədsiz çox tərləmə və nəfəsalma problemi əlavə olunub. Sonrakı günlərdə İsgəndərin vəziyyəti sürətlə pisləşməyə başlayıb. Onda qallüsinasiyalar yaranıb, sərkərdə fikrini izah etməkdə çətinlik çəkib.

Bütün bu simptomları bişləşdirib analiz edən alimlər belə qənaətə gəliblər ki, Makedoniyalı kəskin pankreonekrozdan (mədəaltı vəzi xəstəliyi) dünyasını dəyişib. Bu xəstəlik sağlam olmayan qida və şərabın həddindən artıq istifadəsi zamanı yaranır.

Xatırladaq ki, Makedoniyalı e.ə. 323-cü ildə 32 yaşında vəfat edib. Onu o dövrün həkimlərinin təyin edə bilmədiyi xəstəlik heyrətləndirib. Sərkərdənin malyariya, tif, pnevmoniya və hətta xərçəngdən dünyasını dəyişdiyi deyilirdi. Araşdırmanın müəllifləri izah ediblər ki, malyariya qısa vaxt ərzində ölümə səbəb ola bilməz, tifin digər simptomları var, pnevmoniya üçün isə qarın ağrıları xarakterik deyil.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)