Qaranlıq tarixin silinməyən səhifələri

Qaranlıq tarixin silinməyən səhifələri

23 Avqust 2019 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Əvvəli ötən sayımızda

III hissə

Qaçaq Məmmədqasım və Mir Cəfər Bağırov

Mir Cəfər Bağırov ÇK-nın sədri olanda xəbər tutur ki, Kürün o tayında, Eldar meşələrində məskən salmış Qaçaq Məmmədqasım yerli əhalini çapıb-talayır. Mir Cəfər Bağırov özü kiçik bir dəstə ilə onun arxasınca gedir. Kürün körpüsünün bu üzündən Məmmədqasıma xəbər göndərir ki, sənin görüşünə mən gəlmişəm. Atışmaq, dava etmək, qan tökmək lazım deyil. Kişi kimi qabaq-qabağa söhbət

edək. Mir Cəfər Bağırov başının dəstəsini, silahını bu üzdə qoyub əliyalın bərəni keçir. Hər ağacın başında Qaçaq Məmmədqasımın silahlı bir adamı varmış. Qaçaq

Məmmədqasım Mir Cəfər Bağırovu səmimi qarşılayır. Düşərgədə üz-üzə otururlar. Məmmədqasım adamlarına tapşırır ki, Bağırov bizimlə çörək kəssə, onunla söhbət

edəcəyik, yox özünü təkəbbürlü aparsa, davamız davadır.

Süfrə açılır, yeməklər ortaya gəlir. Bağırov “bismillah” deyib çörək kəsir. Hamıdan əvvəl ilk qisməti əlinə götürür. Bağırovun bütün hərəkətləri - silahsız, adamsız Kürü tək keçib gəlməsi, qaçaqlarla diz-dizə oturub çörək kəsməsi, Qaçaq Məmmədqasımı heyrətə gətirir, onun qeyrət damarlarını oyandırır. Qəlbindən belə bir hiss keçir: “Mir Cəfər Bağırov məndən də qoçaq və qorxmazdır”.

Mir Cəfər Bağırov deyir:

- Məmmədqasım, indi biz bir millətin övladı kimi, qardaş kimi açıq söhbət edə bilərik. Sən nə xalqın, nə də dövlətin düşməni deyilsən. Ziyan arada zəhmətkeş insanlara dəyir. Sən nə qədər ədalətli olsan da, özün və başının dəstəsi hər gün çörək yeməlidir, ət yeməlidir. Əkin əkmirsən, biçin biçmirsən. Demək, yaşamaq üçün istər-istəməz kəndləri talamalısan. Xalqın ununu, dənini, malını, qoyununu

örüşdən və ya qapısından çəkib gətirməlisən. Bu yoldan əl çək! Başının dəstəsini dağıt! Gəl, səni Gəncədə, Gəncəbasarda bir rayona milis şöbəsinə rəis qoyum.

- Yoldaş Bağırov, bütün bu qiymətli təkliflərinizə görə çox sağ olun. Məni hansı bir vəzifəyə qoyursunuz-qoyun, düşmənlərim məni rahat buraxmayacaq. Mənə başqa çıxış yolu deyin.

Mir Cəfər Bağırov qəti və səmimi bildirir ki, onda sizin bircə yolunuz qalır. Mən şərait yaradım, dəstəndən kimləri seçirsən seç, özünə və millətinə yaxın olan

dövlətlərdən birinə keç. Onlar görüşüb ayrılırlar. Bağırov bərəni keçib geri

qayıdır, Qaçaq Məmmədqasım isə kiçik bir dəstə ilə Türkiyəyə keçir.

Bir qubalı kifayətdir

Təşkilat şöbəsinin müdiri bir nəfərin şəxsi işini M. C. Bağırova gətirir və deyir:

- Bu adam qubalıdır. Onu Mərkəzi Komitəyə məsul işə gətirmək istəyirik.

Mir Cəfər Bağırov anketi oxumadan deyir:

- Mərkəzi Komitədə bir nəfər qubalı var, kifayətdir.

Haradan gəlmisən?

Məşhur akademik Məmmədcəfər Cəfərov institutu qurtardıqdan sonra Qubada müəllim işləmişdi. Sonra onu Bakı kitabxanaçılıq texnikumuna direktor gətirirlər.

Məktəbin tədris hissə müdiri onun yerinə keçmək üçün hər zaman material toplayır və bir gün fürsət tapıb Mir Cəfər Bağırovun yanına şikayətə gedir. Bağırov deyir ki, dur get. Sabah sizi direktorla bərabər qəbul edəcəyəm.

Məmmədcəfər Cəfərovu və tədris hissə müdirini Bağırov yanına çağırtdırır. Bağırov tədris hissə müdirinə deyir:

- Dünən dediklərini təkrar de.

Tədris hissə müdiri Məmmədcəfər Cəfərovu o ki, var tənqid edir.

Yekunda Mir Cəfər Bağırov Məmmədcəfər Cəfərovdan soruşur:

- Siz məktəb direktorluğuna haradan gəlmisiniz?

- Qubadan gəlmişəm, yoldaş Bağırov.

Bağırov deyir:

- Durun, gedin. Dil tapın. Bir də sizdən belə sözlər eşitməyim.

Uşağın torpaqbasdı istəməsi

Mir Cəfər Bağırov İmişli rayonunun bir kəndinə gəlir. Yeddinci sinifdə oxuyan bir uşaq Mir Cəfər Bağırovun maşınının qabağını kəsir və deyir:

- Torpaqbasdı verməlisən.

Bu söz Bağırovun xoşuna gəlir. Məktəblinin müəlliməsini yanına çağırır və deyir:

- Bu dörd yüz manatı götürün, uşaq üçün geyim və məktəb ləvazimatı alın. Bu uşaqla xüsusi məşğul olun. Onun gələcəyi parlaqdır.

Bağırovun sözü söz idi

Gəncəli tarixçi Yusif müəllim belə nağıl edir ki, atam yaralı zabit kimi müharibədən qayıtmışdı. Əmək qabiliyyətini itirmişdi. Evin böyük oğlu isə mən idim. Altıncı sinifdə oxuyurdum. Ailəmizin durumu haqqında M. C. Bağırova məktub yazdım. İş saatının sonları olardı. Şəhər rabitə şöbəsinin rəisi Həsən Mirzəyev bir neçə adamla bizə gəldi. Məni maşınla poçt idarəsinə apardılar. Həsən

Mirzəyev işçilərə müraciətlə dedi:

- Bağırov yoldaşın göstərişidir. Biz bu gənci işlə təmin etməliyik.

Məni öz küçəmizə poçtalyon təyin etdilər. Qabaqcadan da 310 manat pul verdilər.

Ən maraqlısı bu idi ki, kiçik poçtalyon paltarı 46 ölçüdə idi. Paltar böyük idi. Ayağını, qolunu qatlamaq lazım idi. Lakin poçtalyon paltarını geymək mənim üçün maraqlı idi. Mən bu sözlərlə onu demək istəyirəm ki, Bağırov çox

həssas, diqqətli və qayğıkeş insan idi. Bağırovun sözü bir idi, iki deyildi.

Təzə yol çəkilir

Bağırov Göy gölə getməli olur. Onu Gəncə şəhər rəhbərləri müşayiət edirlər. Göy gölə çatar-çatmaz maşının təkəri çamırlı çuxura düşür. Mir Cəfər Bağırov gölməçənin o tayına keçəndən sonra maşından düşüb deyir:

- Gəncə şəhər Partiya Komitəsinin I katibindən soruşuram. Gələn il də Göy gölə bu yolla gələcəyik?

- Yox, yoldaş Bağırov, Göy gölə təzə yol çəkəcəyik.

Doğrudan da, bir il ərzində Göy gölə yeni yol çəkilir. Bağırovun dediyi heç bir söz təsirsiz və nəticəsiz qalmamışdır.

Kamvol fabriki dayandırılır

Mir Cəfər Bağırova kamvol fabrikindən məktub gəlir. Mərkəzi Komitənin işçilərindən bir nəfər fabrikin vəziyyəti ilə tanış olmağa göndərilir. Məlum olur ki,

fabrikin direktoru, partkomu, baş mühasibi, briqadirləri - hamısı ermənidir. Əsas işi görənlər də ermənilərdir. İkicə nəfər azərbaycanlı qadın xadimə vəzifəsində işləyir. Onlar otaqları və həyəti süpürməklə məşğuldurlar. Bu məlumatdan sonra fabrik bir müddət bağlı qalır. Sonra fabrikə gedənlər görürlər ki, burada işləyənlərin əksəriyyəti azərbaycanlılardır.

Raykom özü öz cəzasını verdi

Mir Cəfər Bağırov Mərdəkandakı makaron fabrikinin yanından keçərkən gözü nəyəsə sataşdı. Sürücüyə dedi ki, maşını dayandır. Özü maşından yerə düşüb fəhlələrə diqqət yetirdi. Fabrikə gedən yolda nəzarətsizlikdən gölməçə əmələ

gəlmişdi. Bu sudan keçərkən işə gedən qız-gəlinin, oğlanın, kişinin üst-başı batırdı. Bir sözlə, fəhlələr işə gələndə də, qayıdanda da çox əziyyət çəkirdilər. Mir Cəfər Bağırov sürücüyə göstəriş verdi ki, mənim rezin çəkmələrimi maşının yük yerindən çıxarıb gətirin. O, rezin çəkmələri geyinib palçıqlı gölə girdi və boz-bulanıq suyun ortasında dayandı. Göstəriş verdi ki, raykomun birinci katibini buraya çağırsınlar. Raykom katibi ayağında təzə tufli, əynində təzə şalvar-pencək Mir Cəfər Bağırovu gölün ortasında görəndə geyimli-keçimli özünü suya

vurdu, başdan ayağa çamıra batdı.

Mir Cəfər Bağırov dedi:

- Özün öz cəzanı verdin. Günahından keçirəm. Bir həftə vaxt verirəm. Bu su kanalizasiyaya axıdılmalı və fəhlələr üçün gediş-gəliş yolu qaydaya salınmalıdır.

Mir Cəfər Bağırovun tək bir nəfər cangüdəni var idi, o

da onun sürücüsü idi

Bağırovun sürücüsü deyirmiş ki, onun elə yaddaşı vardı, heç nəyi dəftərə, vərəqə qeyd etməzdi. Lakin təyin etdiyi vaxtda dediyi yerdə olardı.

Mir Cəfər Bağırov Mərdəkandakı makaron fabrikinin yanına gəlir və gölməçənin yox olduğunu, yolun düzəldiyini görüb geri qayıdır.

Ananın məktubu

Şəmkir rayonunun Qaracəmirli kəndində bir əsgər anası maddi cəhətdən çətin yaşayırmış. Bu zaman oğlanın dayısı bacısına deyir ki, oğlun cəbhədə döyüşür. Ona yaz ki, sən burada dilənirsən. Ananın məktubu oğluna çatır, oğlan isə Mir Cəfər Bağırova söyüş dolu məktub yazır. Mir Cəfər Bağırov məktubu alır və Şəmkirə gəlir. Kənd rəhbərləri əsgər anasına bildirirlər ki, sən sərt danışsan Mir Cəfər Bağırov hamımızı güllələyəcək. Biz isə sənin kəndlilərinik, ona görə də xahiş edirik, sərt danışma.

Mir Cəfər Bağırov əsgər anasından soruşur:

- Necə yaşayırsan?

- Yoldaş Bağırov, müharibədir, vəziyyət ağırdır, hamı necə, mən də elə. Yəqin oğluma mənim adımdan qohumlardan biri məktub yazıb.

Mir Cəfər Bağırovun göstərişi ilə əsgər anasının ev-eşiyi sahmana salınır, evinə ərzaq məhsulları göndərilir və Bağırov rayonun birinci katibinə tapşırır ki, o qadına hər ay yüz manat pul verilsin.

Ardı var

Hazırladı: İsa Rəvan