VİDEO-Erməni həkimin qurbanı

VİDEO-Erməni həkimin qurbanı

18 Yanvar 2012 13:37
Bəyəndim (0) Bəyənmədim (0)
Şikəst xanıma kömək etməyən şikəst cəmiyyət

Dəfələrlə redaksiyamıza zəng edərək mənimlə danışmaq istəyən Şirinova Samirə Səfər qızı ilə nəhayət ki, bu günlərdə görüşdüm. Yol boyu onun belə acınacaqlı həyat yaşamasını ağlıma belə gətirməzdim.

1969-cu ildə dünyaya sağlam göz açan Samirə bilmirdi ki, 10 ildən sonra onu faciə gözləyir. Pnevmoniya xəstəliyi ilə Cəbrayıl xəstəxanasına gələn Samirə orada erməni həkimlə tanış oldu. Həkim bir müddətdən sonra onun atasını çağırıb, qızının sağalması üçün 12 ədəd "Kanamisin" adlı iynəni almağı məsləhət gördü və Səfər kişini Hadrut rayonuna göndərdi. Ona dönə-dönə və tapşırdı ki, dərmanı yalnız bazardakı aptekdən alsın. Belə ki, həmin insanlar erməni həkimin tanışları idi.

Reseptdə yazılmış iynələr Samirəyə vurulduqdan bir ay sonra qızın bütün əzələləri boşalmağa başladı. Bir müddət sonra şikəst olan qız nə edəcəyini bilmirdi. Hamı təlaş içərisində idi. Atası həkimin yanına gedib həmin iynələrin tərkibinin nə olduğunu soruşduqda, həkim "qızının orqanizmi çox zəifdir" deyərək günahı boynundan atdı və Samirəni şəhər xəstəxanalarına aparmağı məsləhət gördü. Kor-peşman evə qayıdan ata Samirəni Bakı şəhəri Nevroloji xəstəxanasına professor Törə Qədirlinin yanına apardı. Xəstəni yoxlayarkən "bunu kim bu hala salıb" - deyə hiddətlə soruşan Törə xanım "yaxşı ki, beyninə və başına heç nə olmayıb, yoxsa uşaq yaddaşını və huşuna da itirərdi" - deyə bildirdi.

O vaxtdan indiyə qədər Samirə yataq xəstəsidir. Çox sonralar məlum olub ki, həmin erməni bizim bir neçə uşağımızı beləcə şikəst edib.

Əsl insan o kəsdir ki, zatı, südü, namusu təmiz olsun. Ömürləri kol diblərində keçən, şərəfsiz həyat yaşayan, Tanrıdan qorxmayan, çörəyimizi yeyib bizə arxa çevirən bir millətdən nə gözləmək olar?! Ermənini başa düşdük, çünki adı üstündə ermənidir. Bəs bizim millət vəkilimiz hörmətli Aslan Şahverdiyevə nə ad verək?! "Səni mən şikəst etməmişəm, get köməyini Allahdan istə", - deyən millət vəkili kimlərin vəkilidir?!

Müsahibədən sonra Hövsan İcra nümayəndəsi Ağasəlim müəllimlə və Hövsan qəsəbəsinin deputat köməkçisi Zəkiyyə xanımla telefon əlaqəsi saxladım. Mənimlə çox mülayim danışan hər iki nümayəndə Suraxanı rayon icra hakimi ilə görüşüb Samirəyə kömək edəcəklərinə söz verdilər. Kaş ki, bu sözlər həqiqət olardı.

Qeyd: Qarşı tərəfin fikri ilə tanış olduq. Bu barədə yazı hazırlıq ərəfəsindədir. Bizi izləməkdə davam edin.

Mehriban Bəylərqızı

O.M.