VİDEO-Şəmkirdə qadın jurnalistə əl qaldırıldı

VİDEO-Şəmkirdə qadın jurnalistə əl qaldırıldı

25 Noyabr 2011 17:26
Bəyəndim (0) Bəyənmədim (0)
Abbaslı bələdiyyəsinin sakinləri icra nümayəndələrini qanunları pozmaqda ittiham edirlər

Bu günlərdə şikayətlə bağlı ezam olunduğum Şəmkir rayon Seyfəli kənd inzibati ərazi vahidliyinin Abbaslı bələdiyyəsində kənd sakinləri ilə görüşdüm. Görüş əsnasında məlum oldu ki, Prezidentimizin sərəncamı ilə verilmiş qərara görə suvarılmamış torpaqlara su çəkilişi və içməli su ilə əhalini təmin etmək üçün çəkiləcək kanal kənd sakinlərinin torpaq sahələrindən, bəzilərinin isə həyətyanı sahələrindən keçir. Kənd sakinlərini dinlədikdən sora məlum oldu ki, bu layihə ilə əlaqədar sakinlərlə icra nümayəndələri arasında heç bir razılaşma əldə edilməyib. Araşdırma zamanı yerli bələdiyyə işçilərinin mənə verdikləri cavabı siz də bilmək istəyirsinizsə, aşağıdakı kadrlara diqqətlə baxın. Kimin haqlı kimin haqsız olduğuna özünüz qərar verin.

O.M.