Aqrar Universitetdə Bilik Günü əlamətdar hadsələrlə zəngin oldu

Aqrar Universitetdə Bilik Günü əlamətdar hadsələrlə zəngin oldu

15 Sentyabr 2016 17:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın ən qədim ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Aqrar Universitetində Bilik günü əlamətdar hadisələrlə tarixə yazıldı. Universitetin Mühəndislik korpusu əsaslı şəkildə yenilənərək tələbələrin ixtiyarına verildi. Artıq yeni istifadəyə verilən korpusda 874 tələbə ən müasir şəraitdə təhsil alacaq. Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən korpusda iki fakültə yerləşir. Mühəndislik, Elektroenergetika və informasiya texnologiyaları fakültələrində 8 ixtisasın tələbələri tələb olunan bütün şəraitlə tam təmin edilib.
ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin məlumatına görə universitet bu gün Azərbaycan universitetləri arasında maddi texniki bazası, hazırlıqlı professor-müəllim heyəti, zəngin və müasir laboratoriyaları ilə fərqlənir. "Aqrolizinq" ASC tərəfindən çoxsaylı xarici kənd təsərrüfatı texnikasının, baytarlıq sanitariya ekspertizası laboratoriyasının, 5 istixananın və digər xarici avadanlıqların verilməsi tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb. Elə bu gün açılışı olan və Gəncədə ən böyük tədris korpusu kimi tanınan Mühəndislik korpusu bilavasitə Kənd təsərrüfatı nazirliyinin təşəbbüsü və dəstəyi ilə əsaslı təmir edilib, binada abadlıq və yenidənqurma işləri aparılıb, yeni dərs ilində tələbələrin ixtiyarına verilib.
Yeni istifadəyə verilən korpusun açılışında Kənd Təsərrüfatı Naziri Heydər Əsədov iştirak edib. Bilik günü ilə bağlı keçirilən toplantıda bildirib ki, ADAU-da prezident İlham Əliyevin göstərişi və Kənd təsərrüfatı nazirliyinin dəstəyi ilə artıq 3-cü ildir ki, 12 ixtisas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Sevindirici haldır ki, bu il həmin ixtisaslar üzrə qəbul planı 98,33 faiz yerinə yetirilib. Eyni zamanda nazir universitetin inkişafı üçün perspektiv məsələlərdən də danışıb.
ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov isə deyib ki, Universitet bu gün daha sürətlə inkişaf edir, tələbələr üçün yeni imkanlar yaradılır. Yüksəkixtisaslı aqrar mütəxəssis hazırlığı məqsədilə dünya standartlarına cavab verən tədris bazası mövcuddur. Tələbələrin biliyinin qiymətləndirilməsi tam şəffaf və obyektiv şəkildə həyata keçirilir. Burada yeganə meyar bilikdir
Mətbuat xidmətindən onu da bildiriblər ki, 2015-ci ildə Kənd Təsərrüfatı Nazirinin əmri ilə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq "Aqronomluq", "Zootexniklik" və "baytarlıq" ixtisasları üzrə dövlət sifarişi əsasında Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavriat səviyyəsinin əyani təhsil formasına qəbul olunan, hazırda əmrin icrasının davamı olaraq ikinci kurs tələbələrindən 10 nəfərinə 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasında yüksək qiymətlər aldıqlarına və universitetin ictimai həyatında fəal iştirak etdiklərinə görə aldıqları təqaüddən əlavə universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına 2016-cı il sentyabrın 15-dən 2017-ci il fevralın 1-dək ayda 100 (yüz) manat ödəniləcək.
Bu il universitetin Azərbaycan, rus və ingilis dili bölmələrinin bakalavriat səviyyəsinə 29 ixtisas üzrə 1162, magistratura səviyyəsinə 30 ixtisas üzrə 158 tələbə qəbul olub, 2 tələbə 600-dən yuxarı ,10 tələbə 500-dən yuxarı bal toplayıb. Universitetin Elmi Şurasının 14 sentyabr 2016-cı il tarixli qərarına əsasən 600 və 500-dən çox bal toplayan tələbələrin aylıq təqaüdlərinə əlavələr edilib.
2016/2017-ci tədris ilində TQDK-nın keçirdiyi qəbul imtahanlarında 635 bal toplayaraq "menecment" ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olunan Sübhan Məmmədovun və 621 bal toplayaraq "mühasibat uçotu və audit" ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olunan Asiman Hüseynovun aylıq təqüdlərinə büdcədənkənar vəsait hesabına birinci semestr ərzində 100 (yüz) manat əlavə edilib. 2016/2017-ci tədris ilində TQDK-nın keçirdiyi qəbul imtahanlarında 500-dən çox bal toplayan 10 tələbənin aylıq təqüdünə isə büdcədənkənar vəsait hesabına birinci semestr ərzində 50 manat əlavə edilib.
Ümumilikdə ötən illərlə müqayisədə bu il tələbə qəbulu planı da yüksək faizlə yerinə yetirilib. 1445 plan yerinə 1162 tələbə qəbul olunub ki, bu da qəbul planının 80,42 faiz yerinə yetirilməsi deməkdir. Qəbul planı 1000-dən artıq olan 9 universitet arasında dövlət sifarişi ilə qəbulun faizinə görə ADAU ikinci yerdədir. 12 ixtisas üzrə yalnız dövlət sifarişi ilə 590 nəfər tələbə qəbul olunub ki, bu da 98, 33 faiz deməkdir. Yalnız dövlət sifarişli ixtisaslarda müsabiqə balı 150 olduğu halda minumum keçid balı aqranomluq ixtisasında 201, aqromühəndislik ixtisasında 214, torpaqşünaslıq və aqrokimya ixtisasında 237 və yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasında 256 olub.
2 nəfər 600-dən, 10 nəfər isə 500-dən yuxarı bal toplayıb ki, bu da son 4 ildə ən yüksək göstəricidir.
Magistratura səviyəsində 30 ixtisas, 67 ixtisaslaşma üzrə isə 208 plan yerinə qarşı 158 tələbə qəbul olunub və bu da 76 faiz deməkdir. Dövlət sifarişi ilə 101 tələbə qəbul olunub. 38 ixtisaslaşma üzrə plan 100 faiz yerinə yetirilib.
Bu gün ADAU-da tələbələrin sayı 4957 nəfərdir. Onlardan 4613 nəfər bakalavriat, 344 nəfər isə magitrantdır.
Rəsmi toplantıdan sonra nazir Heydər Əsədov yüksək bal toplatyan tələbələrə nazirliik adından qiymətli hədiyyələr təqdim edib, yeni istifadə verilən və eləcə də universitetin digər tədris korpusları ilə tanış olub, tapşırıq və tövsyyələrini bildirib.

Quraşdırılmış təsvir 3Quraşdırılmış təsvir 4Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 1
Əlihüseyn ŞÜKÜROV