Başsız qalan ailə

Başsız qalan ailə

17 İyun 2011 08:59
Bəyəndim (0) Bəyənmədim (0)
6 Yaşından atalı ikən atasız qaldı

Ca­han­da unu­dul­maz yax­şı­lıq­la ad ey­lə­yən,

Məz­lum­la­rın ha­lı­na hər vax­tı im­dad ey­lə­yən.

Axi­rə­tin sa­va­bın qa­za­na­caq bu dün­ya­da,

Qəlblə­rin se­vin­di­rib ye­tim­lə­ri yad ey­lə­yən.

Hə­ya­tı ya­şa­ma­dan dərk et­mək çə­tin­dir. İn­san ya­şa­dıq­ca, hə­ya­tın hər üzü­nü gör­dük­cə onu öy­rə­nir. Hər bir yo­lun eni­şi-yo­xu­şu ol­du­ğu hal­da, hə­ya­tın da həm mü­la­yim, həm də sərt üzü çox­dur. İnsan se­vinc və xoş an­lar­la ya­na­şı, dərd də, qəm də çə­kir. Əgər kə­dər ol­ma­say­dı, şad­lı­ğın se­vinc his­si şi­rin ol­maz­dı. Hə­yat şi­rin ol­du­ğu qə­dər acı anlar da ya­şa­dır. Bu keş­mə­keş­li hə­yat­da ömür­lər be­lə­cə ya­şa­nır, be­lə­cə ke­çir. İn­san bu dün­ya­da əbə­di ol­ma­dı­ğı­nı bil­sə də, ye­nə özü­nə doğ­ma yu­va qu­rur. Az və ya çox­lu­ğun­dan ası­lı ol­ma­ya­raq, öm­rü­nü mə­na­lı ya­şa­ma­ğa ça­lı­şır. Çün­ki özün­dən son­ra xoş bir xa­ti­rə, bir ya­di­gar qo­ya­ca­ğı­nı dü­şü­nür. An­caq tə­əs­süf­lər ol­sun ki, bu­nu dərk et­mə­yən­lər də var. Hət­ta elə in­san var ki, öz doğ­ma ai­lə və öv­lad­la­rı­nın ta­le­yi ilə be­lə ma­raq­lan­mır. On­la­rın gə­lə­cə­yi­ni dü­şün­mə­dən özü üçün ya­şa­yır. Gü­na­hı ol­ma­yan öv­lad isə zül­mə məh­kum ola­raq əziy­yət çə­kir. Axı ta­ri­xən ai­lə­yə bağ­lı­lıq, öv­la­da mə­həb­bət hər bir va­li­dey­nin qəl­bi­nə ali hisslər və qı­rıl­maz tel­lər­lə ha­kim kə­si­lir. Fə­qət ta­rix ta­rix­li­yin­də qal­sa da, bə­zi in­san­lar öz in­san­lı­ğın­da qal­ma­ya­raq bu duy­ğu­lar­dan uzaq dü­şür­lər.

Bu gün də ata la­qeyd­li­yin­dən əzab və əziy­yət çə­kən Ul­duz (adı şər­ti­dir - İ.Rə­van) Əs­gə­ro­vanın ta­le­yin­dən söh­bət aça­ca­ğıq.

1986-cı il­də Sa­bi­ra­bad ra­yo­nun­da ana­dan olan Ul­duz ai­lə­də 2 ba­cı, 1 qar­daş olur­lar. Ata­sı Süb­han tez-tez Ru­si­ya­ya ge­dir və il­də bir də­fə gə­lib ai­lə­si­nə baş çə­kir. Axı­rın­cı də­fə 1992-ci il­də Ul­du­zun 6 ya­şı olan­da Süb­han Ru­si­ya­ya get­məz­dən qa­baq ai­lə­si­ni Şa­ma­xı­ya, ata yur­du­na gə­ti­rə­rək ora­da yer­ləş­di­rir və de­yir:

- Bu də­fə ge­dib ora­da yer­bə­yer olum, gə­lib si­zi də apa­ra­ca­ğam. Son­ra çox­lu nar gö­tü­rə­rək sat­maq üçün baş­qa mal apa­ran­lar­la yo­la dü­şür. La­kin mal­la­rı­nı sat­ma­ğa apa­ran­la­rın ha­mı­sı qa­yıt­sa da, Süb­han qa­yıt­mır. Ul­du­zun ana­sı Qız­bəs hər də­fə Ru­si­ya­ya ge­dib-gə­lən ta­nı­dı­ğı in­san­lar­dan Süb­ha­nı xə­bər alır. Hər də­fə də ey­ni ca­va­bı eşi­dir: "Süb­ha­nı gör­dük, bi­zə de­di ki, ai­lə­mə de­yin 10 gü­nə gə­lə­cə­yəm". La­kin bu 10 gün­lər ay­la­ra, ay­lar isə il­lə­rə dö­nə­rək, hə­min vaxtdan bu gü­nə ki­mi düz 19 il­dir ki, Süb­han ai­lə-uşa­ğı­nı baş­sız qo­ya­raq qa­yıt­mır. Be­lə ki, Süb­han get­di­yi vaxtdan 4 il ke­çən­dən son­ra Ru­si­ya­da həbs olu­nur. Həbsxa­na­da ai­lə­si ya­dı­na dü­şür və mək­tub ya­zıb on­lar­dan na­mus­la­rı­nı qo­ru­ma­ğı və ağıl­lı ol­maq­la­rı­nı tə­ləb edir. Ey­ni za­man­da mək­tub­da bil­di­rir ki, həbsdən çı­xan ki­mi gə­lə­cək. La­kin Süb­han həbsdən çı­xan­dan son­ra da gəl­mir. Üs­tün­dən 7 il ke­çən­dən son­ra Süb­han ye­nə də - ikin­ci də­fə həbs olu­nur. Ye­nə ey­ni mək­tub­lar, ye­nə ey­ni söz­lər ya­za­raq ai­lə­sin­dən na­mus tə­ləb edir. Gön­dər­di­yi mək­tub­la­rın bi­rin­də ya­zır: "Mə­ni ba­ğış­la­yın, mən si­zi al­dat­dım, bu də­fə də adam vu­rub tu­tul­mu­şam. Əgər mən bu­ra­da öl­səm, ye­nə özü­nüz­dən mu­ğa­yat olun, na­mu­su­nu­zu qo­ru­yun. Sağ çıx­sam, qa­yı­dıb gə­lə­cə­yəm".

Aradan bir xey­li vaxt keç­sə də, xə­bər çıxmadığından Qız­bəs­gil Süb­ha­nın Ru­si­ya­da cə­za çək­di­yi mü­əs­si­sə ilə əla­qə sax­la­yır­lar. Ora­dan ca­vab alır­lar ki, Süb­han ar­tıq çox­dan azad­lı­ğa buraxılıb. Bun­dan son­ra Qız­bəs və uşaq­la­rı on­dan ümid­lə­ri­ni kə­sir­lər və ba­şa dü­şür­lər ki, Süb­han in­di­yə ki­mi on­la­rı al­da­dıb. Qız­bəs xal­ça to­xu­yub sat­maq­la uşaq­la­rı­nı sax­la­yır. Ey­ni za­man­da Qız­bə­sin qo­hum­la­rı kö­mək­lə­şib on­lar üçün ba­la­ca bir hə­yət ala­raq ev də ti­kir­lər. Ul­duz 1993-cü il­də Şa­ma­xı ra­yon 2 say­lı or­ta mək­tə­bin bi­rin­ci sin­fi­nə ge­dir. Dərslə­ri­ni yax­şı oxu­yan Ul­du­zun ən çox sev­di­yi fən­lər coğ­ra­fi­ya, bi­o­lo­gi­ya fən­lə­ri olur. Çün­ki ar­zu­su or­ta mək­tə­bi bi­ti­rən­dən son­ra ali təh­sil ala­raq hə­kim ol­maq olur. La­kin hə­yat onun bu ar­zu­su­nu ürə­yin­də qo­yur. Ul­duz 7-ci si­nif­də oxu­yan­da 2000-ci il­də an­ası Qız­bəs və qar­da­şı Ağ­su ra­yo­nun­da ya­şa­yan qo­hum­la­rı­gil­dən Şa­ma­xı­ya gə­lər­kən yol­da av­to­mo­bil qə­za­sı­na dü­şür­lər. Qar­da­şı­nın qo­lu sı­na­raq əy­ri qa­lır. Ana­sı Qız­bəs isə 3 gün ko­ma­da qa­lan­dan son­ra və­fat edir. Ye­tim uşaq­lar baş­sız qal­ma­sın­lar de­yə, bi­ri­ni bi­bi, bi­ri­ni da­yı və axı­rın­cı­nı da xa­la gö­tü­rüb sax­la­yır. Be­lə­cə, uşaq­lar bir-bir­lə­rin­dən ay­rı qa­lır­lar. Ul­duz bi­bi­si­nin ya­nın­da - Ba­kı­da, ba­cı­sı ilə qar­da­şı isə ra­yon­da, da­yı və xa­la­nın ya­nın­da ya­şa­yır­lar. Qar­da­şı yay tə­ti­lin­də Ba­kı­ya gə­lə­rək Ul­duz­la gö­rü­şür. Ul­duz ana­sı­nın qır­xı­na ki­mi bi­bi­si­nin ya­nın­da qa­lır. Son­ra Ba­dam­dar qə­sə­bə­sin­də ki­ra­yə ya­şa­yan əmi­si gə­lib onu öz ya­nı­na apa­rır. An­caq bu­ra­da da Ul­du­zun bəx­ti gə­tir­mir. Əmi­si­nin yol­da­şı onu yo­la ver­mə­di­yi­nə gö­rə 15 yaş­lı Ul­duz şə­hə­rə çı­xıb iş ax­ta­rır ki, on­lar­dan min­nət gö­tür­mə­sin. Nə­ha­yət, Ul­duz iş ta­pa­raq ma­ğa­za­da sa­tı­cı iş­lə­yir.

həm qar­da­şı­na pul gön­də­rir, həm də özü­nü do­lan­dı­rır. Çün­ki əmi­si ar­va­dı onun­la so­yuq rəf­tar et­mək­dən əla­və onu sı­xın­tı və gər­gin­lik için­də sax­la­yır. İş­lə­yən­dən son­ra Ul­duz an­caq yat­maq­dan-yat­ma­ğa əmi­si­gi­lə gə­lir. Əmi­si de­mək olar ki, onun hə­ya­tı ilə ma­raq­lan­mır. Hər də­fə ye­mək za­ma­nı əmi­si­gil onu di­lu­cu ye­mək üçün süf­rə­yə ça­ğır­sa­lar da, Ul­duz ac ola-ola özü­nü tox ki­mi

gös­tə­rib get­mir. Və hər ge­cə öz ye­rin­də giz­li-giz­li ağ­la­yır. Al­lah­dan özünə ölüm arzulayaraq canını bu zülmlər­dən qur­tar­maq is­tə­yir.

Əmi­si 2004-cü il­də Ul­duz­gi­lə məx­sus olan ra­yon­da­kı ev­lə­ri­ni 3000$ pu­la sa­tır. Ul­duz­gi­lə də de­yir ki, bu pu­la Ba­kı­da ya­taq­xa­na­la­rın bi­rin­də si­zə yer ala­ca­ğam. La­kin əmi­si hə­min pul­dan bir ma­nat be­lə Ul­duz­gi­lə xərclə­mir. Hə­min pul­la­rı özü­nün "çirkli biz­ne­sin­də" döv­riy­yə­yə bu­ra­xa­raq qa­nun­suz yol­la gə­lir əl­də edir. Əmi­si bu yol­la pul qa­za­na­raq elə hə­min qə­sə­bə­də də tor­paq sa­hə­si alıb özü­nə şəx­si ev tik­di­rir. Bu­nun­la be­lə, əmi­si­nin hə­yat yol­da­şı Ul­du­zu bir an be­lə ora­da gör­mək is­tə­mir. Ul­du­zun hə­ya­tı ilə ma­raq­lan­ma­yan, sat­dı­ğı ev­lə­ri­nin pu­lun­dan on­la­ra heç nə xərclə­mə­yən əmi­si də san­ki on­la­rı unu­da­raq an­caq və an­caq öz "çirkli" al­ve­ri ilə məş­ğul olur.

Ul­du­zun ba­cı­sı ra­yon­da ai­lə qu­rub ora­da da ya­şa­yır. Qar­da­şı isə mək­tə­bi bi­ti­rib Ba­kı­ya, ba­cı­sı­nın ya­nı­na gə­lir. Ba­cı-qar­daş bir müd­dət əmi­si­gil­də qa­lır­lar. An­caq bir ne­çə ay­dan son­ra Ul­du­zun əmi­si və­fat edir. Əmi­si və­fat edən­dən üç gün son­ra, de­kabr ayı­nın şax­ta­lı və so­yuq qış gü­nün­də əmi­si ar­va­dı on­la­rı ev­dən çı­xar­dır. Ul­du­zun qar­da­şı məc­bur olub ye­ni­dən ra­yo­na qa­yı­da­raq da­yı­sı­gil­də ya­şa­yır. Ul­duz isə qı­şın so­yuq ha­va­sın­da çöl­lər­də qal­ma­sın de­yə, iş­lə­di­yi ma­ğa­za­da ge­cə­lə­mək üçün mü­dir­dən ica­zə alır. 1-2 gün ma­ğa­za­da şə­ra­it­siz və­ziy­yət­də qa­lan­dan son­ra Ul­du­zun iş­çi yol­da­şı qız onu ev­lə­ri­nə apa­ra­raq ya­nın­da sax­la­yır. Ul­duz bir həf­tə ora­da qa­lan­dan son­ra qar­da­şı da ra­yon­dan Ba­kı­ya gə­lir və özü­nə iş ta­pır. Be­lə­cə, ba­cı-qar­daş iş­lə­yə­rək ki­ra­yə ev tu­tub bir yer­də qa­lır­lar. Əmi­si­nin və onun ar­va­dı­nın zül­mün­dən can­la­rı qur­tar­dı­ğı­na gö­rə se­vi­nir­lər.

La­kin son ay­lar Ul­duz da iş­lə­mə­di­yin­dən evin bü­tün mad­di ağır­lı­ğı tək qar­da­şı­nın üzə­rin­də qa­lıb. Ul­du­zun hər gü­nü ağ­la­maq­la ke­çir. Çün­ki in­di­ki du­ru­mun­da tək qar­da­şın­dan baş­qa heç ki­mi yox­dur. Ai­lə qu­ran ba­cı­sı­nın da mad­di du­ru­mu yax­şı ol­ma­dı­ğın­dan gec-gec gö­rü­şür­lər. Yal­nız hər­dən mo­bil te­le­fon va­si­tə­si­lə əla­qə sax­la­yır­lar. İn­di Ul­duz əv­vəl­ki­tək iş­lə­yib qar­da­şı­na da­yaq ol­maq üçün iş ax­ta­rır.

Son söz əvə­zi: Hər kəs nə edir­sə - yax­şı da, pis də özü üçün edir. Pis­lər gü­nah­la­rı­nı, yax­şı­lar isə sa­vab­la­rı­nı ar­tı­rır­lar. Ye­ti­min ma­lı­na göz di­kib onun haq­qı­nı ye­mək isə ən bö­yük gü­nah­dır. İn­san pis və dar gü­nün­də ümid­lə ya­xın­la­rı­na üz tu­tur, la­kin əmi ki­mi bir ar­xa olan şəxs də ona pə­nah gə­ti­rə­nin qəl­bi­ni qı­rır­sa, bu­na ne­cə haqq qa­zan­dır­maq olar? Bir hə­dis­də de­yi­lir: "Al­la­hın ən çox sev­di­yi ev ye­ti­mə hör­mət və qay­ğı gös­tə­ri­lən ev­dir". Əla­və ola­raq bu­yu­ru­lur: "Bir şəxs bir ye­ti­min ba­şı­na sı­ğal çə­kə­rək onun qəl­bi­ni se­vin­di­rər­sə, hə­min şəx­sə say­sız-he­sab­sız sa­vab ya­zı­lar". Ək­si­nə, onun əlin­də­ki­ni də alıb ye­mək və onu öz haq­qın­dan məh­rum elə­mək heç bir in­san­lığa sığ­mır. Əgər be­lə bir hal­da ona in­san de­mək olar­sa.

İsa Rəvan

O.M.