O, qaçıb boşandığına görə tək qaldı

O, qaçıb boşandığına görə tək qaldı

13 İyun 2011 21:54
Bəyəndim (0) Bəyənmədim (0)
ETİRAF-Yad olan doğmalar

Hə­yat tə­sa­düf­lər­lə do­lu­dur. Bə­zən hə­ya­tın son­ra­kı ha­di­sə­lə­ri də bu tə­sa­düf­lər­dən baş­la­yır. Tə­sa­düf­lə­rin isə həm xoş, həm də acı nə­ti­cə­si olur. Tə­sa­dü­fi ta­nış­lıq da ilk əv­vəl ya­xın­lıq, bağ­lı­lıq, dostluq və nə­ha­yət, sev­gi­yə də çev­ri­lir. Məhz bu sev­gi əsa­sın­da da so­nu və öm­rü bi­lin­mə­yən ai­lə hə­ya­tı qu­ru­lur. Ai­lə­nin möh­kəm­lən­mə­si və sev­gi­ni ya­şa­ması üçün hər za­man qay­ğı tə­ləb olu­nur. Əgər ai­lə diq­qət və qay­ğı­dan uzaq olar­sa, tə­bii ki, sar­sı­la­caq. Bu­na gö­rə də ai­lə da­xi­lin­də kə­nar mü­da­xi­lə­lə­rə yol ve­ril­mə­mə­li­dir.

Bu gün də ilk sev­gi­si­nə qar­şı son­ra­dan xə­ya­nət gö­rən və ai­lə hə­ya­tı­nı tam axı­ra­dək ya­şa­ma­yıb ay­rı­lan Ley­la İs­ma­yı­lo­va­nın ta­le­yin­dən da­nı­şa­ca­ğıq.

1974-cü il de­kabr ayı­nın 10-da Neftça­la ra­yo­nun­da ana­dan olan Ley­la ai­lə­də 5 qar­daş, 2 ba­cı olur­lar. Evin son­be­şi­yi olan Ley­la 4 ay­lıq ikən ata­sı və­fat edir. Ata­sın­dan son­ra ai­lə­nin mad­di du­ru­mu çə­tin­lə­şir. Be­lə ol­duq­da ana­sı Fə­zi­lə 1980-ci il­də ai­lə­ni do­lan­dır­maq və iş­lə­mək üçün Ley­la­nı da gö­tü­rə­rək Ba­kı­ya gə­lir. Bu­ra­da Fə­zi­lə Mən­zil-İs­tis­mar İda­rə­lə­ri­nin bi­rin­də işə gi­rir. Qal­ma­ğa ye­ri ol­ma­dı­ğın­dan onun­la bir yer­də iş­lə­yən qa­dın on­la­rı öz evi­nə apa­ra­raq ota­ğın bi­ri­ni Fə­zi­lə ilə ba­la­ca Ley­la­ya mü­vəq­qə­ti ya­şa­ma­ğa ve­rir. Fə­zi­lə hər gün işə ge­dir, Ley­la isə ev sa­hi­bi­nin uşaq­la­rı ilə qa­lır. Fə­zi­lə iş­lə­yə­rək al­dı­ğı mə­va­cib­dən həm ra­yo­na pul gön­də­rir, həm də Ley­la ilə özü­nü sax­la­yır. Və­ziy­yə­ti­nin çə­tin ol­du­ğu­na gö­rə elə onun­la iş­lə­yən qa­dı­nın kö­mək­li­yi ilə bir il­dən son­ra ona ev ve­ri­lir. Fə­zi­lə ra­yo­na ge­də­rək 2 ev­li oğ­lu ai­lə­si ilə ay­rı ya­şa­dı­ğın­dan, 2 oğ­lu da Ru­si­ya­da ol­du­ğun­dan ki­çik oğ­lu­nu və qı­zı­nı da özü ilə Ba­kı­ya - tə­zə al­dı­ğı evi­nə gə­ti­rir.

1982-ci il­də Ley­la Ya­sa­mal ra­yon 31 say­lı mək­tə­bin 1-ci sin­fi­nə ge­dir. 1990-ci il­də 9-cu sin­fi bi­ti­rən­dən son­ra is­tə­yi ilə Nə­ri­ma­nov ra­yo­nun­da yer­lə­şən 82 say­lı tex­ni­ki-pe­şə mək­tə­bi­nin üst ge­yim­lə­ri üz­rə mo­del­yer kur­su­na da­xil olur və 3 il ora­da oxu­yur. 1992-ci il yan­var ayı­nın 21-də Ley­la met­ro­dan çı­xıb dər­sə ge­dər­kən mək­tə­bin ya­xın­lı­ğın­da Va­qif (adı şər­ti­dir) ad­lı bir oğ­lan onu gö­rür, xo­şu gə­lir və ya­xın­la­şıb ta­nış olur. Va­qif za­bit ol­du­ğu­nu və hər­bi­də qul­luq et­di­yi­ni bil­di­rir. On­lar cə­mi 4 gün gö­rü­şür­lər. Çün­ki Va­qif yan­va­rın 25-də Qa­ra­ba­ğa - dö­yüş böl­gə­si­nə, "Da­şal­tı" əmə­liy­ya­tı­na ge­dir. Ge­dən­də Ley­la­nın şək­li­ni də özü ilə apa­rır. Yan­va­rın 26-da isə Va­qif Da­şal­tı uğ­run­da ge­dən dö­yüş­də ağır ya­ra­la­nır. Onu tə­ci­li əmə­liy­yat olun­maq üçün Ba­kı­ya - Da­xi­li İş­lər Na­zir­li­yi­nin hos­pi­ta­lı­na apa­rır­lar. Ley­la­nın isə bun­lar­dan xə­bə­ri ol­mur. Sə­hə­ri gün Ley­la dər­sə ge­dər­kən mək­tə­bin ya­xın­lı­ğın­da öz şək­li­ni baş­qa bir ada­mın əlin­də gö­rür. Be­lə ki, hə­min adam şək­li əlin­də tu­ta­raq həm şək­lə, həm də gə­lib-ge­dən qız­la­ra ba­xır. Ley­la ma­raq­lan­maq is­tə­yir ki, so­ruş­sun "şək­lim sən­də nə gə­zir", an­caq bir qə­dər tə­rəd­düd edir və so­ruş­ma­dan ke­çib ge­dir. Son­ra hə­min adam onun ar­xa­sın­ca qa­ça­raq ya­xın­la­şıb, "Si­zin adı­nız Ley­la­dır?" - de­yə so­ru­şur. Ley­la "bə­li" de­yə­rək ca­vab ve­rir.

- Siz Va­qi­fi ta­nı­yır­sı­nız?

Ley­la "Bə­li, ta­nı­yı­ram, nə olub ki?!" - de­yə hə­yə­can­la ma­raq­la­nır. Hə­min adam bil­di­rir ki, Va­qif xəs­tə­xa­na­da­dır, si­zi göz­lə­yir. Ley­la onun­la bir yer­də xəs­tə­xa­na­ya ge­dir. Va­qif əmə­liy­yat­dan çıx­sa da, hə­lə də nar­koz­dan ayıl­ma­dı­ğı­na gö­rə ana­sı ya­nın­da olur. Ley­la onu bu və­ziy­yət­də gö­rüb şo­ka dü­şür, bir qə­dər qa­lan­dan son­ra qa­yı­dıb dər­si­nə ge­dir. Ax­şam dərsdən çıxıb ye­nə də xəs­tə­xa­na­ya gə­lir. Va­qif ar­tıq ayıl­mış və­ziy­yət­də olur. On­lar gö­rü­şür­lər və Ley­la ağ­la­yır. Be­lə­cə, Ley­la hər gün dərsdən çı­xa­raq 6 ay ər­zin­də xəs­tə­xa­na­ya - Va­qi­fin ya­nı­na ge­dib onu yox­la­yır. Ev­lə­rin­də isə gec gəl­di­yi­nə gö­rə hər gün mü­ba­hi­sə düşür, ana­sı, qar­da­şı onu dö­yür, dan­la­yır­lar. An­caq Ley­la ha­ra­da ol­du­ğu­nu de­mir və ye­nə də Va­qi­fə baş çəkməkdə davam edir. Növ­bə­ti də­fə Ley­la xəs­tə­xa­na­ya ge­dən­də Va­qi­fin ana­sı və ba­cı­sı da ora­da olur­lar. Va­qi­fin ana­sı onu kə­na­ra çə­kib de­yir:

- Heç özü­nü yor­ma, get özü­nə baş­qa­sı­nı seç. Mən oğ­lu­ma öz xa­lam nə­və­si­ni ala­ca­ğam. Am­ma bu söh­bə­ti Va­qif bil­mə­mə­li­dir.

Ley­la bu söz­lər­dən sar­sıl­sa da, be­lə və­ziy­yət­də Va­qi­fin qəl­bi­ni qır­ma­maq üçün tam sa­ğa­lıb aya­ğa qal­xa­na qə­dər ya­nı­na ge­dib-gə­lə­rək ona mə­nə­vi da­yaq olur. Va­qi­fin ba­cı­sı isə Ley­la­ya xoş mü­na­si­bət gös­tə­rir. Va­qif tam sa­ğa­lan­dan son­ra Ley­la onun­la əla­qə­si­ni kə­sir.

Ley­la mək­tə­bi qur­ta­ra­raq iş­lə­yir. 1 il 8 ay Va­qif onu ax­ta­rır. Ley­la­nı gör­mək üçün on­la­rın mə­həl­lə­si­nə gəl­sə də, qı­zın adı­na xə­ləl gə­tir­mə­mək üçün kim­sə­dən onu so­ruş­mur. Nə­ha­yət, bir gün Va­qif ba­cı­sı­nı da özü ilə gö­tü­rə­rək Ley­la­gi­lin evi­nə tə­rəf ge­dir və ba­cı­sı­na on­la­rın evi­ni gös­tə­rib oraya gön­də­rir. Ev­də Ley­la ilə ana­sı olur. Va­qi­fin ba­cı­sı on­la­ra gə­lir, Ley­la ilə rə­fi­qə­si ki­mi gö­rü­şür, söh­bət edir­lər. Son­ra ana­sı eşit­mə­sin de­yə hə­yə­tə çı­xır­lar. Yo­lun kə­na­rın­da on­la­rı göz­lə­yən Va­qi­fin ya­nı­na gə­lib gö­rü­şür və sə­hə­ri gü­nə gö­rüş tə­yin edir­lər. Sabahısı gö­rü­şür­lər, son­ra Va­qif onu ya­şa­dı­ğı Sum­qa­yıt şə­hə­ri­nə apa­ra­raq ev­lən­mək tək­lif edir. Ley­la bir qə­dər fi­kir­lə­şib ra­zı­lıq ve­rir. La­kin Va­qi­fin ana­sı­gil ra­zı ol­ma­dıq­la­rın­dan el­çi gəl­mir­lər. Gənclər öz ara­la­rın­da "qaç­ma­ğa" ra­zı­la­şır­lar. Ley­la qa­ça­ca­ğı ba­rə­də ev­də tək­cə gə­lin­lə­ri­nə de­yir. 1994-cü ilin sentyab­rın 26-da Va­qif Ley­la­nı qa­çır­da­raq Sum­qa­yıt­da ya­şa­yan ai­lə­li ba­cı­sı­gi­lə apa­rır. Va­qi­fin va­li­deynlə­ri ora­ya gəl­mir, an­caq qar­daş və ba­cı­sı tez-tez gə­lib on­la­rı yox­la­yır­lar. Ana­sı­gil Ley­la­nı ax­ta­ran­da gə­lin­lə­ri onun Sum­qa­yı­ta qaç­dı­ğı­nı de­yir. Ana­sı Sum­qa­yı­ta gə­lə­rək Va­qi­fin ana­sın­dan, "Bu nə mə­sə­lə­dir?" - de­yə so­ru­şur. On­lar da de­yir ki, bi­zim də xə­bə­ri­miz yox­dur, is­tə­yib, qa­çı­rıb.

Hə­min il no­yab­rın 18-də Va­qif­lə Ley­la­nın toy­la­rı olur. On­lar nor­mal bir ai­lə hə­ya­tı ya­şa­yır­lar. An­caq qa­yı­na­na­sı elə ilk gün­dən Ley­la ilə so­yuq dav­ra­nır. Ley­la­nın 2 il öv­la­dı ol­mur. Bu sə­bəb­dən qa­yı­na­na­sı, "Mə­nə qı­sır gə­lin la­zım de­yil", - de­yə­rək onu bo­şat­dır­maq is­tə­yir. Va­qif isə bo­şan­mır, hə­ki­mə mü­ra­ci­ət edir. Hə­kim bil­di­rir ki, bu prob­lem Va­qi­fin özün­də­dir. Mü­a­li­cə üçün dər­man­lar ya­zır və Va­qif 3 ay mü­a­li­cə olu­nur. Bu mü­a­li­cə­dən son­ra 1997-ci il­də Də­niz adın­da qız­la­rı, 1999-cu il­də Asi­man ad­lı qız­la­rı, 2000-ci il­də Sa­hil adın­da oğ­lan­la­rı dün­ya­ya gə­lir. La­kin son­ra­dan Va­qif baş­qa bir qa­dın­la gəz­di­yin­dən ai­lə­sin­dən so­yu­yur. Ley­la­gil ai­lə­liklə bağ evin­də qal­dıq­la­rın­dan bun­dan xə­bə­ri ol­mur.

Bir gün Ley­la evin ha­va­sı­nı də­yiş­mək üçün uşaq­la­rı­nı da gö­tü­rə­rək şə­hə­rə gə­lir. Otaq­la­rı sə­li­qə­yə sa­lıb ya­taq ota­ğı­na ke­çən­də öz ya­taq taxtla­rı­nı pis və­ziy­yət­də gö­rür. Ye­ri dü­zəl­dər­kən ya­taq mə­lə­fə­sin­də lə­kə­lər və qa­dı­na aid baş­qa bir "şey" gö­rür. Va­qif­dən "bu nə­dir?" - de­yə so­ru­şur. Va­qif de­yir:

- Öz işin­lə məş­ğul ol, bu mə­nim şəx­si işim­dir. Mən ki­şi­yəm, özüm bi­lə­rəm, qı­raq­da gə­zə­rəm də, gəz­mə­rəm də.

Ley­la uşaq­lar duy­ma­sın de­yə da­ha heç nə de­mir, an­caq qəl­bi qı­rı­lır. Son­ra Ley­la Va­qi­fə "Mən sən­dən bo­şa­na­ca­ğam", - de­sə də, o da Ley­la­ya "Özün bi­lər­sən", - de­yir. 1 ay son­ra Ley­la bo­şan­maq üçün Sum­qa­yıt Şə­hər Məh­kə­mə­si­nə mü­ra­ci­ət edir. La­kin oğ­lu Sa­hil 5 ay­lıq ol­du­ğun­dan məh­kə­mə­də ona bil­di­rir­lər ki, uşa­ğın 1 ya­şı ta­mam ol­ma­lı­dır, göz­lə, uşa­ğın 1 ya­şı ol­sun, son­ra. Ley­la da göz­lə­mə­li olur. Bu 7 ay Ley­la­ya 7 il ki­mi gö­rü­nür. Hə­min müd­dət ər­zin­də Ley­la Va­qif­dən ay­rı baş­qa otaq­da ya­tır. San­ki qa­yı­na­na­sı­gil də bu işə ra­zı imiş­lər ki­mi heç nə de­mir­lər. Ley­la ar­tıq dö­zə bil­mə­di­yin­dən heç məh­kə­mə­ni də göz­lə­mə­dən uşaq­la­rı­nı da gö­tü­rüb ata evinə gedir.

2002-ci il­də Va­qif Ley­la­nın xə­bə­ri ol­ma­dan məh­kə­mə yo­lu ilə on­dan rəs­mi su­rət­də bo­şa­nır və hə­min gəz­di­yi qa­dı­nı alır. 2003-cü il­də isə Ley­la Sum­qa­yıt Şə­hər Məh­kə­mə­si­nə tə­zə­dən mü­ra­ci­ət edir. Məh­kə­mə­yə sədrlik edən ha­kim qa­nu­ni for­ma­da tə­ləb olun­du­ğu ki­mi mə­sə­lə­ni Ley­la­nın xey­ri­nə həll edir. Ley­la­nın uşaq­la­rı­na ali­ment kə­si­lir və Sum­qa­yıt şə­hə­rin­də 2 otaq­dan iba­rət ev alı­nır. Ley­la ora­da hər də­fə Va­qif­lə rastlaş­ma­sın de­yə hə­min evi sa­ta­raq Ba­kı şə­hə­rin­də özü­nə ev alır. Uşaq­lar bö­yü­dük­cə ali­ment al­sa da, Ley­la on­la­rın tə­lə­ba­tı­nı is­tə­di­yi ki­mi ödə­yə bil­mir. Va­qif hər həf­tə­nin şən­bə-ba­zar gü­nü adam gön­də­rə­rək uşaq­la­rı gör­mək üçün on­la­rı ya­nı­na gə­tiz­di­rir. Bu min­val­la Va­qif 6 il uşaq­la­rı ilə gö­rü­şür. Nə­ha­yət, uşaq­lar Ley­la­ya de­yir­lər ki, sən bi­zim is­tə­dik­lə­ri­mi­zi ödə­yə bil­mir­sən, biz ata­mı­zın ya­nın­da qal­maq is­tə­yi­rik. Bu söz­lə­ri eşi­dən Ley­la çox sar­sı­lır. Uşaq­la­rın onun tə­rə­fin­dən öy­rə­dil­di­yi­ni də ba­şa dü­şür. An­caq nə qə­dər et­sə də, xey­ri ol­mur.

Yay tə­ti­lin­də uşaq­lar ata­la­rı­nın ya­nı­na ge­də­rək ora­da qa­lır və ana­la­rı­nın ya­nı­na qa­yıt­mır­lar. Ley­la Va­qif­dən uşaq­la­rı ge­ri gön­dər­mə­si­ni is­tə­yir. An­caq Va­qif de­yir ki, uşaq­lar sə­ni is­tə­mir­lər, gəl məh­kə­mə­də uşaq­lar­dan im­ti­na əri­zə­si yaz. Ley­la bil­di­rir ki, mən heç vaxt uşaq­la­rım­dan im­ti­na et­mə­rəm. On­la­rı sən öy­rət­di­yin üçün on­lar sə­ni is­tə­yir­lər­sə, qoy qal­sın­lar ya­nın­da, sax­la. Am­ma mən də on­la­rı gör­mə­li­yəm. Va­qif də onun­la ra­zı­la­şır. La­kin hə­min il - 2009-cu il­də Ley­la uşaq­la­rı gö­rə bil­mir. 2010-cu ilin yay tə­ti­lin­də isə Va­qif uşaq­la­rı bir həf­tə­lik ana­la­rı­nın ya­nı­na gön­də­rir və son­ra da gə­lib apa­rır. Bu da Ley­la­ya bir dərd olur və o, ana fər­ya­dı ilə ya­şa­yır...

2009-cu il­də Ley­la işə dü­zə­lir. 2 ay nor­mal ma­aş alır, la­kin son­ra­lar get­dik­cə hər ay ma­a­şı aza­lır. Be­lə ol­duq­da o, şö­bə mü­di­ri­nin ya­nı­na ge­dir ki, səbəbi öyrənsin. Şö­bə mü­di­ri de­yir:

- Mən de­dim, bəl­kə sən ke­çən ay­da ba­şa dü­şər­sən.

Ley­la so­ru­şur:

- Nə­yi ba­şa dü­şə­rəm?

- Sən mə­nim­lə yat­ma­lı­san.

Ley­la hirslə­nir və "Mə­ni baş­qa­la­rı ilə səhv sal­mı­san!" - de­yə­rək ota­ğı tərk edir və iş­dən çı­xır. O, hal-ha­zır­da iş­lə­mir. Mad­di du­ru­mu da çə­tin­dir. Evi­nin və qəl­bi­nin boş­lu­ğun­dan özün­də bir eh­ti­yac hiss edir.

Ley­la­nın de­dik­lə­rindən:

- Ata­sız bö­yü­dü­yüm­dən ata nə­va­zi­şi gör­mə­mi­şəm. Hə­mi­şə ata nə­va­zi­şi­nə eh­ti­ya­cım olub. Özba­şı­na qa­çıb ai­lə hə­ya­tı qur­du­ğum­dan ya­xın­la­rım mən­dən üz dön­də­rib­lər. Mən in­di doğ­ma şə­hə­rim­də san­ki bir qə­rib ki­mi­yəm. Mə­ni an­la­yan in­sa­na, əsl sev­gi və qay­ğı­ya eh­ti­ya­cım var. An­caq bun­dan son­ra ye­nə də xə­ya­nə­tə qur­ban ol­maq is­tə­mi­rəm. Öz tən­ha hə­ya­tım­dan da bez­mi­şəm. Doğ­ru-dü­rüst ya­şam tər­zi­nə eh­ti­ya­cım, se­vib-se­vil­mə­yə mə­nim də haq­qım var.

Əslində, bu yerdə mü­əl­lif­dən son söz əvəzi olmalı idi. Lakin son söz deməyə hələ tələsmirik. Ob­yek­tiv­lik na­mi­nə əks tə­rə­fin də fi­kir­lə­ri­ni din­lə­mə­yə ha­zı­rıq.

İsa Rə­van

O.M.