Əxlaqsız qadınlar agent olurlar

Əxlaqsız qadınlar agent olurlar

8 İyun 2011 10:57
1 924
Bəyəndim (0) Bəyənmədim (0)
Yataqda dilinizi dinc saxlayın

İndiki zamanda ən başlıca hərbi və siyasi sirləri 100 il bundan əvvəl olduğu kimi yataqda aşkar etməyə çalışanlar az deyil. Hətta bu işlə məşğul olan xüsusi agentlərin hazırlanmasına da bir çox ölkələrdə ciddi diqqət yetirilir.

Tarixdə birinci belə məxfi casus dəstələri Almaniyada yaradılıb. Tezliklə Alman xüsusi xidmət orqanları yataq vasitəsilə aparılan siyasi kəşfiyyatların daha effektli nəticələr verdiyinə əmin olublar. İlk intim-kəşfiyyat dəstəsinə əfsanəvi Markus Volf rəhbərlik etmişdi. O müəyyən məqsədlər üçün qadınlardan çox bacarıqla istifadə edirdi. Sonralar yeni "Ferfurunq" dəstəsini yaratdı ki, almancadan bu sözün tərcüməsi "Ehtiras oyadanlar" deməkdir.

Bu şöbəyə düşmək olduqca mürəkkəb məsələ idi. Namizədlərin seçimi zamanı onları çox çətin sınaqlar gözləyirdi. Onlara danışıq, davranış və ehtiras oyatmaq mədəniyyətləri öyrədilirdi. Praktik məşğələlərdə adətən xüsusi dəvət olunmuş professional fahişələr iştirak edirdilər. Tam təhsil alan xüsusi casusları əsasən Qərbi Avropa ölkələrinə göndərirdilər. Bu insanların qarşısında duran tapşırıq əsasən məxfi idarələrdə çalışan əməkdaşların qəlbini ovlamaq, onların ürəyinə hakim kəsilmək idi. Bununla da sonralar yataqda olarkən həmin adamlardan vacib informasiyaları öyrənməli idilər.

Ehtiras oyadan casuslar işə başlamazdan öncə öz "obyekti" üzərində uzunmüddətli müşahidələr aparırdı. Onun psixoloji portretini, bioqrafiyasını diqqətlə öyrənirdi. Zəif cəhətlərini üzə çıxarmağa çalışırdı ki, gələcəkdə onlardan istifadə etməyi bacarsın.

Hal-hazırda bu vasitədən əksər ölkələrin xüsusi xidmət orqanları aktiv istifadə edirlər. Adətən belə insanların fəaliyyəti hansısa ölkənin hərbi və sənaye sirlərini öyrənməyə yönəldilir.

Odur ki, yatağa girəndə yüz ölçün-bir biçin. Sözün əsl mənasında dilinizi "dinc saxlayın"..

Emil Tahiroğlu

O.M.