11 sentyabr terrorunun açılmayan sirləri

11 sentyabr terrorunun açılmayan sirləri

6 İyun 2011 10:57
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ-ın məqsədi İslam dinini gözdən salmaq və təbii sərvətləri mənimsəməkdir

Məqalənin ilham mənbəyi

Bir müddət əvvəl Türkiyədə təyyarə qaçırılmışdı. Piratlar ABŞ-ın Yaxın Şərqdə apardığı işğalçı siyasətə etiraz etdiklərini bildirərək təyyarəni İrana sürdürməyi tələb etmişdilər. Qəribədir ki, qaçırılma zamanı heç kəs xəsarət almadı. Əksinə, piratlar öz əsirləri ilə mülayim rəftar edərək onların aradan çıxmasına göz yumdular. Özləri isə hüquq-mühafizə orqanlarına təslim oldular. Belə bir sonluq əvvəlcədən nəzərdə tutulurdusa, qaçırılmağa nə ehtiyac var idi? Bu yerdə kiçik bir detalı nəzərinizə çatdırmaq istərdik. Piratların ağzından məhz İran kəlməsinin çıxması bütün diqqətləri istər-istəməz bu ölkəyə yönəltdi. Bildiyiniz kimi, hal-hazırda ABŞ-ın hədəfində İrandır. Deməli, əsas məqsəd qonşu ölkənin terrorçulara dəstək verməsini dünya ictimaiyyətinə sübut etməkdən başqa bir şey deyildi. Odur ki, biz də yenidən bu mövzuya qayıdaraq ABŞ-ın təbii sərvətləri ələ keçirmək yolunda yürütdüyü işğalçı siyasəti bir daha araşdıracağıq.

Hədəf islam dini və təbii sərvətlərdir

Usama ben Laden dünyada ən təhlükəli adam və bir nömrəli terrorçu hesab edilirdi. Onun məhv edilməsi üçün bir neçə il idi ki, Yaxın Şərq ölkələrində müharibə aparılırdı. Əvvəlcədən bir faktı qeyd edək ki, ABŞ İraqın prezidentini rahatlıqla məhv edə bilmişdi. Lakin uzun illərdən sonra, böyük çətinliklə adi bir terrorçu dəstənin başçısını zərərsizləşdirə bildi. Əslində, Usamanın öldürülməsi də hələ şübhə altındadır. Belə ki, meyit heç kimə göstərilmədən tələm-tələsik "dənizə qərq edildi".

Göründüyü kimi, əməliyyatlar bəhanədir, yeganə məqsəd işğalçı siyasətə bəraət qazandırmaqdır. Belə ki, ABŞ-ın əzəli düşmənləri sırasında Şimali Koreyanın və Kubanın adları səslənirdi. Bu ölkələrdə təbii sərvətlərin az olduğunu və əhalinin müsəlman olmadığını nəzərə alsaq, ABŞ-ın məhz Yaxın Şərqə meyl göstərməsinin səbəbini anlaya bilərik. Demək, imperialist dövlətin yeganə arzusu təbii sərvətləri mənimsəmək, eyni zamanda inkişaf etməkdə olan İslam ölkələrini məhv etməkdir. Əgər elə olmasaydı, atom silahına malik olan Şimali Koreya unudulmaz, hədəfə İran gətirilməzdi.

Bir nömrəli terrorçu, yoxsa bir nömrəli agent

Usama ben Laden 1954-cü ildə Məkkə şəhərində əslən Yəməndən olan biznesmen ailəsində dünyaya gözaçmışdı. Onun atası inşaat sektorunda iri maqnatlardan sayılırdı. Usama ailədə sayca 17-ci uşaq idi. Ümumiyyətlə, atasının 3 nikahdan 56 uşağı olmuşdu. Usama ali iqtisadi təhsilini Ciddə şəhərində şahzadə Əbdül Əziz adına universitetdə almaqla yanaşı, boş vaxtlarında Səudiyyə Ərəbistanında teologiya və biznesin sirlərini öyrənməklə məşğul olurdu. Atasından böyük həcmli miras qaldıqdan sonra o, siyasətlə məşğul olmaq qərarına gəldi. SSRİ qoşunları Əfqanıstana daxil olarkən, daha doğrusu, 1980-ci ildə Usama Pakistanın Laxor şəhərinə yollandı və Əfqanıstan partizanlarına maddi yardım göstərməyə başladı. 1983-cü ildə o, Peşavar şəhərinə köçdü və ABŞ kəşfiyyatının köməyi ilə burada "Maasida Əl Ansar" hərbi bazasını qurdu. Mərkəzi Kəşfiyyat İdarəsi onun vasitəsilə partizanlara "Stinqer" və digər zirehli silahları ötürürdü. Göründüyü kimi, o dövrdə Usama ABŞ-ın etibar etdiyi bir nömrəli agenti idi.

Keçmişdən indiyə qədər...

İslam dini yarandıqdan bəri insanların marağına səbəb olmuşdu. Tarixə çoxsaylı faktlar məlumdur ki, bəzi millətlər öz xoşları ilə bu dini qəbul etmişlər. Məsələn, bir zamanlar xaçpərəst olan İndoneziya vətəndaşları müsəlman tacirlərin halallığından təsirlənərək bu dini qəbul etmişlər. Və ya Acarıstan gürcülərinin rəhbəri İslamı mənimsədikdən sonra öz xalqına təbliğ etmişdi. Nəticədə acarlar müsəlman dinini qəbul etmişdilər. Bu gün də eyni tendensiya davam etməkdədir. 2001-ci ilə qədər təkcə Böyük Britaniyada hər il yetmiş mindən artıq insan öz xoşu ilə müsəlman olurdu. ABŞ-da isə bu rəqəm daha böyük idi. Əsasən irqçi ayrıseçkiliklərdən cana doyan zəncilər nicatı İslam dinində tapırdılar. Göründüyü kimi, İslam yaranandan bəri bu günədək xristianlar tərəfindən hədəfə alınmışdır. İmperialist xristian aləmi bu inkişafdan qorxuya düşərək islama zərbə vurmaq qərarına gəldi. Sadə insanları müsəlman olmaqdan çəkindirmək qeyri-mümkün olduğu üçün ümumən dini gözdən salmaq planları cızıldı. Məhz 2001-ci il 11 sentyabr hadisəsi də bunun kulminasiya nöqtəsi oldu. Yadınızdadırsa, qanlı olaylardan dərhal sonra ben Ladenin rəhbərlik etdiyi "Əl Qaidə" təşkilatı məsuliyyəti öz üzərinə götürmüşdü. Bununla da cinayətə islam cihadı donu geyindirilmişdi. Nəticədə bu dinə maraq göstərənlər seçimlərində tərəddüd etməyə başladılar. Həmin hadisəyə qədər "Əl Qaidə"çilər dəfələrlə Qərb diplomatlarını öldürmüşdülər. Lakin bu, dünyada elə bir nifrət yarada bilməmişdi. Məhz bu səbəbdən imperialistlərə 11 sentyabr olayları kimi daha şiddətli bir terror hadisəsi lazım olmuşdu.

11 sentyabr hadisəsinin cavabsız sualları

Ömründə heç olmasa bir dəfə hava limanında olan adam bilir ki, hər bir sərnişin müxtəlif yerlərdə müxtəlif cihazlarla yoxlanılır. Deməli, təyyarəyə silah keçirmək qeyri-mümkündür. O ki qaldı 11 sentyabr hadisəsinə, burada da müəmmalar çoxdur. Belə ki, rəsmi versiyaya görə, oğurlanmış təyyarələr Manhettendə yerləşən iki ticarət mərkəzinə və Pentaqonun təmirdə olan binasına girərək partlamışdı. Bu yerdə bir neçə kiçik detala nəzər salaq: "Ticarət mərkəzlərində kiçik iş adamları və müştərilər olurlar. Pentaqonda isə dövlət qulluqçuları çalışırlar. Deməli, Pentaqonda məhz təmirdə olan binanın hədəfə alınmasını təsadüf saymaq sadəlövhlük olardı". İkincisi, eni 65 metr olan Ticarət Mərkəzlərinin qeyri-peşəkar sürücü tərəfindən deşilməsinə inanmaq elə də asan iş deyil. Bunu təcrübəsiz ərəb terrorçuları deyil, yalnız peşəkar təyyarə sürücüləri edə bilərdilər. Üçüncüsü, hadisədən sonra Pentaqonun ətrafında heç bir təyyarə qırıqları tapılmamışdı. Demək, binanı raketlə və ya içəridən partlatmışdılar. Dördüncüsü, mütəxəssislərə məlumdur ki, hələ 1990-cı ildə ABŞ təyyarələrində qaçırılmağa qarşı xüsusi elektron cihaz qurulub. Piratlar hava gəmisini ələ keçirəcəkləri halda, cihaz işə düşür və avtomatik surətdə təyyarə yerdən idarə olunmağa başlayır. Bu isə onu deməyə əsas verir ki, binaları partladan təyyarələrdə əvvəlcədən pilotlar olmayıb və onlar yerdəki operatorlar tərəfindən idarə ediliblər. Beşincisi, hadisədən dərhal sonra dərc olunan ölülərin rəsmi siyahısında heç bir ərəbin adı hallanmırdı. Yalnız bir neçə gün keçdikdən sonra ərəblərin adları terrorçu kimi siyahıya alındı. Həmin beş nəfər heç vaxt öz ölkələrinin ərazisini tərk etməyiblər və hələ də sağ-salamatdırlar. Yeddincisi, terror hadisəsinin məsuliyyətini öz üzərinə götürən ben Laden 2001-ci ilin 11 sentyabr günü ABŞ-ın Pakistanda yerləşən hərbi hospitalında müalicə alırdı. O, həmin ilin iyul ayında ABŞ-ın Birləşmiş Ərəb Əmirliyindəki xəstəxanasında yatmışdı. Əgər təhlükəli terrorçu o idisə, onun həbsə alınması ABŞ üçün elə də çətin olmamalı idi. Halbuki hadisənin məsuliyyətini onun təşkilatı öz üzərinə götürmüşdü. Bunun ardınca ABŞ dövləti antiterror adı altında Əfqanıstanı işğal etdi. Nəzərinizə çatdıraq ki, həmin ərəfədə bu dövlətə Rusiyanın nüfuzu altında olan qüvvələr rəhbərlik edirdilər. Başqa sözlə desək, ABŞ-ın əsas məqsədi Əfqanıstanı Rusiyanın əlindən almaq və gələcəkdə İrana qarşı platsdarm kimi istifadə etmək idi.

Bir qədər əvvələ nəzər salaq...

Əfqanıstana bir müddət rəhbərlik etmiş "Taliban" hərəkatını ABŞ yaradıb və silahlandırıb. Bu zaman üçməqsəd güdülüb. Birincisi, o zamanlar həmin ölkədə istehsal olunmuş narkotiklər Rusiyaya göndərilirdi. Məqsəd Rusiya gənclərini narkotikə alışdırmaqdı. Əldə olunmuş gəlirin böyük hissəsi Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsinə daxil olurdu. İkincisi, Əfqanıstandan İrana həmlə etmək daha asan başa gələcəkdi. Üçüncüsü, ölkəni mövhumata sürükləyən "Taliban" ilk növbədə İslam dinini gözdən salmağa xidmət edirdi. Lakin Rusiyanın dəstəyi ilə Əfqanıstanda müxalifət qüvvələri hücuma keçdikdən sonra ABŞ-ın mövqeləri kəskin surətdə zəiflətdi. Ona görə də Amerika 11 sentyabr hadisəsini bəhanə gətirərək, bu ölkəyə yenidən hücuma keçdi.

İkili standart

"Əl Qaidə"nin ABŞ kəşfiyyatı olduğunu sübuta yetirən digər sübutları nəzərinizə çatdırırıq. Çeçenistanda üç il fəaliyyət göstərmiş Cəmal ibn Əlmar adlı şəxs ben Ladenin ən yaxın silahdaşlarından biri idi. Sən demə, məhz onun əli ilə ABŞ kəşfiyyatı çeçen partizanlarına silah-sursat və maliyyə vəsaiti göndərirdi. Bu fakt Rusiya kəşfiyyatı tərəfindən rəsmi sənədlərdə qeyd olunub. Halbuki o dövrdə ABŞ dövləti ben Ladenin başına 5 milyon dollar pul qoyduğunu elan etmişdi. İkili standart aparmaqda ABŞ-ın məqsədi o idi ki, Rusiyanın şimalında da mövhumatçı rejimlər yaransın və əfqan "talib"ləri ilə birlikdə fəaliyyət göstərsin. Uzun müddət Çeçenistan döyüşlərində vuruşmuş Xəttab adlı terrorçunun bacıları hal-hazırda ABŞ-da yaşayırlar və hər ikisi bizneslə məşğul olur. Onların silah mağazaları var. Xəttabın ABŞ kəşfiyyatı ilə əlaqədar olduğunu görməmək ən azı sadəlövhlük olardı.

Son söz əvəzi: İslam dinindən az-çox məlumatı olanlar bilirlər ki, bir nəfəri öldürmək bütün bəşəriyyəti məhv etmək qədər böyük günah sayılır. Deməli, terrorun bu dinlə heç bir əlaqəsi ola bilməz. Bəs onda məqsəd nədir? Əlbəttə ki, bir güllə ilə iki quşu vurmaq, yəni həm dini gözdən salmaq, həm də İslam dövlətlərinin malik olduğu təbii sərvətləri mənimsəmək. Məqalədən belə bir nəticə əldə etmək olar ki, imperialist dövlətlər öz çirkin məqsədlərini həyata keçirmək yolunda ikili standartlar siyasətini yürüdürlər. Ona görə də Qarabağda haqq-ədalətin bərpa olunmasını onlardan ummaq olmaz. Odur ki, hər bir kəs silaha sarılmalı və imperializmə qarşı öz qəti sözünü deməlidir...

Natiq Qocaman

O.M.