VİDEO-Hillari Klinton dəfələrlə ərinə xəyanət edib!!!

VİDEO-Hillari Klinton dəfələrlə ərinə xəyanət edib!!!

30 May 2011 20:58
Bəyəndim (0) Bəyənmədim (0)
SENSASİYA bomba kimi partlayacaq

İctimai sorğu

ABŞ vətəndaşları 2012-ci il 6 noyabr prezident seçkilərini səbirsizliklə gözləyirlər. Belə ki, iqtidarda olan demokratlar partiyası xalq arasında nüfuzunu durmadan itirməkdədir. Barak Obamanın apardığı ikili siyasət, Yaxın Şərq böhranı və iqtisadi inflyasiyanın durmadan artması insanların haqlı iradlarına səbəb olmuşdur. Artıq vətəndaşlar Əfqanıstanda, İraqda, Liviyada, Suriyada, Yəməndə davam edən münaqişələrdən və İrana qarşı hazırlanan hərbi həmlə planından ehtiyatlanırlar. Digər tərəfdən, böyük xərc tələb edən müharibələr ölkədə qiymətlərin hədsiz dərəcədə artmasına və səfalətin baş almasına səbəb olmuşdur. Barak Obamanın elan etdiyi terrorçuları tam zərərsizləşdirə bilməməyi onun nüfuzunu bir az da aşağı salır. Hətta Usama Ben Ladenin ölümü də amerikalılar tərəfindən saxtakarlıq kimi qiymətləndirilir. "USA TODAY" qəzetinin apardığı ictimai sorğu nəticəsində aydın olmuşdur ki, bu gün Hillari Klintonun prezident seçilmək şansı digər opponentlərindən qat-qat çoxdur. Daha dəqiq desək, onun reytinqi partiya yoldaşı, hazırkı prezident Barak Obamadan 10 faiz artıqdır. Respublikaçılardan olan namizədlər də sorğuda Hillari Klintondan geri qalırlar. Barak Obama prezidentlik marafonuna yenidən qoşulsa da, Hillari Klintonun bu marafondan həmişəlik çəkiləcəyi birmənalı şəkildə həllini tapmayıb. Deməli, ABŞ qısa zaman ərzində tarixində ilk dəfə qadın rəhbərə malik ola bilər. Super gücün sükanından dünyanı idarə edəcək siyasətçini yaxından tanımaq sizin üçün də maraqlı olardı. Odur ki, biz onu araşdırdıq və gəldiyimiz dəhşətli nəticələri sizinlə bölüşmək qərarına gəldik.

İyrənc səhnələr

70-ci illərdə həvəskar kamera ilə çəkilmiş videolent çoxlarını hiddətləndirib. Belə ki, elə ilk kadrda Hillari Klintona bənzəyən bir qadın Vins Foster adlı hüquqşünasla çılpaq vəziyyətdə vannada uzanır. Sonra cütlük qonşu otağa keçir və yanlarına başqa bir qadın gəlir. Onlar üçlükdə seksual əlaqəyə girirlər. Kadrdakı xanımın məhz Hillari olduğu heç kimdə şübhə doğurmur. Mütəxəssislərin fikrincə, onları lentə alan məhz Hillarinin əri Bill Klintondur. Qəribədir, elə deyilmi? Ər-arvad arasında bu dərəcə "səmimi" münasibətin olmasını anlamaq üçün bir qədər keçmişə nəzər salaq.

Hesabla qurulmuş ailə

Hələ 60-cı illərin əvvəllərində ABŞ məktəblisi Hillari NASA təşkilatına belə bir məktub yazmışdı: "xahiş edirəm, məni də astronavtların sırasına götürün". Ona bu məzmunda cavab gəlmişdi: "Biz sıralarımıza qızları götürmürük". Bu hadisədən bir neçə il sonra şagird Hillari məktəb şurasının prezidentliyinə öz namizədliyini irəli sürdü. Ona bildirdilər ki, qızlara bu məsuliyyətli vəzifə verilə bilməz. Həmin gün Hillari mənəvi sarsıntı keçirdi və axşama qədər parkda oturub ağladı. O andan özünə söz verdi ki, mövcud qanunlara üsyan edərək nə vaxtsa ölkənin prezidenti olacaq. Hillarinin təhsil aldığı məktəbdə qızların çox sevdiyi Bill də oxuyurdu. O. şagird yoldaşları arasında qızbaz imicini qazanmışdı. Lakin bütün bunlara baxmayaraq, o, məhz Hillarini seçdi və tezliklə bu qızla ailə qurdu. Hillarinin varlı və nüfuzlu valideynləri bu seçimdə həlledici rol oynamışdılar. Təbii ki, Bill tezliklə karyerasında yüksələ bildi. O, qısa müddət ərzində, daha doğrusu, 70-ci illərin sonlarında Arkanzas ştatının qubernatoru seçildi. Bill Klinton öz köhnə əməllərini tərgitmək fikrində deyildi. Tezliklə onun univermaq satıcısı ilə pornogörüntüləri lentə alındı. İnanmazsınız, ancaq bütün bunlardan Hillari Klintonun da xəbəri var idi. Belə ki, o da ərinə xəyanətlər edir, hətta qadınlarla da sevişməkdən çəkinmirdi. Bill bütün bunlara göz yumurdu. Görünür, onlar qarşılıqlı anlaşmaya gələrək gələcək zirvələrə doğru bir-birilərinə dəstək olacaqlarına söz vermişdilər. Deyilənə görə, hələ o vaxtlar ailədə qəti bir qərar verilmişdi: "Karyera uğrunda hər şeyi qurban vermək olar. Əvvəlcə Bill iki müddətə, sonra isə Hillari iki müddətə ABŞ prezidenti seçilməlidir".

Məşuq və məşuqə

1973-cü ildə Hillari Bilin uşaqlıq dostu Vins Foster adlı şəxslə tanış olmuşdu. Bu tanışlıq tezliklə sevgiyə çevrildi. Sözsüz ki, Bill bunu bilirdi. O, arvadına heç bir qadağa qoymaq fikrində deyildi. Çünki Hillarinin məşuqu tanımadığı bir zənci də ola bilərdi. Bill isə uşaqlıq dostuna üstünlük vermişdi. Hətta sevişmə səhnələrində özü də şəxsən iştirak edirdi. Hillarinin qadınlara qarşı ehtirası da ərinə sirr deyildi. Bill Klinton ABŞ prezidenti seçildikdən sonra arvadının təkidi ilə onun məşuqunu - Vins Fosteri özünə müşavir götürdü. Lakin tezliklə müşavir istefa ya göndərildi. Onun haqqında korrupsiya maddəsi üzrə cinayət işi açıldı. 1993-cü ilin iyulunda Vins Foster öz evində ölü tapıldı. Bu xəbərdən sarsıntı keçirən Hillari bir neçə gün özünə gələ bilmədi.

Bill Klintonun Monika Levinski ilə gizli eşq macərası yəqin ki, çoxlarınızın yadındadır. O vaxtlar prezidentə qarşı impiçment (işdən çıxarılma) məsələsi gündəmə gəlmişdi. Lakin Hillari Klintonun məsələyə soyuqqanlı yanaşması problemi prezidentin xeyrinə həll etmiş oldu. Sadə ABŞ qadınları olan ev xanımlarının Hillariyə rəhmi gəldi. Beləcə, "ailəsini qoruyan xanım" imici onun cəmiyyət arasındakı hörmətini birə-beş artırdı.

Ailə planının ikinci hissəsinə doğru

Artıq 10 ildir ki, Bill Klinton prezident deyil. Bu müddət ərzində Hillarinin nüfuzu durmadan artmaqdadır. O, ciddi, eyni zamanda səmimi görkəmi ilə demək olar ki, bütün ABŞ vətəndaşlarının könüllərini fəth edə bilib. Hətta respublikaçıların hər zaman qələbə qazandıqları ştatların əhalilərini də öz tərəfinə çəkə bilib. Bəzi şou-biznes ulduzları indidən Hillarini prezident kürsüsündə görmək istədiklərini açıq-aydın bəyan ediblər. Cenifer Lopes, Tom Henks, Stiven Spilberq belələrindəndir. Tanınmış mediamaqnat Rubert Merdok da Hillariyə rəğbətini gizlətmir. Jurnalistlər bu qadına "yubkalı Reyqan" adını vermişlər.

Son söz əvəzi:

Prezident və ya dövlət katibi ölkənin seçilmiş rəhbəri, aparıcı şəxsi, cəmiyyətin güzgüsü sayılır. ABŞ-ın hal-hazırkı prezidentinin dağıdıcı fəaliyyəti hamımıza məlumdur. Növbəti prezidentin keçmişini isə biz sizə açıqladıq. Rəhbərləri belə olan ölkənin cəmiyyətini təsəvvür etmək yəqin ki, elə də çətin iş deyil.

Mayıl İsmayılov

O.M.

Bu məqalə geniş araşdırmanın məhsuludur. Onu bəyəndinizsə, like (bəyəndim) düyməsinə basın və dostlarınızla paylaşın.