2 VİDEO-Qayınatası ona təcavüz etməyə çalışdı-III hissə

2 VİDEO-Qayınatası ona təcavüz etməyə çalışdı-III hissə

15 May 2011 17:46
Bəyəndim (0) Bəyənmədim (0)
Onun körpəsini diri-diri itlərə yedizdirdilər

Yazının əvvəlini oxumaq istəyirsinizsə, bura klik edin

III Hissə:


Göyün üzü qara buludlarla örtüləndə hər yer qaranlığa qərq olur. Soyuq düşür, ildırımdan qabaq vahiməli bir sakitlik hökm sürür. Bu zaman sanki həyat qaralır. Heç təsadüfi deyil ki, təhlükə anında da insana "üzərini qara buludlar alıb" deyirlər. Daha sonra ildırım çaxır...


Teymur halını pozmadan oğluna deyir: "Onda sən onu qə... kimi saxlayırsan. Əgər belədirsə, o həm səninlə, həm də mənimlə yatmalıdır!." Namiq təəccüblə, - ata, sən nə danışırsan?! - deyir. Teymur əsəbiləşərək qışqırır: "Mən nə danışdığımı yaxşı bilirəm, küçük, sən səsini kəs!" Namiq daha heç nə deyə bilməyib otağa girərək Səidəyə yaxınlaşır: "Sən fikir vermə qadan alım, elə bil eşitməmisən. Atamdır, mən ona nə edə bilərəm?" Səidənin də getməyə başqa bir yeri olmadığından hər gün özünə ölüm arzulayaraq dözməkdən başqa çarəsi qalmır. Bir neçə gündən sonra Namiq Səidəni də götürərək iş yerindən aldığı Gəncə şəhərindəki evinə köçür.


3 ay orada yaşayırlar. 3 aydan sonra Teymur onun iş yerinə gedib görüşür və ağlayaraq bildirir ki, qayıdın evə, mən sənsiz yaşaya bilmirəm. Namiq qayıtmaqları barədə Səidəyə desə də, o azılaşmır. 3 gündən sonra Namiq atası ilə çəkdiyi planı həyata keçirir. Belə ki, işdən gəlib birbaş divanda uzanaraq ağlayır. Səidəyə deyir ki, məni bağışla, gəl yanıma doyunca sənə baxım, sən də mənim sifətimi yadında saxla. Atamsız qala bilmirəm, nə də onu susdurmaq ixtiyarım yoxdur. Ona görə də civə içib özümü öldürəcəyəm. Səidə qorxur ki, həqiqətən belə olar və inandığına görə də qayıtmağa razılıq verir. Səhəri gün onlar təzədən Nadel kəndinə gəlirlər. Almaz ilə Teymur Səidəni dilucu dindirib Namiqi isə qucaqlayıb öpürlər. 1 həftədən sonra Teymur ərdə olan kiçik qızı Mahirəni Gəncədəki həmin evə yerləşdirir. Almaz Səidəyə deyir ki, get otağında otur, bu evdə hər şey bizə məxsusdur. Sənin burada heç nəyə ixtiyarın çatmır! Almaz axşama ət qovurması bişirir, Səidənin otağının qapısı açıq olduğundan qovurmanın iyi ora da gedir. Namiq ata-anası ilə oturub özü yemək yeyəndən sonra otağa gəlir. Səidə ac olsa da, ona heç nə demir. Səhəri gün Namiq əsgərlərin payından bir dilim qara çörək cibinə qoyaraq evə gəlir. Otaqda qorxa-qorxa çörəyi cibindən çıxardıb Səidəyə verərək deyir: "Al bu yavan çörəyi ye, ancaq anam bilməsin. Qadan alım, Səidə, anam məni çağırır, gedim mən də yeyim, gələcəyəm. Səhəri gün yenə bu hal təkrarlanır. Səidə quru çörəyi yeyərək soruşur: "Namiq, mən nə vaxtacan quru çörək yeyəcəm?" Namiq sanki uşaqla danışırmış kimi, - mənim balam, sabah sənə yağ da gətirəcəm, - deyir. Səhəri gün Namiq otaqda cibindən balaca yağ paçkasını çıxardaraq gətirdiyi qara çörəyin üstünə yaxıb Səidəyə uzadır. Səidə onun əlindən vurub yağı yerə salandan sonra Namiq onu döyür. Səidə yerə yıxılır, Namiq də onun qarnına təpiklə vurmağa başlayır. Almaz onların səsinə gəlib deyir: "Ay oğul, bunun nəyini saxlayırsan, rədd elə getsin də. Gəl gedək çörəyini ye." Səhəri Səidə ac qarına məktəbə gedir. Kişi müəllimləri nahar etdikdən sonra üstündə çörək yedikləri qəzeti büküb sinifdəki zibil qutusuna atırlar. Onlar çıxandan sonra Səidə tez sinfə girərək zibil qutusundan həmin qəzeti götürüb çantasına qoyur və özü ilə evə gətirərək yemək qırıntılarını yeyir. Artıq onunla işləyən və qonşuluqda yaşayan bir neçə müəllim Səidənin evdə ac saxlanıldığını bilirlər. Onlar Almazgildən gizli çörək və su gətirərək pəncərədən Səidəyə verirlər. 2 həftədən sonra evə qonaq gəlir, onda məcbur olub Səidəni də yeməyə çağırırlar. Bir gün qonşu kişi onlara gəlir və Teymurdan, - nə var, nə yox? - deyə soruşur. Teymur Səidənin otağına tərəf əlini uzadıb deyir: "Nə olacaq, bu sonsuz qə...yə, ağzını s...ə işləyirəm." Qonşu kişi, - ayıbdır, -deyir. Teymur hirslə dillənir: "Nə ayıbdır, düz deyirəm də." Qonşu başını yelləyə-yelləyə çıxıb gedir. Səidəni çox döyüb incidirlər. Hər dəfə də o ya meşəyə, ya da üzüm bağlarına qaçaraq gecə yarısına kimi orada gizlənir.


Bir dəfə Səidə kartof götürmək üçün maşın qarajına gedərək əyilib kisədən ləyənə kartof yığır. Onu güdən Teymur əlavə qapıdan gizlin olaraq anbara girir. İçəridəki quyuda oturub altdan yuxarı Səidəyə baxır və eybəcər səslər çıxardaraq deyir: "Bəh-bəh, sənin nə yaman işini görərdim." Səidə onun burada olduğunu görüb tez qarajdan çıxır və arxadan qapını bərk çırpır. Teymur əlində kəlbətin onun arxasınca qaçaraq qışqırır: "Ay sənin ağzını ...im, sən mənə qapını çırpırsan?!" Səidə geri dönüb deyir: " O sözləri arvadına deyərsən!." Teymur ona çataraq əlilə boğazından tutub boğa-boğa kəlbətinlə başına vurur. Səidənin gec gəldiyinə görə Namiq çölə çıxır və atasının onu döydüyünü görür. Gəlib aralayaraq soruşur: "Niyə döyürsən?" Teymur döyə-döyə cavab verir: "Əcəb eləyirəm bu qə..ni döyürəm!" Səidə artıq dözməyərək, - sən qələt eləyirsən, bəsdir indiyə kimi dözdüm! - deyir. Bu sözdən sonra Namiq də onu döyür ki, sən atama cavab qaytarırsan. Teymur hirslə Namiqə deyir: "Bu qə..ni bu dəqiqə həyətdən çıxart, görməyim!" Namiq də Səidəni maşına oturdub Gəncəyə, atası evinə aparıb düşürdərək geri qayıdır. Səidə bacı-qardaşı və analığı ilə görüşüb atasına görünməmək üçün 2-ci mərtəbəyə qalxır. Atası Şadlı axşam içərək Səidənin ünvanına söyür: "Ərinin altından çıxıb indi də mənim evimdə təzəsini axtaracaqsan?!"


Hər gün Şadlı axşam evə gələndə Səidəni pis söyüşlərlə söyür. Bacısı Naidə aptekdən dimedrol alıb Səidəyə atdırır ki, yatsın, atasının söyüşlərini eşitməsin. Ancaq analığı Qönçə evin telefon nömrəsini oğlanlara verir və onları öyrədir ki, zəng edib Səidəni çağırsınlar. Oğlanlar da zəng edəndə Qönçə özü telefonu götürüb sonra da, - Səidə, səni istəyirlər, - deyərək onu çağırır. Səidə gəlib danışanda yad adam olduğunu görüb tez dəstəyi telefonun üstünə qoyaraq yuxarı qalxır. Bir neçə həftə belə keçir. Analığı Qönçə Səidənin orada qalacağından qorxur və axşam Şadlı evə gələndə gileylənir: "Daha abrımız gedib, Səidə bura gələr-gəlməz şəhərin bütün oğlanları evə zəng etməyə başlayıblar." Şadlı Qönçənin öz çəkdiyi plana və yalan sözlərinə inanaraq hirslənib qışqırır: "Qancıq sabahdan mənim evimi tərk eləsin, hara gedir, qoy rədd olub getsin!" Səidə səhəri ata evini tərk edərək ögey dayısıgilə gedib orada qalır. Lakin onların da soyuq münasibətini görüb Namiqə zəng edir ki, gəl məni apar. Namiq isə çox soyuq tərzdə bildirir ki, özün gəl atamın ayağı altından öp, üzr istə, sonra. Mənlik deyil, mən gəlməyəcəyəm. 1 aydan sonra ögey dayısı Səidəni yanına çağırıb deyir: "Sən nə vaxtacan mənim evimdə qalacaqsan? Özün bir başa düş." Səidə Namiqə zəng etdiyini və onun dediklərini dayısına söyləyir. Dayısı həyat yoldaşı ilə bir yerdə Səidəni maşına oturdub Nadel kəndinə, qayınatasının evinə aparırlar. Orada onu Teymurun ayağına ataraq üzr istədirlər. Teymur, - ayağımın altından öp, - desə də, Səidə onun ayaqlarını qucaqlayıb göz yaşları ilə isladır. Teymur elə Səidənin dayısının yanında çəkinmədən onu söyür: "Dədən səni qəbul etmədi, tülkü, sənin ağzını s..." Səidə dönüb özünə arxa kimi dayısına baxanda dayısı ona, - sakit dur, sən canın, birtəhər başını saxla, - deyərək yoldaşı ilə tələsik çıxıb gedir. Axşam Namiq işdən gələndən sonra Teymur Səidəni bir də çağırıb üzr istədir. Namiq isə hərəkətləri ilə heç də Səidə üçün darıxmadığını göstərir. Sonralar Namiqin Gəncədəki evini ərdə olan kiçik bacısı Mahirənin adına keçirib ona bağışlayanda Səidənin heç bir haqqı olmasın və şikayət etməsin deyə, baldızları Rəna ilə Mahirə onu evdə möhkəm döyüb saçlarını da qırxaraq keçəl edirlər. Daha sonralar yeni dərs ilində Teymur Namiqə deyir ki, onu çıxart məktəbdən, getməsin ora, mən onu məktəbdəki müəllimlərə qısqanıram. Namiq Səidəyə çıxmağı barədə deyəndə o bildirir ki, sən desəydin, çıxardım, çünki ərimsən, bunu isə atan deyir. Teymur bunu eşidib əxlaqsızcasına Səidəni hədələyir: "Çıxmazsansa, məktəbə gəlib səni elə oradaca stolun üstünə uzadıb s...." Bu sözdən sonra Namiqlə atası dilləşərək dava edirlər. Səidə əlləri ilə başını tutub evdən çıxaraq qəbiristanlığa qaçır. Anasının məzarı üstə gəlib ağlayır və yerdən daş götürüb məzarı döyərək qışqırır: "Dur gör sənin dayın mənə nə günlər verir, məni də apar yanına!" Bu sözləri bir neçə dəfə deyəndən sonra yaxınlıqdakı boş məzarı görüb ora uzanaraq havalı kimi özü-özünə danışır. Namiq Səidənin qəbiristanlığa tərəf qaçdığını eşidib anası Almazla onu axtarır. Arvadını qazılmış boş məzardan tapıb çıxardanda Səidə hər iki əlini qəbrin torpağı ilə doldurub deyir: "Ey ölülər, ey qəbir əhli, mənimlə qayınatam bir yerdə ola bilmərik! Tezliklə ya məni bura gətirin o qalsın evdə, ya onu gətirin mən qalım!" Həyətə gəlib maşından düşəndən sonra Səidə ovcundakı torpağı evə səpir və pəncərəni sındıraraq şüşə qırığını əlinə götürür ki, Teymuru öldürsün. Teymuru evdən qaçırdırlar ki, gəlin havalanıb. Sonra həkim çağıraraq onu müalicə etdirirlər. Bu hadisədən 3 ay sonra Teymuru uzandığı yerdə sanki kimsə qaldırıb hündürdən yerə çırpır. 3 gündən sonra Teymur ölür. Səidəni evdən qovurlar ki, sənin qarğışlarına görə öldü. Səidə analığına zəng etsə də, onu qəbul etmirlər. Səidə Namiqdən onu nənəsigilə aparmağı xahiş edir və 2 ay orada qalır. 2 aydan sonra Namiq onu da götürərək Rusiya gedir. 1 ildən sonra Səidə orada doğum evindən 1 qız, 1 oğlan uşağını rəsmi sənəd əsasında övladlığa götürür. Bir xeyli vaxtdan sonra Namiq ailəsi ilə bir yerdə kəndə, anasına dəyməyə gəlir. 15 gün qalandan sonra Namiq onları burda qoyub özü tək yenidən Rusiya qayıdır. Namiq gedəndən sonra Səidəni evdən qovurlar. Səidə övladlığa götürdüyü uşaqları da götürərək Gəncə şəhərinə gedib kirayə ev tutaraq orada qalır. Əlində olan pulla bir neçə ay evin kirayə haqqını verir. Pulu qurtarana yaxın Namiqə zəng edib vəziyyəti danışır. Namiq cavab verir ki, qadan alım, mənim indi imkanım yoxdur, özün gör nə edirsən. Sən gözəl-göyçək qadınsan, gözə gəlimlisən, istədiyin kimi yaşa, mən buna pis baxmıram. Səidə Namiqdən bu sözləri eşidib öz taleyinə acısa da, namusunu satmır. Evdə yeməyə heç nə olmadığına görə küçələrdəki zibilliklərdə çörək axtarır. Tapdığı üzü kifsimiş çörəkləri evə gətirib su ilə yuyur, sonra yağda qızardıb həm özü yeyir, həm də uşaqlarına yedizdirir. Bir müddət keçəndən sonra Namiq kəndə gəlsə də, Səidə ilə maraqlanmır. Səidə özü onunla əlaqə yaradıb görüşür. Lakin Namiqin soyuq və yad bir adam olduğunu görüb geri qayıdır. Elə həmin ərəfədə, 2010-cu il yanvar ayının 5-də Səidə təsadüfən Gəncədə işi ilə əlaqədar ora gələn əslən Dağıstandan olan Bakı şəhər sakini Fidan adlı qadınla tanış olur. Fidan onun taleyinə acıyaraq onları özü ilə Bakıya gətirib 2 ay evində saxlayır. Sonra elə Fidanın köməkliyi ilə də Səidə iş tapır.


1 il keçəndən sonra 2011-ci ilin yanvar ayında Namiq beyninə yüksək qan sızmasından vəfat edir. Səidə ilə heç bir qohumu maraqlanmır. Təkcə bacısı Naidə ilə hərdən telefon vasitəsilə əlaqə saxlayırlar . Maddi durumu yaxşı olmayan Səidə yalnız bir ailədə xadimə işləyərək aldığı məvaciblə həm kirayə qaldığı evin aylıq haqqını, həm də uşaqlarla özünü dolandırır. İndi Səidənin arzusu bir qədər pul toplayıb övladlığa götürdüyü rus oğluna kiçik toy edərək onu müsəlman etməkdir. Səidə bu qədər əzab-əziyyətdən sonra qəlb evi boş olsa da, indi həmin uşaqlar üçün yaşadığını və onlarla nəfəs aldığını söyləyir.


Qara buludlar göyün üzünə hakim kəsildikdən sonra ildırım çaxır, göy guruldayır. Hər yer silkələnir. Bunun ardınca leysan yağış yağır. Aydınlıq rəmzi olan su dənəcikləri damladıqdan sonra səmada göyqurşağı yaranır. 7 rəngə çalan, gözəllər gəzəli göyqurşağı insanları yeni həyata səsləyir, daha parlaq, daha rəngarəng bir həyata. Bu, təbiətin yazılmamış qanunudur...

SON


İsa Rəvan

O.M.