VİDEO-Hamilə ikən cəhənnəmi görmüş qadın

VİDEO-Hamilə ikən cəhənnəmi görmüş qadın

12 May 2011 19:06
Bəyəndim (0) Bəyənmədim (0)
Ona zülm verən narkoman əri imana gəlib

Həyat bir dənizdir. Bəzən ləpəli olur, bəzən sakit. Üfüqdə bizi xoşbəxtliyin gözlədiyini düşünsək də, o, hamı üçün mütləq sondur. Və biz yerlə göyün birləşməsini simvolizə edən bu sonluğa doğru üzürük. Lakin biz üfüqə yaxınlaşdıqca o, bizdən daha da uzaqlaşır. Hər birimiz qət etdiyimiz yoldan asılı olmayaraq nə vaxtsa dənizin burulğanında itib-batırıq və onun bir parçasına çevrilirik. Məhz o an biz ilk və son dəfə üfüqdə olduğumuzu anlayırıq. Bəlkə də kimin üçünsə üfüqə çevrilirik?..

Haqqında bəhs edəcəyim gənc qadın da hamı kimi xoşbəxtlik üfüqünə doğru irəliləyirdi. Lakin səadət ilğım kimi ondan uzaqlaşırdı. Zaman-zaman gücü tükənir, əl-qolu boşalırdı zavallının. Məhz dənizin dibinə batacağı anda onu xilas edən tapıldı və qəhrəmanımız yenə də xoşbəxtlik axtarışında yoluna davam etdi.

Lənkəran rayonu Mamusta kəndində sadə bir ailədə Natəvan adlı bir qız dünyaya gəlir. İllər keçir, Natəvan boya-başa çatdı. Orta məktəbə yollanır. Onun təhsil almağı uzun çəkmir. 8-ci sinfi bitirər-bitirməz qonşu kənddən, yaşca özündən çox böyük olan Vahid adlı oğlanın ona gözü düşür. Vahid Natəvana elçi göndərsə də, Natəvan onu rədd edir. Bundan qəzəblənən Vahid Natəvanı özünə ram edəcəyinə söz verir. Bu minvalla qızı izləməyə başlayır. Günlərin bir günü Natəvan evdə tək qalır. Başına gələcəklərindən xəbərsiz hamama keçir. Bu zaman Vahidin əlinə gözəl fürsət düşür. O, öz niyyətini həyata keçirmək üçün hamama, Natəvanın yanına soxulur. Onu çılpaq vəziyyətdə görüb daha da azğınlaşır. Qız nə qədər çığırsa da, köməyə gələn olmur. Vahid onu zorlayaraq, öz çirkin əməllərini həyata keçirir. Bir müddət keçdikdən sonra atası Natəvanı özündən yaşca çox böyük imkanlı bir kişiyə ərə vermək istəyir. Qız gecə-gündüz göz yaşlarını saxlaya bilmir. Məcburiyyət qarşısında qalan Natəvan anasına başına gələnləri danışır və Vahidə ərə getməyə razı olur. Vahid buna çox sevinir və sevdiyi qızı özünə arvad edir. Natəvanın ər evindəki xoşbəxtliyi uzun sürmür.

Artıq qayınata və qayınana birləşərək Natəvana zülmlər etməyə başlayır. Təzə gəlin isə 13 nəfərlik ailənin bütün işlərinin öhdəsindən tək gəlir. Bu zülmlərə səbəb o olur ki, onlar öz qızlarından birini Natəvanın qardaşına vermək istəyirlər. Natəvan onların bu istəyini qardaşına çatdırır. Qardaşı təklifi rədd edir. Bir müddət sonra Natəvan hamilə qalır. Buna baxmayaraq, ona yenə də işgəncələr verilir, ağır işlər gördürürlər. Bir neçə ay keçəndən sonra Natəvan artıq ana olur. İllər ötdükcə Natəvan artıq ev işlərindən əlavə kişi işləri ilə də məşğul olmağa başlayır (meşədən odun gətirir, un kisəsini dəyirmandan kürəyində evə aparır, hətta çöldə əkin işlərini də görür). Vahidsə ailə məsuliyyətini dərk etməyərək qumara qurşanır.

Natəvan 3-cü qız övladını dünyaya gətirəndən sonra daha çox işgəncələrə məruz qalır. Buna da səbəb Vahidin ondan oğlan övladı istəməsi olur. Artıq Natəvana yemək belə vermirlər, onun qarşısına əti yeyib sümüyü atırlar. Bir gün Natəvan eşidir ki, Vahidin valideynləri onun üstünə günü gətirirlər. Buna dözə bilməyən gəlin körpə uşağını götürüb, atası evinə üz tutur...

(ardı şənbə günü saat 09:00-da)

Mehriban Bəylərqızı

O.M.