3 VIDEO-Qayınatası ona təcavüz etməyə çalışdı-II hissə

3 VIDEO-Qayınatası ona təcavüz etməyə çalışdı-II hissə

11 May 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)
Onun körpəsini gözü qarşısında diri-diri itlərə yedizdirdilər


Yazının əvvəlini oxumaq üçün bura klik edin


Allah heyvanlara şəhvət, mələklərə isə şüur verdi. İnsanlara həm şəhvət, həm şüur verməklə onların ali varlıq olduğunu təsdiqlədi. Heç təsadüfi deyil ki, şüuru ilə yaşayan insanları "mələk xislətli" adlandırırlar. Şəhvətinə qul olanlar isə vəhşi meşə qanunları ilə yaşayırlar. Təəssüf ki, mələklər gözəgörünməz olur...


Bir dəfə Səidə həyətdə paltar yuyanda əyilərkən arxadan gizli-gizli tamaşa edən Teymur ona deyir ki, səni nə qa... Səidə bu sözləri eşidib geri baxarkən əlində armud yeyib ağzının suyunu silə-silə şəhvətlə ona baxan Teymuru görür. Utandığından qalan paltarları da tələsik suya çəkib yuxarı qalxır. Gəlin gələndən 2 ay sonra Səidə hamilə qalır. Lakin onu hamilə vəziyyətində də döyüb incidir və evin bütün işlərini ona gördürürlər. Teymur Səidəyə heç cür yaxınlaşa bilmədikdə, ehtirası daha da coşur. Səidə əri Namiqlə gecə öz otaqlarına yatmağa gedəndə Teymur onların qapısını açıq saxlayaraq bağlamağa qoymur. Səidə Namiqə qapı açıq qaldığından utandığını desə də, Namiq ona sakitcə cavab verir: "Qadan alım, bir şey olmaz, qoy atam yatsın, gecə oyansam, durub bağlayaram." Səidə səhər yuxudan ayılanda yataq otağında üstü açıq formada Teymurun ona baxdığını görüb tez yorğanı üstünə çəkir. Bundan əlavə, qayınanası Almaz da sanki oğlunu Səidəyə qısqanır. Namiq işdən gələndə Almaz onu öz yatdığı divanda otuzduraraq yeməyini, çayını özü verir, onun yataq otağına getməyinə maneçilik edir. Hətta dəfələrlə Səidə gecə gəlib Namiqi oyadıb öz otaqlarına aparmaq istəsə də, Almaz onu oyatmağa qoymur. Səidə hamiləliyini çox pis keçirir, ürəyi bulanır, hər gün halsız olur. Ərdə olan böyük baldızı Rəna onu həkimə aparır. Həkim bildirir ki, ona ağır iş görmək olmaz. Ancaq evə qayıdandan sonra Rəna anasına bunun əksini deyir. Bildirir ki, həkim Səidənin tam sağlam olduğunu və uşağın inkişafı üçün onun daha çox işləməyini söyləyir. Səidə, - axı həkim belə demədi, - desə də, onun sözünə qulaq asan olmur. Səidə yenə evin bütün ağır işlərini görür və toksikoz halında ürəyi bulana-bulana məcburən yemək də bişirir. 7 aylığında axşam Səidənin qarnında şiddətli sancılar əmələ gəlir. Namiqə, - həkim çağır, - desə də, Namiq anasını çağırır. Almaz bilərəkdən 2 ədəd qırmızı kərpici möhkəm qızdırıb üstünə də su töküb buxarlandıraraq onları Səidənin qarnının sol və sağ tərəfinə qoyur. Səidə yalvarır ki, belə etməyin, bunlar ziyandır. Namiq qışqırır ki, sən çox bilirsən, yoxsa anam?! Qoy necə bilirsə, elə də etsin! Kərpiclər soyuyandan sonra Almaz bir vedrə qaynar su gətirib onun ayaqlarını ora salmaq istəyir. Səidə yenə də yalvarır ki, özümü daha da pis hiss edirəm, bunlar lazım deyil. Ancaq Almaz onu ayaqlarını suya salmağa məcbur edir. Səidə ayaqlarını vedrədən çıxardandan sonra özünü çox pis hiss etdiyinə görə həyətə düşür. O, qaranlıq həyətdə özündən nə isə isti bir şey axdığını hiss edir. Əlini vurarkən bunun qan olduğunu görür və huşunu itirir. Onu elə gecə ikən Xanlar rayon xəstəxanasının ginekologiya şöbəsinə gətirirlər. Lakin həkim evində olduğu üçün onun arxasınca maşın göndərmək lazım olsa da, Almazgil maşın ola-ola göndərmirlər. Ağrı getdikcə şiddətləndiyinə görə həmin şöbədə işləyən süpürgəçi və başqa bir tibb bacısının köməkliyi ilə Səidə azad olur. Halsız formada olan qadın təzə doğulan körpə qız uşağının çapaladığını və onu heç nəyə bükmədən lüt halda dəmir sininin üstünə qoyduqlarını görür. Yorğunluqdan gözünü yuman Səidə ayılıb özünə gələndən sonra uşağını görmək istəyir. Yanında olan qayınanası Almazla baldızı Rəna ona deyirlər ki, uşağın babasının yanındadır. Səidə təəccüblənərək, - hansı babasının yanındadır? - deyə soruşduqda, onlar gülə-gülə cavab verirlər ki, Lenin babasının. Səidənin bir şey başa düşmədiyini görüb baldızı Rəna deyir ki, inanmırsan, dur pəncərədən bax. Səidə bir təhər duraraq pəncərəyə yaxınlaşıb həyətə baxanda dəhşətə gəlir. Görür ki, heykəlin yanında həmin dəmir sininin üstünə qoyulan körpəsini 4-5 it vəhşicəsinə parçalayır. Səidə həmin an başına sanki milyon qarışqanın daraşdığını və uğultu hiss edib əlləri ilə başını tutaraq huşunu itirir. Almaz Rəna ilə birlikdə onu çarpayıya uzadaraq çıxıb gedir. 3 gündən sonra Səidə xəstəxanadan evə qayıdır. Gələndən sonra soruşur ki, mənim balamı niyə itlərə parçalatdınız? Almaz sərt şəkildə cavab verir: "elə bil it küçükləmişdi, yenə küçükləyərsən." Namiq də onun üstünə gələrək deyir: "Elə uşaqdan neçəsini qarnına qoya bilərəm, mənə ata-anam vacibdir. Onlardan tapa bilmərəm, uşaqdan isə çox düzəldə bilərik." Almaz elə həmin gündən Səidəyə zahılı-zahılı çox işlər gördürür və onu dincəlməyə qoymur.


Bundan sonra Səidə hamilə qalmır, nə qədər müalicə olunsa da, xeyri olmur. Nənəsi Maniyanın tanışı olan bir qadının köməkliyi ilə Səidə Gürcüstanda diaqnostik mərkəzdə hormonal analiz verir. Təhlil təyin edir ki, qanında proloktin normadan çox-çox artıqdır. Beyində hipofiz vəz qana çox miqdarda proloktin ifraz edir. Bu da qadına hamilə qalmağa imkan vermir. Səidənin uşağı olmadığına görə evdə ona "qısır" deyərək başına sərki edirlər. Teymur onu daha çox sıxmağa başlayır ki, bəlkə Səidə bu sərkilər olmasın deyə ona razılıq verə. Ancaq yenə də bir şey alınmır.


Bu ərəfədə hərbiçilər üçün Gəncə şəhərində tikilən binadan ev verirlər. Namiq də həmin binadan 2 otaqlı ev alsa da, ora köçməyə ehtiyac duymur. Bir gün Namiq işdən qayıdandan sonra Səidəyə təcavüz etmək istəyi ilə alışıb-yanan Teymur ona deyir: "Onun uşağı yoxdur, o qısırdır. Qısır arvad isə kişiyə bir şeyə görə lazımdır, gecə yataqda onunla kef çəkmək üçün. Bunu hər hansı bir küçə qə... ilə də etmək olar." Namiq cavab verir ki, o mənim arvadımdır, uşağı olmasa da, mənə qəbuldur, onu atmaram. Teymur halını pozmadan oğluna deyir: "Onda sən onu qə... kimi saxlayırsan. Əgər belədirsə, o həm səninlə, həm də mənimlə yatmalıdır!...


(ardı cümə günü saat 09:00-da)


Mütləq oxuyun. Tükürpərdici faktlarla dolu olan hadisələr sizi dəhşətə gətirəcək. Eyni zamanda Səidənin etiraflarını əks etdirən yeni videolar bir çox qaranlıq mətləblərə aydınlıq gətirəcək...


Yazının ardını oxumaq üçün bura klik edin

İsa Rəvan

O.M.