OLYMPUS TİKİNTİ ŞİRKƏTİNİN NÖVBƏTİ  ÖZBAŞNALIĞI

OLYMPUS TİKİNTİ ŞİRKƏTİNİN NÖVBƏTİ ÖZBAŞNALIĞI

5 Yanvar 2022 09:17
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanda yeni binalar inşa edən tikinti şirkətlərinin əksəriyyəti özbaşnalıq edərək qanunlarımıza məhəl qoymadan vətəndaşları incidir, onları narazı salırlar. Tikinti şirkətləri tərəfindən vətəndaşın haqqına girmək, bir evi bir neçə adama satmaq və.s kimi neqativ hallar dəfələrlə təkrarlanaraq sanki adi hala çevrilib. Burada istər-istəməz sual yaranır. Tikinti şirkətlərinin rəhbərləri bunu qəsdənmi edirlər? Çünki qanunlarımızı pozaraq vətəndaşları incidib dözülməz hala gətirmək dövlət və dövlətçiliyimizə qarşı yönəldilən narazılıq hissini yaratmaqdır, deyilmi. Təəssüflər olsun ki, acı da olsa bu bir həqiqətdir.

"Oxuməni.az" saytına daxil olan şikayət məktubunda da bu məsələyə toxunulub. Vətəndaş olaraq haqqımızı tapdayan tikinti şirkətlərindən biri də OLYMPUS tikinti şirkətidir. OLYMPUS tikinti şirkəti tərəfindən təzyiqlərə məruz qalan vətəndaşlardan biri də tanınmış mədəniyyət işçisi Nərgiz Fərzəli qızı Quliyevadır.

Nərgiz xanım Quliyeva kinostudiyadan tutmuş müxtəlif teatr məbədlərinə qədər uzun illər Nəsibə Zeynalova, Səyəvuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Eldəniz Zeynalov və bir çox tanınmış sənətkarlarla işləyərək mədəniyyət və incəsənətimizə xidmət etmişdir. Dövlətimiz də ona fəxri ad verərək vaxtında xidmətlərini dəyərləndiribdir. Lakin OLYMPUS şirkəti bütün bunları görməzdən və bilməzdən gələrək böyük bir haqsızlığa yol verir. Belə ki, Quliyeva Nərgiz Fərzəli qızı uzun illərdir ki, Nəsimi rayonu, Abay döngəsi ev 17/22 ünvanında dədə-baba yurdu olan 275.4 kv metrdən ibarət mülkdə yaşayır. Bakı Şəhəri İcra Hakimiyyətinin 22.05.1992-ci il tarixli 195/ 10420 saylı qərarı ilə həmin ev qanuni sənədləşərək texniki pasportla qeydiyyata alınıbdır.

O ərazidə olan əlavə evlər şirkət tərəfindən köçürüldüyündən, orada təkcə qalan ev Nərgiz xanım Quliyevaya məxsus olan dədə-baba mülküdür. Səbəb isə şirkətin hədsiz tamahkarlığı və böyük bir haqsızlığıdır. 300 kv metrə yaxın bir mülkə dəyər əvəzi OLYMPUS tikinti şirkəti 80 kv metr yer təklif edir. Bu, olduqca absurddur. Tikinti aparılan ərazidə sökülən hər hansı evin kvadratı nə qədərdirsə, tikinti şirkəti də onun müqabilində həmin vətəndaşa dəyəri qədər ya pul verməli, ya da tam-mütənasib qaydada mənzillə təmin etməlidir. Yəni sökülən evin kvadratı qədər də əvəzi verilməlidir. OLYMPUS tikinti şirkəti isə əksinə çalışır. Hələ bunlar azmış kimi, Nərgiz xanım Quliyavanın yaşadığı mülkin bir divarını təmiz uçurdaraq yerinə divar əvəzi bir şifir qoyublar, evin digər divarını da övublar. Evin içərisi isə demək olar ki, yararsız hala düşüb, otaqların divarları çat-çat olaraq uçulub dağılmaq üzrədir. Evin yanına isə vaqon qoyublar. Ev demək olar ki, havada qalıb. Evin belə bir vəziyyətdə olması isə yaşayış üçün hər an təhlükəlidir.

Yaxşı olardı ki, OLYMPUS tikinti şirkəti ilk növbədə insani və humanizm prisiplərinə əsaslanaraq Nərgiz xanım Quliyevanın dədə-baba mülkünün dəyərində öz haqqını versin. Əks halda, aidiyyatı orqanlardan bu məsələyə aydınlıq gətirilməsini, OLYMPUS tikinti şirkətinin bu cür özbaşnalığına son qoymasını və Nərgiz xanım Quliyevanın haqq etdiyi ədalətin bərpa olunmasını xahiş edirik. Dövlətimizə və qanunlarımıza güvənərək əminik ki, tezliklə haqq-ədalət öz yerini tapacaq, OLYMPUS tikinti şirkəti də bundan sonra özbaşnalığa son qoyaraq gələcək planlarında bir daha belə neqativ hallara yol verməyəcək!

Şikayətlə bağlı qarşə tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əmirova İnci Xanım Sabir qızı

Oxuməni.az