Dindarlar niyə susur və ya  Qafqaz Müsəlmanları İdarəsi nə işlə məşğuldur?

Dindarlar niyə susur və ya Qafqaz Müsəlmanları İdarəsi nə işlə məşğuldur?

12 Oktyabr 2021 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

İranın din xadimlərinin Azərbaycana atdıqları böhtanlar qarşısında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) susması və onlara layiq olduqları cavab verməməsi ölkəmizin vətəndaşlarında adı çəkilən qurumun erməniyə qardaş deyən fars şovinistlərini dəstəklədiyi barədə çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub. Hər halda QMİ-nin İran Mədəniyyət Mərkəzi adlı qurumun ölkəmizdə İranın casusluq, təxribat yuvasına çevrildiyindən, Ocaqnecatın Hüseyniyyun və adlı Zeynəbçilər adlı dövlətçiliyimizin əleyhinə çevrilən düşmən qurumlar formalaşdırmasından xəbəri olmadığına inanmaq çətindir. Üstəlik Nardaran hadisələrində İrandan ölkəmizə tez-tez təşrif buyuran, QMİ-ni su yoluna döndərən və ehtimal ki, SAVAK agentləri funksiyasını həyata keçirən yüksək səviyyəli iranlı din xadimlərinin əlinin olması da istisna edilmir. Nəhayət Şeyxülislamın Nardaran hadisələri zamanı susması və yalnız orada sabitliyin bərpa edilməsindən sonra baş verən hadisələri pisləməsi də kifayət şübhə doğuran çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olmuşdu...

Xatırladaq ki, vaxtı ilə Azərbaycanın tanınmış alimi Ziya Bünyadovun öldürlüməsinin də izləri İrana gedib çıxmışdı.

Şuşada məsciddə QMİ rəhbərinin ermənilərə qardaş deyən İran mollasının arxasında əyləşməsi də Azərbaycan əhalisi arasında etirazlara səbəb oldu. Buna paralel olaraq QMİ sədrinin İranın fətvasının qələbəmizdə rolu olması barədə dedikləri də Azərbaycan əhalisi arasında narazlıqlarla qarşılandı. İranlı ayətullahın Azərbaycan əleyhinə böhtan atması da məhz QMİ sədrinin həmin açıqlamasından sonra baş verdi. Günümüzdə də QMİ -də çalışanların SAVAK casusu oduğu ehtimal edilən İran ayətullahlarının ölkəmizə qarşı böhtanları qarşısında susması da çoxsaylı şübhələrə səbəb olub. Düzdür, uzun tənqidlərədən sonra QMİ sədri çox yumşaq tərzdə, olduqca ehtiyatlı şəkildə qarşı tərəfə cavab verdi. Amma bu artıq daldan atılan daşa bənzəyirdi...Hər halda son aylarda QMİ-nin belə bir fəaliyyəti millət vəkilləri və digərləri tərəfindən kifayət qədər tənqid edilib. Amma QMİ özünü elə aparır ki, sanki bu tənqidlərin onlara heç bir aidiyyatı yoxdur...

Məsələnin bu tərəfinə diqqəti cəlb edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Cavid Osmanov Modern.az-a açıqlamasında :

"Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxladığı müddətdə məscidlərimizi dağıdıb, donuz və s. heyvanları orada saxlayaraq, İslam dinini təhqir etdiyi halda, İran bu ölkə ilə münasibətlərini qardaşlıq səviyyəsinə çatdırıb. Bütün bunların fonunda azərbaycanlı din xadimlərinin İranın qərəzli mövqeyinə tutarlı cavab verməmələri məndə təəccüb doğurur. İrandakı bəzi əyalət mollaları və din nümayəndələrinin ölkəmizə qarşı addımları bizim din xadimləri tərəfindən tutarlı cavablandırılmalı idi. Onlar İslam dəyərlərini rəhbər tutaraq, molla rejiminin qarşısına faktlar qoymalıdırlar. Həmin qərəzli mövqe sərgiləyən mollalar yerində otuzdurulmalıdır. İndiyə qədər belə tutarlı addıma rast gəlməmişik. Yaxşı olar ki, din xadimlərimiz qabaqcıl mövqe tutub, dövlətçilik mövqeyindən çıxış etsinlər, Azərbaycana istiqamətlənən mənfi yanaşmalara qətiyyətli cavab versinlər",-deyib.

Zənnimizcə əlavə şərhə ehtiyac yoxdur.

Əziz Mustafa