Azərbaycanın düşmənləri  “Üç Qardaşın Dəmir Yumruğu” ilə qarşılaşma ehtimalını nəzərə almalı olacaqlar

Azərbaycanın düşmənləri “Üç Qardaşın Dəmir Yumruğu” ilə qarşılaşma ehtimalını nəzərə almalı olacaqlar

21 Sentyabr 11:13
119
Bəyəndim (0) Bəyənmədim (0)

“Üç Qardaş-2021” təlimləri, Azərbaycanın ilk dəfə qardaş ölkə XTQ-lərinin beynəlxalq təlimərinə ilk dəfə ev sahibliyi etməsi ilə yaddaşlarda qalacaq

Azərbaycan, Pakistan və Türkiyə arasında münasibətləri özünün ən yüksək səviyyəsini əldə edib. Artıq rəqiblərimiz belə bu münasibətlərə təsir etmək imkanından məhrum olduqlarını qəbul ediblər. 20 ilə yaxın müddətdə bütün sahələrdə davam edən münasibətlərin sonunda birgə hətbi təlimlərə gətirib çıxaracağı gözlənilirdir. Bu hətta rəqib ölkələrin mütəxəssisləri tərəfindən də şübhə altına alınmırdı.

Hər üç strateji tərəfdaş ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə əməkdaşlığın uğurla davam etdirilməsi xalqlarımız tərəfindən də rəğbətlə qarşılanır. Dünyada dövlətlərin strateji müttəfiq, xalqarın isə qardaş olduğu digər bir nümunə tapmaq çətindir. 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin hər yerində Azərbaycan, Türkiyə və Pakistan bayrağının dalğalanmasını, Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbələrin qardaş ölkələrin hər yerində böyük sevinclə qarşılanması artıq tarixin yaddaşına həkk olunub.

2021-ci ilin 27 iyul tarixində Azərbaycan parlamentində hər 3 qardaş ölkə arasında hərtərəfli əməkdaşlığı gücləndirilməsi üçün mühüm əhəmiyyətə malik “Bakı Bəyannaməsi” imzalanması isə Azərbaycan, Türkiyə və Pakistan arasında həm də hərbi və hərbi- texniki münasibətləri daha üstün səviyyədə rəsmiləşdirdi.

Daha əvvəl imzalanan “Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyə qardaşlığının regional zirvəsi hesab olunurdusa, sonradan imzalanan “Bakı Bəyannaməsi” hər üç strateji tərəfdaş ölkənin beynəlxalq təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyətə malik oldu.

İmzalanan “Bakı Bəyannaməsi” terror təhlükəsindən kiber hücumlara, assimetrik savaşdan hədəfli dezinformasiya kampaniyalarına qədər bir çox təhdidlərə qarşı birgə mübarizə aparılması üçün hüquqi bazanı təmin etdi. Bu Bəyannamənin yerinə yetirilməsi çərçivəsində avqustun 12-də Azərbaycanda hər 3 ölkənin xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş-2021” birgə təlimi başlamışdı. Bu gün həmin təlimlər başa çatdı.

Əslində Türkiyə həm Pakistanla, həm də Azərbaycanla ikitərəfli regional təlimləri uzun müddətdir ki, həyata keçirirdi. Adətən ikitərəfli təlimlərdə 3-cü tərəf müşahidəçi kimi təmsil olunurdu. Müşahidəçi statusu isə Pakistanın yaxnda ikitərəfli təlimlərdə üçüncü tərəf kimi iştirak edəcəyini və bu təlimlərə beynəlxalq status qazandıracağını ehtimal etməyə əsas verirdi. Bu il keçirilən “Üç Qardaş-2021” təlimlərində ilk dəfə hər üç ölkənin birgə iştirakı təmin edildi. Bundan sonra “Üç Qardaş-2021” təlimləri, Azərbaycanın ilk dəfə qardaş ölkə XTQ-lərinin beynəlxalq təlimərinə ilk dəfə ev sahibliyi etməsi ilə yaddaşlarda qalacaq.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasından ibarət oldu.

Təlimin parametrləri

“Üç qardaş-2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam etməsi, onun miqyasının kifayət qədər geniş olacağından xəbər verirdi. Təliminin proqramı, iştirakçı ölkələrin heyətləri qarşısında qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər daha əvvəlcədən razılaşdırılmışdı, lakin bu məlumatlar barədə açıqlama verilməsi gözlənilmirdi.

Qarabağ Fatehi və təlimin açılış mərasimi

Təlimlərin açılış mərasimi təntənəli şəkildə təşkil edilmişdi. Qarabağ Fatehi, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev tədbirin açılış mərasimində hər üç qardaş ölkələrin Bayraqları pnündə çıxış edərək dedi: “Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar”.

Fateh Hikmət Paşanın sözlərinə nəsə şərh vermək və ya əlavə etmək doğru olmazdı, çünki bu dəstəyin əhəmiyyətini bu ölkədə ondan yaxşı bilən və hiss edən ikinci general yoxdur.

Təlim planı

Təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetirdilər.

Təlimlər plana əsasən dağlıq ərazilərdə yerləşən məntəqələrdə keçirildi. Xüsusi təyinatlı qruplar helikopterlər vasitəsilə şərti düşmənin nəzarətində olan ərazilərin dərinliyinə məhdud görmə şəraitində müxtəlif üsullarla çatdırılması, havadan və dənizdən desantın endirilməsi, potensial düşmən obyektinin, sənədlərin, əsir və silah nümunələrinin pusqu və ya basqın ilə ələ keçirilməsi (məhv edilməsi), həmçinin rəqibin potensial təxribat qrupu ilə birbaşa təmasda yaralıların təxliyəsi kimi vəzifələrin icrası və qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdilər.

Xüsusi təyinatlı qruplar təlim zamanı müxtəlif tapşırıqlar, məsələn dağlıq ərazidə yerləşən və qanunsuz silahlı bölmə tərəfindən müdafiə olunan yaşayış məntəqəsinin düşməndən azad edilməsi üzrə vəzifələr də icra etdilər.

XTQ təlimlərinin Ermənistana təsiri

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Şərqi Zəngəzurda birgə döyüş atışlı taktiki təlimləri başa çatandan saatlar sonra Ordumuzun Laçın rayonu ərazisindəki 3112 metr yüksəklikdə yerləşən zirvədə Azərbaycan Bayrağını dalğalandırması, Daxili Qoşunların və polislərimizin Görus-Qafan yolunun Qubadlıdan keçən hissəsində seperatçı rejimə və onu dəstəkləyən Ermənistana, Rusiyaya və İrana verdiyi son “həyat dərsi” deyil. “Üç Qardaş-2021” təlimləri imzasına hörmət etməyənlər üçün daha ağrılı nəticələr vəd edir. Bir ovuc erməni 310 milyonluq “Dəmir Yumruq” altına itələyənlərin sayəsində təkrar əzilmək şansı əldə etməyə çox yaxındır. Hər üç ölkənin ən elit bölmələrinin birgə təlimləri, qarşılıqlı əlaqəsi və təcrübə mübadiləsi, bu birliyə düşmən və rəqib olmaq istəyənlərin qarşılaşa biləcəkləri fəlakətin miqyası barədə onlara kifayət qədər aydın icmarıc verdiyi şübhəsizdir.

Təlimlərin hərbi-siyasi əhəmiyyəti

“Üç Qardaş-2021” beynəlxalq təlimi dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərdi. Azərbaycanın xüsusi təyinatlıları bu təlimlərdə anti-terror əməliyyatları aparmaq üçün təcrübə və imkanlarını genişləndirməklə bərabər yeni silahlı mübarizə metodları da mənimsədi.

Artıq beynəlxalq təlimlər kateqoriyasına aid edilən “Üç Qardaş-2021” təlimləri yeni platformadır və ilk dəfədir ki, keçirilir. İlk ev sahibi kimi Azərbaycanın seçilməsi də təsadüfi deyil. Təlimlərin sonunda keçirilən bağlanış mərasimində Türkiyə və Pakistanın həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra olduğu kimi, bundan sonrada daim Azərbaycanın yanında olacaqlarına və istənilən təhdidləri aradan qaldırmaq üçün fasiləsiz siyasi-hərbi dəstək verəcəklərinə dair aşkar ultimatum kimi dəyərləndirilməlidir. Ədalət Verdiyev, hərbi ekspert