Qarabağda "əsəb müharibəsi": Əsas tərəf ruslardır!

Qarabağda "əsəb müharibəsi": Əsas tərəf ruslardır!

17 Sentyabr 06:35
164
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları dayandıqları bütün postlarda - 27 post – “təhlükəsizliyin təmin edilməsi və mümkün pozuntuların qarşısının alınması” adı altında təlimlər keçirib.

Oxuməni.az xəbər verir ki, bu, türk ordusunun işğaldan azad edilmiş ərazilərə gəlişinin anonsu olan Laçın təliminə cavabdır.

Rus sülhməramlılar bundan öncə Laçında təlim keçirdi və dronlara qarşı “döyüş məşqi” etdi. Bakı və Ankara məhz Laçında – rus sülhməramlıların dayandığı dəhlizin bir neçə yüz metrliyində cavab verdi. Ruslar da cavabı gecikdirmək istəmir: sülhməramlıların “postları”nın erməni terrorçulardan qorunması məşqinin edilmədiyi aşkar məsələdir.

Moskva bununla Bakı və Ankaranı mümkün anti-terror əməliyyatından çəkindirmək istəyir: Azərbaycan-Türkiyənin quruda, havada və dənizdə keçirdiyi təlimlər, ardınca Pakistanın da iştirak etdiyi “Üç Qardaş – 2021” xüsusi təyinatlı qüvvələrin təlimlərinin başlanması, Azərbaycan hərbi rəhbərliyinin Türkiyəyə intensiv səfərləri rusları narahat edir; Rusiya anlayır ki, Azərbaycan üçtərəfli razılaşmanın bütün bəndlərinin icrası məqsədilə öz suveren ərazisində hərbi addımlar ata bilər və bu prosesdə tək olmayacaq.

Baş verənlər Qarabağda “əsəb müharibəsi”sinin getdiyini göstərir, lakin bu dəfə əsas tərəf ruslardır və bunun nəticəsi hansısa formada olmalıdır. Asif Nərimanlı