Şeyx "ermənilərlə bir millətdənik" deyən şovinist fars rejimini niyə dəstəkləyir?

Şeyx "ermənilərlə bir millətdənik" deyən şovinist fars rejimini niyə dəstəkləyir?

22 İyul 2021 13:13
Bəyəndim (1) Bəyənmədim (0)

Əgər Xameneyinin Azərbaycana belə canı yanırdısa, Ermənistana dəstək verənlərə qarşı fətva verərdi...

Allahşükür Paşazadənin belə bir açıqlama verməsi, yəni guya, 2-ci Qarabağ müharibəsində İran adlanan ölkənin Azərbaycanın yanında olmasını iddia etməsi qəbuledilməzdir!

"İran İslam" adlanan bu ölkə 44 günlük Vətən müharibəsində nəinki Azərbaycana dəstək vermiş, bu və ya digər formada Ermənistanın yanında yer almışdır və almağa da davam edir. Belə bir açıqlama verdiyinə görə, A. Paşazadəni kəskin şəkildə qınayırıq. Hesab edirəm ki, Paşazadə xalq qarşısında buna aydınlıq gətirməlidir.

İran İslam adlanan ölkənin ali dini lideri Xameneyinin fətvasına gəlincə, Vətən müharibəsini Azərbaycan əsgəri qanı və canı, millət və vətən sevdası ilə qazanıb. Əgər Xameneyinin Azərbaycana belə canı yanırdırsa, Ermənistana dəstək verənlərə qarşı fətva verərdi. Ancaq Xamneyi bunu etmək əvəzinə özbəöz qardaşlarına dəstək verən və Molla-Fars rejimincə Ermənistana yardımının qarşısını almaq istəyən Güney Azərbaycan türklərinə cəza kəsdi. Üstəlik, bu gün milyonlarla Azərbaycan türkü və digər Türk xalqları regim tərəfindən təqib və təzyiqlərə məruz qalmaqdadır.

Ona görə də, Paşazadə bunları Xamneyinin diqqətinə çatdırmalıdır. Paşazadə bilməlidir ki, qələbəmizin carçısı Azərbaycan əsgərinin mübarizə əzmi və milli ruhu olmuşdur. Azərbaycan əsgəri Mübarizlərdən, Poladlardan, Fəridlərdən və yüzlərlə başqa qəhrəmanlardan ruh alaraq qələbə qazanıb. Bu qələbədə də Azərbaycana birmənalı şəkildə bir millət iki dövlət dediyimiz can Türkiyə verib. Bu anlamda Türkiyə ilə İran adlanan ölkənin adını bir yerdə tutmaq da yolverilməzdir!

AMEA Fəlsəfə və Sosiologiya institutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini dosent, fəlsəfə doktoru Faiq Ələkbərli