Yaddaşı gücləndirir, xərçəngin qarşısını alır

Yaddaşı gücləndirir, xərçəngin qarşısını alır

29 Mart 09:12
266
Bəyəndim (0) Bəyənmədim (0)

Darçın yeməklərdə və şirniyyatda istifadə olunan ədviyyatdır. Çin və Seylon olmaqla iki növü var. Onları bir-birindən dadına görə fərqləndirirlər. Seylon darçını Çininkindən daha şirin və daha dadlıdır. Darçının sağlamlığa bir çox müsbət təsirləri var.

Oxuməni.az darçının faydalarını təqdim edir:

• Gündə yarım çay qaşığı darçın qəbulu xolesterolu azaldır və ürək sağlamlığını qoruyur.

• "Tip 2" adlı diabet xəstələrində insulin istehsalını artırır, qan şəkərini isə azaldır.

• Xarici ölkələrdə darçın yağını göbələk xəstəliklərində istifadə edirlər və tez zamanda sağalmağa kömək edir.

• Darçın lenfoma xərçəng növü üçün də faydalıdır. Belə ki, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

• Gərginlikdən meydana gələn baş və miqren ağrısını aradan qaldırır.

• Qan şəkərini balanslı saxlayaraq, arıqlamağa kömək edir.

• Darçının qoxusu yaddaşı gücləndirməyə kömək edir.

• Pis qoxuları və onlara səbəb olan bakteriyaları məhv edir.

• Darçın çayı isə həzm sistemi xəstəliklərinə faydalıdır.

• Darçının yağı, badam və zeytun yağları ilə qarışdırılaraq masaj edildikdə, əzələ ağrısını aradan qaldırır.

• Yeməyin üzərinə bir az darçın səpilməsi uzun müddət xarab olmamasına səbəb olur.

• Darçın yağı boğaz ağrısı və quru öskürəyə qarşı da faydalıdır.