Ayaqlarda ağrı ölümcül xəstəliyin əlaməti ola bilər

Ayaqlarda ağrı ölümcül xəstəliyin əlaməti ola bilər

17 Fevral 12:57
278
Bəyəndim (1) Bəyənmədim (0)

Ayaq ağrısı prostat xərçəngi adlanan ölümcül bir xəstəliyin simptomu ola bilər.

Oxuməni.az xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərə Prostat Xərçəngi Fondunun mütəxəssisləri bu barədə xəbərdarlıq ediblər. Mütəxəssislər kişilərə budlarında, onurğasında və ya ayaqlarının yuxarısında ağrı varsa həkimə müraciət etmələrini məsləhət görüb.

Prostat xərçənginin simptomları arasında ereksiya problemləri, boşalma zamanı narahatlıq, sidik ifrazı problemləri və toxumda qan olması da ola bilər. Bütün bu simptomlar varsa təxirə salınmadan həkimə müraciət etmək tövsiyə olunur. Unutmayın ki, hər hansı bir xəstəlik ilkin mərhələdə aşkarlanarsa, onu müalicə etmək daha asandır.