Masa bəzəmək estetikası

Masa bəzəmək estetikası

4 Aprel 2011 10:47
2 429
Bəyəndim (0) Bəyənmədim (0)
Gəlin birlikdə süfrə quraq

Yemək bişirmək necə sənət hesab edilirsə, onu bəzəyib süfrəyə gətirmək də başqa bir sənət sayılır. Yeməkləriniz nə qədər gözəl, dadlı olursa-olsun, əgər siz süfrə qaydalarından bixəbərsinizsə, o zaman bu hal həm sizi, eyni zamanda da gələn qonaqlarınızı yoracaq. Yaxşı, təqdirəlayiq bir qonaqlıq vermək fikriniz varsa, gələn dəvətlilərin sağlıq durumlarından tutmuş onların yaşına kimi bütün xırda detalları belə nəzərə almalısınız.

Mütəxəssislərin fikrincə, yeməkləri hazırlayarkən həzmi daha asan və iki eyni çeşiddə ( məs.: 2 tomatlı xörək bir arada) olmayan yeməklər daha yaxşı olar.

1. Masanın üzərinə qoyulan şamdanlar, çiçəklər kimi aksessuarlar da elə yerləşdirilməlidir ki, masa arxasında oturanlar bir-birilərini daha yaxşı görə bilsinlər.

2. Duz və istiot qabları tort üçün çəngəl-bıçaqların arxasında, lakin masanın mərkəzinə yaxın yerə qoyulmalıdır.

3. Xardal, mayonez və ketçup kimi dadlandırıcılar süfrəyə yeməklə birlikdə gətirilməlidir.

4. Əllə yeyiləcək yemək olacaqsa, yanına mütləq çox az sabunlu və ya yüngül qoxulu əl bezi verilməlidir.

5. Sümük və ya balıq qılçıqlarını qoymaq üçün xüsusi ayrılmış qablar, professionalların rəyinə görə, oturan iki nəfərin arasındakı boşluq hissəyə qoyulmalıdır.

6. Qonaqların rahat olmaları üçün aralarında ən az 60 sm məsafə olmalıdır.

7. Salfet qabları mümkün qədər sadə şəkildə olmalıdır və süfrənin bir kənarına qoyulmalıdır. Onları büküb müəyyən şəklə salmaq düzgün hesab edilmir.

8. Bulaşmış qablar sağdan alınır, yeniləri də sağ tərəfdən masaya təqdim olunur. Yalnız salat və çörək sol tərəfdən servis edilə bilər.

9. Qarnitürlər ayrıca verildiyi üçün onlar da sol tərəfdən qonaqlara təqdim olunmalıdır.

10. Və... qaydaya görə, çox nəfərlik ziyafətlərdə əllə yeyilən və sarımsaqlı yeməklər süfrəyə verilə bilməz.

Günel Həbib

O.M.