Koronadan qorunmaq üçün bunları yeyin

Koronadan qorunmaq üçün bunları yeyin

12 Mart 2020 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

İspan alimləri immun sistemini gücləndirmək üçün yeyilməsi vacib olan ərzaqların siyahısını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “La Vanguardia” qəzeti yazıb.

Təbii antibakterial, antivirus hesab olunan sarımsaq siyahının əvvəlində yer alıb. İkinci yerdə E vitamini ilə zəngin olan, tənəffüs yollarını təmizləyən badam dayanır.

Siyahıda göbələklər, tünd şokolad, sitrus meyvələri, nar, kivi, ispanaq, molyuska və ustritsa da yer alıb. Ədviyyatlar arasında isə immunitet üçün ən xeyirli olanları zəncəfil və sarıkök, içkilər arasında yaşıl çay və kefirdir.

Bundan başqa həkimlər soyuqdəymə zamanı selikin meydana gəlməsinin qarşısını alan toyuq və hind toyuğundan hazırlanmış bulyon, beta-karotinlərlə zəngin olan şirin kartofu da qida rasionuna əlavə etməyi tövsiyə ediblər.

Oxuməni.az