BMT: "Hər altı saniyədə siqaretdən bir nəfər ölür"

BMT: "Hər altı saniyədə siqaretdən bir nəfər ölür"

16 Mart 2012 13:50
Bəyəndim (0) Bəyənmədim (0)
"Vəziyyətə müdaxilə olunmasa, əsrin sonlarında ölənlərin sayı bir milyarda çatacaq"

BMT Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 30 yaşdan böyük olan insanların 12%-i siqaretdən ölür. Bu statistik məlumatlar ÜST-nın sonuncu hesabatında yer alıb: "Hər il dünyada 5 milyon insan siqaretdən ölür. Bu isə o deməkdir ki, hər altı saniyədə bir nəfər bu vərdişin qurbanına çevrilir". Problemi şərh edən ÜST-nin eksperti doktor Eduard Despanye vəziyyətin son dərəcə ağır olduğunu vurğulayıb: "Bu qəbuledilməzdir. Hindistan və Çində, Amerika qitəsində, qismən Avropada siqaret insanları kütləvi şəkildə öldürür. Əgər vəziyyətə müdaxilə olunmasa, əsrin sonlarında bu rəqəm bir milyarda çatacaq".

Öpüb qoxuladığımız siqaret bizim düşmənimizdir...

Aqil Hüseynov

O.M.