Mərcangilənin daha 2 faydası açıqlandı

Mərcangilənin daha 2 faydası açıqlandı

8 Noyabr 2019 10:22
Bəyəndim (1) Bəyənmədim (0)

Finlandiyanın Tampere Universitetinin alimləri mərcangilənin qanda xolesterin və şəkərin səviyyəsini aşağı saldığını açıqlayıb. Oxumeni.az-ın məlumatına görə, bu barədə “MedikForum” yazıb.

Alimlər bu nəticəyə siçanlar üzərində apardıqları eksperimentdən sonra gəlib. İki qrupa bölünən heyvanların bir qisminə yeməyə yalnız yağ və karbohidrat, digər qisminə isə əlavə olaraq mərcangilə də verilib. Mərcangilə yeyən heyvanların çox gec çəki almaları diqqət çəkib. Bundan əlavə, mərcangilə heyvanların qanında xolesterin və şəkər göstəricilərini yaxşılaşdırıb.

Mərcangilədə orqanizm üçün son dərəcə faydalı maddələr var – resveratrol, kvertsetin, kemferol, proantotsianidinlər. Ola bilsin, məhz onların sayəsində mərcangilə qanda xolesterin və şəkərin səviyyəsini aşağı sala bilir. Giləmeyvə iltihabi proseslərin azalmasına kömək edir və maddələr mübadiləsini stimullaşdırır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)