“Uşaqlara market qidaları verməyin!”

“Uşaqlara market qidaları verməyin!”

21 Oktyabr 2019 07:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Uşaqlara marketlərdə satılan hazır qidalar verməyin!”

Oxumeni.az xəbər verir ki, bu sözləri məşhur pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Bildirib ki, uşaq sağlamlığı ilə məşğul olan “Healthy Babies Bright Futures” qurumu uşaq qidalarının monitorinqini aparıb və böyük əksəriyyətində ağır metalların yüksək konsentrasiyasını aşkar edib:

“Həmişə dediklərimizi bir daha təkrar edək: uşaqlara marketlərdə satılan hazır qidalar verməyin! Özünüz hazırlayın! Pis hazırlayın, amma özünüz hazırlayın! “Mən yemək hazırlaya bilmirəm” deyə öyünmək mənasızdır! Uşaqlarınızı qoruyun!”

Oxumeni.az