Mənzildə ən təhükəli yer açıqlandı

Mənzildə ən təhükəli yer açıqlandı

18 Oktyabr 2019 09:30
Bəyəndim (1) Bəyənmədim (0)

Mikrobioloqlar mənzildə təhlükəli bakteriyaların ən çox toplaşdığı yeri açıqlayıb. Oxumeni.az-ın “CNN”ə istinadən məlumatına görə, bu, mətbəx çanağıdır.

Arizona Universitetinin proessoru Çarlz Qerbin sözlərinə görə, mətbəxt çanağı unitazdan da çirklidir. Orada müntəzəm olaraq çiy ət və ya quş yumaq mikroorqanizmlərin çoxalmasına gətirib çıxarır. Bəzi məhsullarda bağırsaq çöpü və ya salmonella da ola bilər.

Ola biləcək xoşagəlməz nəticələrdən qaçmaq üçün çanağı mütəmadi olaraq xüsusi kimyəvi maddələrlə yumaq lazımdır.

Ən çirkli mətbəx əşyaları isə qab yumaq üçün süngər və çanaq və masaları silmək üçün əskidir. Bu əşyaları mümkün qədər tez-tez dəyişmək lazımdır.

Oxumeni.az