Korlar niyə xərçəng olmur?

Korlar niyə xərçəng olmur?

21 Aprel 2011 13:11
Bəyəndim (0) Bəyənmədim (0)
Qaranlıq otaq şərtdir

Tofiq Dorak İngiltərənin Nyukasl Universitetində xərçəng araşdırmaları aparan bir həkimdir. Dorakın dünya tibb ədəbiyyatına düşmüş maraqlı və təəccüblü tapıntıları vardır. Bunlardan biri də qaranlıqla xərçəng arasındakı əlaqədir.

Professor gecə vaxtı vücudun hüceyrə yeniləyici və immunitet sisteminin tənzimləyici melatonin hormonunun artdığını söyləyir: "Bədən yuxuda istirahət edir, böyüyür. Qaranlıqdakı uzun və nizamlı yuxu xərçəngə qarşı immuniteti gücləndirir. Korlarda xərçəng riski buna görə azdır".

Gecə 23.00-la 03.00 arasında ifraz olunan və bədənin müdafiə mexanizmini gücləndirib, yaşlanmanı gecikdirən bir hormon var - melatonin! Bu hormon texnologiyanın çərçivədən kənarda qaldığı vaxt ortaya atılır. Yəni siz işığı söndürüb, TV-ni bağlamış olsanız da, mümkünsə cərəyanı da elektrikdən uzaqlaşdırın. Hətta otağınızın da qapısını kilidləyin.

Bəs görəsən, melatonin hormonu bizləri xərçəngdən qoruya bilirmi?

Yalnız gecələr ifraz olunan bu hormon həqiqətən xərçəngi önləyici təsirlərə malikdir. Ayrıca, immunitet sistemini də gücləndirir. Hətta Avropa və Amerikada bu xəstəliyə tutulmuş uşaqların valideynlərindən onları qaranlıqda yatırmaları xahiş olunur. Çünki işığa həssas olan bu hormon gün üzü gördükdə vücudda sürətlə azalır.

Özünüzə yardım edin! Xərçəngə tutulma riskini azaltmaq üçün əvvəlcə gecələri vaxtlı-vaxtında yatın. TV qarşısında, işıqlı otaqda yatmaqdan çəkinin. Bəzi həblər melatonini əvəz edə bilər. Lakin bu dərmanların qəbulu məqsədəuyğun deyil.

Hansı qidalarda melatonin var?

Albalı, kələm, badam, fındıq, çobanyastığı çayı melatoninlə zəngindir. Lakin bu qidaların gecələr qəbul edilməsi vacibdir.

Bütün bunlar elmi bir gerçəkdir. Odur ki, qaranlıqda yatın və övladlarınız yatarkən işıqları söndürün. Unutmayın, korlarda xərçəngə tutulma riski demək olar ki, 0-a bərabərdir.

Günel Həbib

O.M.