Diqqət! Qənaətli lampalar xərçəng yaradır!

Diqqət! Qənaətli lampalar xərçəng yaradır!

21 Aprel 2011 10:57
1 351
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada aparılan araşdırma sayəsində bəlli oldu ki, sən demə, qənaətli lampalarda insan sağlamlığına ziyan vuran kimyəvi maddələr var. Berlinin "Alab" laboratoriyasında aparılan tədqiqatda bu tip lampaların insan başına yaxın məsafədə yanıq halda qalmasının təhlükəli olduğu görüldü. Çünki qənaətli lampalar yanıq olduğu halda naftalin, fenol və bəzi oyuncaqlarda olan "stinel" adlı maddəni ətrafa yayır.

Araşdırmanı aparan Peter Braun: "Lampa insan bədənindən mümkün qədər uzaq tutulmalıdır", - deyə bu şəkildə açıqlama verdi. İngilis professor Mişel Blur isə almanların bu nəticəsini daha geniş şəkildə araşdıracaqlarına dair söz verdi.

Onu da xatırladaq ki, ötən günlədə İsrail elm adamı Abraham Haifa bu cür lampaların vücuddakı melatonin hormonunun səviyyəsini pozduğunu və nəticədə xərçəngə "yaşıl işıq" yandırdığını dilə gətirmişdi.

Unutmayın ki, kasıb iki dəfə ziyana düşür.

Günel Həbib

O.M.