Ramin Quluzadə Şirvanda vətəndaşlarla görüşüb

Ramin Quluzadə Şirvanda vətəndaşlarla görüşüb

10 Fevral 2017 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şirvan şəhərində vətəndaşlarla görüşüb.

Apa-nın Mil-Muğan bürosunun xəbərinə görə, nazir Hacıqabul, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərində telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq. R. Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Regional səfər çərçivəsində nazir R. Quluzadə Şirvan Telekomunikasiya qovşağının inzibati binasında aidiyyəti rayonların Telekommunikasiya qovşaqlarının və poçt filiallarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir R. Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

rabite ve yuksek texnologiyalar naziri sirvanda vetendaslarla gorusub

rabite ve yuksek texnologiyalar naziri sirvanda vetendaslarla gorusub

rabite ve yuksek texnologiyalar naziri sirvanda vetendaslarla gorusub

Mediainfo.az