Nazir İsmayıllıda vətəndaşları qəbul edəcək

Nazir İsmayıllıda vətəndaşları qəbul edəcək

9 Sentyabr 2016 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və İdman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən verilən məlumata görə, qəbulda, Şəki, İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri Heydər Əliyev prospekti 57, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Mediainfo.az