Mobil telefon qızsa, partlaya bilər

Mobil telefon qızsa, partlaya bilər

9 Sentyabr 2016 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Mobil telefon günəş şüasından qıza, hətta partlaya bilər.

Türkiyəli mobil telefon ustası Ersin Dindaş deyir ki, onsuz da bütün mobil telefonların özündə bir istilik olur: "Telefon işlədikcə bir az da qızır. Gün işığı düşsə, mobil aparat daha da qızacaq. Mobil telefonların özündə 45 dərəcəyə qədər istilik olur. İstiliyin 45 dərəcədən yüksək olması təhlükə yarada bilər. Ona görə də mobil cihazı mümkün qədər günəş şüasından qorumaq lazımdır. Çünki kənardan gələn isti telefonu daha da qızdırır. Nəticədə aparat bomba kimi partlaya bilər.

Çox ehtiyatlı olmaq lazımdır, istər günəş enerjisindən, istərsə də adapterdən. Hazırda mobil telefonu bədənimizin bir hissəsi kimi az qala bütün günü yanımızda daşıyırıq. Ona görə də istifadəçilərə diqqətli olmağı və telefondan ehtiyatla istifadə etməyi məsləhət görürük".

Telefon ustası cihazın enerji yığdığı vaxt istifadə olunmamasını da tövsiyə edir: "Bu, həm batareyanın tükənməsi, həm də insanın sağlamlığı baxımından vacibdir. Telefon enerji yığanda siz onu doldurmağa çalışırsınız, amma ondan istifadə etməklə batareyanı boşaltmış olursunuz. Həmin vaxt mobil telefonun qızdığını hiss edə bilərsiz. Belə vəziyyətdə batareya şişə bilər. Mediada da batareyanın partlamasına dair xəbərləri eşidirik . Ona görə də telefon enerji yığanda ondan istifadə etmək məsləhət deyil".

Mediainfo.az