Heydər Əsədov Lerikdə vətəndaşları qəbul edəcək

Heydər Əsədov Lerikdə vətəndaşları qəbul edəcək

15 İyul 2016 14:49
431
Bəyəndim (0) Bəyənmədim (0)

Kənd Təsərrüfatı naziri Heydər Əsədov iyulun 21-də Lerik rayonunda Lerik, Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Astara rayonlarının sakinlərini qəbul edəcək.

Nazirlikdən "Report"a daxil olan xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) və Nazirliyin Lerik Rayon İdarəsinə (050-677-51-25) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

Mediainfo.az