Qarpızdan hazırlanan üz MASKALARI

Qarpızdan hazırlanan üz MASKALARI

9 İyul 2016 18:45
Bəyəndim (0) Bəyənmədim (0)

Qarpız faydası saymaqla bitməyən yayın ən məşhur meyvələrindəndir. Faydalarından biri, bu meyvə su baxımından zəngindir və az qala 0 olan kalori miqdarıyla zəifləməyə böyük təsir edər. Yeyərək istehlak etməyin xaricində, qarpız gözəllik məhsulu olaraq da nadir olan nemətlərdəndir. Üz üçün çox faydalı bir toniktir.

Qarpızla hazırlaya biləcəyiniz xeyli maska vardır. Qarpızı, qatıq, bal, süd və digər vasitələr ilə qarışdırıb, yalnız bir neçə dəqiqədə maska hazırlaya bilərsiniz.

Qarpızla üz maskası tərifləri, bu maskaları tətbiq edərək, gözəl bir dəriyə sahib olun.

Qarpız maskası

Heç bir şey qatmadan yalnız qarpızla gözəllik maskası hazırlaya bilərsiniz.
Tumlarını çıxarın və meyvəni blenderda əzərək püre halına gətirin. Üzünüzü yuyub təmiz dəriyə bunu tətbiq edin. 15 dəqiqə üzünüzdə tutub, südlə üzünüzü durulayın. Parıltılı bir dəriyə qovuşacaqsınız.

Ballı qarpız maskası

Biz qadınlar gözəlliyimizə, baxımımıza düşkünük. Bal və qarpızdan edilən bu maska dərimizi təmizləyib, ölü hüceyrələrdən təmizləyər.

Qarpızın tumlarını çıxarıb blenderda püre halına gətirin, ardından buna bal əlavə edin. Üzünüzə tətbiq edib, 10 dəqiqə sonra soyuq su ilə üzünüzü yuyun.

Qarpızlı qatıq maskasıYumşaq və parlaq bir dəri əldə etmək üçün qatıqla qarpızı qırmızı olana qədər qarışdırın.

Üzünüzə və boyunuza tətbiq edib 10 dəqiqə gözləyin.
Ardından soyuq su ilə durulayın.
Qatıq tərkibindəki laktik turşu və fermentlər sayəsində dərinizi təmizləyib, dərinizdən ölü hüceyrələri təmizləyər.

Avokado ilə qarpız maskası

Avokado dəri üçün çox faydalı meyvələrdən biridir. Bir parça avokadoyu əzin və buna qarpız suyu əlavə edin. Hamar hala gələnə qədər qarışdırın, maskanı üzünüzə tətbiq edin. Qarpız və avokadodan hazırlanan bu maska yüksək antioksidan və vitamin məzmunu ilə dərini sıxılaşdırar, kolageni artırar və yaşlanma ilə döyüşər.

Şəkərli qarpız maskası

Qarpızla şəkəri qarışdırıb edəcəyiniz bu maska təbii bir peelingdir. Bu maska məsamələri açıb təmizləyər və dəriyə işıltı qazandırar. Qarpızı əzin, püre halına gətirin və bir az şəkər əlavə edin.
Şəkər dərinizdə əriyənə qədər maska üzünüzdə qalsın. Bu da təqribi olaraq 5 dəqiqənizi aparacaq. 5 dəqiqədən sonra üzünüzü yuyun. Ardından dərinizə nəmləndirici sürtün.

Südlü qarpız maskası

Südlü qarpız maskası məsamələri təmizləyən, günəş yanıqlarını da aradan qaldıran möcüzəvi bir toniktir.
Bu maskanı tətbiq edin, günəş yanıqlarına vida deyin.

Qarpızlı xiyar maskası

Parlaq və gözəl bir dəriyəmi qovuşmaq istəyirsiniz, o zaman bu maskanı tətbiq edin. Rəndələnilmiş xiyar, qarpız suyu, qatıq və süd tozunu yaxşıca qarışdırın. Bu maskanı dərinizə tətbiq edin, 10 dəqiqə sonra durulayın, inanılmaz bir dəriniz olacaq.

Bananlı qarpız maskası

Bu maska, akne problemiylə döyüşənlərin imdadına çata biləcək bir maskadır. Qarpız dərinizi təbii olaraq nəmləndirərkən, banan tərkibindəki B2, B6 və B12 vitaminləri ilə üzdəki iltihabdan, problemlərdən sizi qurtarar. Hamar, sızanaqsız, yumşaq, parlaq bir dəriyə qovuşarsınız.

Əfqanə